20 Yanvar 2020 02:56
853
MSK
A- A+

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 17 yanvar 2020-ci il tarixli 26 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI


2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 28 saylı Sabunçu üçüncü seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Hacıağayev Nəzərbəy Hacıağa oğlu 2020-ci il yanvarın 17-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin seçki dairəsinin hərəkətsizliyini mübahisələndirmiş və pozulması iddia olunan hüquqlarının bərpa edilməsi üçün müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələbinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Namizəd N.H.Hacıağayev müraciətində iddia etmişdir ki, 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə namizədliyinin qeydə alınması üçün 2020-ci il yanvarın 10-da imza vərəqələri və digər seçki sənədlərini 28 saylı Sabunçu üçüncü seçki dairəsinin dairə seçki komissiyasına (dairə seçki komissiyası) təqdim etmək istəsə də, onun sənədləri komissiya tərəfindən götürülməmişdir.

Araşdırma prosesində ərizəçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin ona digər hüquqlarının olması izah edilmiş, onun iclasda iştirakı təmin olunmuşdur.

Araşdırma ilə müəyyən edilmişdir ki, N.H.Hacıağayevin namizədliyi öz təşəbbüsü ilə 2019-cu il dekabrın 29-da irəli sürülmüş, yanvarın 3-də namizədliyinin irəli sürülməsi dairə seçki komissiyası tərəfindən təsdiq edilmiş və ona imza vərəqələri verilmişdir. O, 2020-ci il yanvarın 11-i saat 11:00 radələrində 10 ədəd imza vərəqələrini, mülkiyyət hüququ əsasında namizədə məxsus əmlak, gəlirlərinin miqdarı və mənbəyi barədə məlumatları dairə seçki komissiyasına təqdim etmişdir. N.H.Hacıağayev tərəfindən təqdim edilmiş imza vərəqələri, mülkiyyət hüququ əsasında namizədə məxsus əmlak, gəlirlərinin miqdarı və mənbəyi barədə məlumatlar namizəd tərəfindən onun öz imzası ilə 2020-ci il yanvarın 11-də təsdiq edilmişdir.

Dairə seçki komissiyasının üzvlərindən alınmış izahatlardan da görünür ki, namizəd N.H.Hacıağayev imza vərəqələrini və digər seçki sənədlərini dairə seçki komissiyasına 2020-ci il yanvarın 11-də təqdim etmişdir.

Seçki Məcəlləsinin 57.7-ci maddəsinə əsasən imza toplandıqdan sonra imza vərəqəsi imza toplayan şəxs və namizəd tərəfindən imzalanır.

Beləliklə, müraciətin tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılması ilə N.H.Hacıyevin şikayətinin təmin edilməməsi üçün hüquqi əsaslar müəyyən edilmişdir.

Yuxarıda göstərilənləri əsas gətirərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 58-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 28 saylı Sabunçu üçüncü seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Hacıağayev Nəzərbəy Hacıağa oğlunun 17 yanvar 2020-ci il tarixli 26 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.


Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video