Alternative content

06:53 24 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 17 yanvar 2020-ci il tarixli 25 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 17 yanvar 2020-ci il tarixli 25 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
ANA SƏHİFƏ / MSK
02:57 20.01.2020

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 110 saylı Zaqatala seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Soltanov Saleh Calal oğlu 14 yanvar 2020-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək 110 saylı Zaqatala seçki dairəsi dairə seçki komissiyasının (dairə seçki komissiyası) hərəkətsizliyini mübahisələndirərək pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələbinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Namizəd S.C.Soltanov müraciətində iddia etmişdir ki, 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 2020-ci il yanvarın 6-da namizədliyini öz təşəbbüsü ilə irəli sürmüş, lakin dairə seçki komissiyası tərəfindən namizədliyin təsdiq olunub-olunmaması barədə ona heç bir məlumat verilməmişdir.

Araşdırma prosesində ərizəçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, namizəd araşdırmada və iclasda iştirak etməkdən imtina etmişdir.

Araşdırma zamanı müəyyən edilmişdir ki, S.C.Soltanovun namizədliyi 6 yanvar 2020-ci ildə öz təşəbbüsü ilə irəli sürülmüş, dairə seçki komissiyasının 10 yanvar 2020-ci il tarixli 30/71 saylı Qərarı ilə onun namizədliyinin irəli sürülməsi təsdiq edilmiş, bu barədə namizədə məlumat verilmiş, qərar və imza vərəqələri ona təqdim edilsə də, namizəd onları qəbul etməkdən imtina etmişdir. Bundan sonra sözü gedən qərarın surəti poçt vasitəsilə namizədin yaşadığı unvana çatdırılmışdır.

Yuxarıda göstərilən hallar dairə seçki komissiyası üzvlərinin 10 yanvar 2020-ci il tarixli aktı, komissiya sədrinin 18 yanvar 2020-ci il tarixli məlumatı, qərarın surətinin ünvana çatdırılmasını təsdiq edən xəbərnamə və "Azərpoçt” MMC-nin Zaqatala Poçt Filialının 10/27 saylı 18 yanvar 2020-ci il tarixli arayışı ilə təsdiq edilmişdir.

Göstərilənlərə əsasən dairə seçki komissiyasının hərəkətsizliyi öz təsdiqini tapmadığından namizəd S.C.Soltanovun müraciətinin təmin olunması üçün hüquqi əsaslar müəyyən edilməmiş, bu səbəbdən müraciət əsassız hesab edilərək təmin olunmamalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 53-cü, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 110 saylı Zaqatala seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Saleh Calal oğlu Soltanovun 14 yanvar 2020-ci il tarixli 25 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.


Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov


Digər xəbərlər
NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM