Alternative content

06:09 24 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 18 yanvar 2020-ci il tarixli 28 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 18 yanvar 2020-ci il tarixli 28 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
ANA SƏHİFƏ / MSK
03:04 20.01.2020

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 21 saylı Nəsimi birinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Seidova Xoşbəxt Mirsucəddin qızı 2020-ci il yanvarın 18-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komis¬siyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək namizəd kimi qeydə alınmamasını mübahisələndirmiş və pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddə¬lə¬ri-nə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiya¬sının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq rəy verilmiş və Komissiya¬nın iclasında baxılmışdır.

Namizəd X.M.Seidova müraciətində bildirmişdir ki, 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 21 saylı Nəsimi birinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş, təsdiq olunmuş, həmin seçki dairəsinin ərazisində seçicilərin imzası toplanmışdır. O, imza vərəqələri və ona əlavə edilmiş digər seçki sənədləri ilə yanaşı, ASAN 3-dən aldığı yaşayış yeri üzrə qeydiyyat haqqında 20 yanvar 2019-cu il tarixli arayışı və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən verilmiş, ona məxsus mənzil haqqında 1126598 nömrəli çıxarışı da dairə seçki komissiyasının sədri Ç.S.Dadaşova təqdim etsə də, Ç.S.Dadaşovun ilk gündən ona qarşı qeyri-ciddi münasibət bəslə¬diyini, əlavə təqdim etdiyi sənədlərə diqqət yetirmədiyini və onları qəbul etmədiyini iddia edir və göstərir ki, nəticədə mülkiyyət hüququ əsasında ona məxsus əmlak barədə məlumatı təqdim etmədiyi əsas götürülərək dairə seçki komissiyasının müvafiq qərarı ilə onun namizəd kimi qeydə alınmasından imtina edilmişdir.

Araşdırma prosesində ərizəçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun araşdırmada və Komissiya-nın iclasında iştirakı təmin olunmuşdur.

Dairə seçki komissiyası namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş X.M.Seidovanın deputatlığa namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə 16 yanvar 2020-ci il tarixli 7/23 saylı qərarını mülkiyyət hüququ əsasında namizədə məxsus daşınmaz əmlakın və avtonəqliyyat vasitəsinin göstərilməməsi ilə əsaslan¬dırmışdır.

Araşdırma ilə əlaqədar namizəd X.M.Seidova tərəfindən namizədliyin qeydə alınması üçün təqdim edilmiş sənədlər dairə seçki komissiyasından tələb edilərək yoxlanılması üçün Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən işçi qrupu-na verilmişdir. İşçi qrupunun 19 yanvar 2020-ci il tarixli rəyində göstərilir ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən verilmiş arayışdan görünür ki, namizəd X.M.Seidovanın əmlakı barədə təqdim etdiyi məlumatda göstərmədiyi, lakin onun adına olan mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması faktı aşkar olunmuşdur.

Deputatlığa namizədliyin qeydiyyatına dair X.M.Seidovanın təqdim etdiyi sənədlər nəzərdən keçirilərkən isə aydın oldu ki, əmlakı barəsində məlumatda o, heç bir əmlakının olmadığını təsdiq etmişdir.

Dairə seçki komissiyasının qərarında X.M.Seidovanın namizədliyinin qeydə aılnmasından imtinanın digər əsası kimi göstərdiyi minik avtomobilinin ona məxsus olub-olmamasını yoxlamaq məqsədilə müvafiq dövlət orqanlarından alınmış məlumata, araşdırma zamanı X.M.Seidovanın təqdim etdiyi həmin nəqliyyat vasitəsinə məxsus qeydiyyat şəhadətnaməsinə və X.M.Seidovanın verdiyi izahata əsasən qərarda göstərilən minik avtomobilinin X.M.Seidovanın mülkiyyətində olmadığı müəyyən edildi.

Beləliklə, aparılmış araşdırma ilə müəyyən edildi ki, namizəd X.M.Seidovanın yalnız daşınmaz əmlakı barədə dairə seçki komissiyasına düzgün məlumat verməməsi Seçki Məcəlləsinin 60.2.3-cü maddəsinə əsasən onun namizədliyinin qeydə alınma-sından imtina üçün hüquqi əsas yaratmışdır.

Göstərilənlərə əsasən müraciət qismən təmin edilməli, X.M.Seidovanın namizədliyinin qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının 16 yanvar 2020-ci il tarixli 7/23 saylı qərarının əsaslandırma hissəsindən imtinanın əsaslarından biri kimi bəyan edilməmiş minik avtomobilinin ona məxsus olması hissəsi çıxarılmalı, qərar digər hissədə dəyişdiril¬mədən saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci və 148-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiya-larına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 21 saylı Nəsimi birinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Seidova Xoşbəxt Mirsucəddin qızının 18 yanvar 2020-ci il tarixli 28 saylı müraciəti qismən təmin edilsin, namizədliyinin qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının 16 yanvar 2020-ci il tarixli 7/23 saylı qərarının əsaslandırma hissəsindən imtinanın əsaslarından biri kimi ona məxsus, bəyan edilməmiş minik avtomobilinin olması hissəsi çıxarılsın, dairə seçki komissiyasının həmin qərarı digər hissədə dəyişdirilmədən saxlanılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.


Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov


Digər xəbərlər
NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM