Alternative content

04:30 23 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
01:14 23.09.2020 BİLDİRİŞ
01:14 23.09.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “The Jerusalem Post”: “Qara Yanvar” Azərbaycanın müstəqilliyinə gedən yolda dönüş nöqtəsi oldu
“The Jerusalem Post”: “Qara Yanvar” Azərbaycanın müstəqilliyinə gedən yolda dönüş nöqtəsi oldu
ANA SƏHİFƏ / SİYASƏT
01:46 20.01.2020

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən sovet silahlı qüvvələrinin bölmələri Bakı şəhərinə və Azərbaycanın digər regionlarına yeridildi. Dinc əhaliyə amansızcasına divan tutulması nəticəsində yüzlərlə insan qətlə yetirildi, yaralandı və itkin düşdü.

AZƏRTAC xəbər verir ki, bu fikirlər İsraildəki "Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qutun İsraildə çıxan ingilisdilli nüfuzlu "The Jerusalem Post” qəzetində nəşr edilmiş ""Qara Yanvar” Azərbaycanın müstəqilliyinə gedən yolda dönüş nöqtəsi oldu” sərlövhəli məqaləsində yer alıb.

https://www.jpost.com/Opinion/Black-January-became-the-starting-point-of-Azerbaijans-independence-614561?fbclid=IwAR29JUezEVsnFJ8aSbg70ZLuamRE9el7ByeRsSDo_CXuOUOk_SJqeeAQpzs

Müəllif yazıda vurğulayır ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet tankları və qoşunları Bakının küçələrini işğal edərək dinc sakinləri kütləvi şəkildə qırmasını azərbaycanlılar "Qara Yanvar” adlandırıblar. Məqalədə qeyd olunur: "Udar” əməliyyatının əsas məqsədi Azərbaycanda milli azadlıq hərəkatını boğmaq idi. Rəsmi statistikaya görə bu qanlı qırğın əməliyyatı nəticəsində 147 nəfər həlak olub, lakin qeyri-rəsmi məlumata görə azı 300 nəfər, bəlkə də insan bu qırğının qurbanı olub. O gündən 30 il keçir, buna baxmayaraq əsl həqiqət hələ də məlum deyil: məxfi sənədlərlə dolu 200-dən çox qutu sovet ordusu tərəfindən müsadirə edilərək Moskvaya aparılıb, hərçənd o vaxt tamamilə aydın idi ki, sovet imperiyası süqut ərəfəsindədir”.

Müəllif qeyd edir ki, əsgərlər insanları yaxın məsafədən güllələyir, tankları və zirehli transportyorları qəsdən minik maşınlarının üstünə sürür, həmin maşınlardakı dinc vətəndaşları öldürür, xəstəxanalara atəş açır, tibbi-sanitar heyətin yaralılara kömək göstərməsinə mane olurdu.

"Qoşunların şəxsi heyəti yaralıları süngü-bıçaqlarla ölüm həddinə çatdırırdı. 5,45 millimetr kalibrli Kalaşnikov avtomatında ağırlıq mərkəzi dəyişdirilmiş güllələrdən istifadə edilməsi insanları sadəcə sıradan çıxarmaqla kifayətlənmədən onların əzab-əziyyətini qat-qat artırır, bu halda ölüm labüd olur.

Yanvarın 20-sində səhər Bakıda dəhşətli mənzərə yaranmışdı: bir vaxtlar gözəl şəhərin küçə və meydanları qana boyanmış, insan cəsədləri maşınlar tankların tırtılları altında əzilmiş, evlər gülləbaran edilmişdi. O dəhşətli gecədə Azərbaycanın, xüsusən Bakının dinc sakinləri şok yaşadılar.

O vaxt mənim 15 yaşım vardı, biz Bakıda yaşayırdıq. Yadımdadır, valideynlərim və bacım ilə səhərə qədər oya qaldıq, gözümüzə yuxu getmirdi. Bizi nələr gözləyə biləcəyindən xəbərimiz yox idi. Bakının çox saylı başqa sakinləri kimi bizdə ömrümüzdə ilk dəfə atəş səsləri, tank tırtıllarının səsini eşitdik. O dəhşətli yanvar gecəsi bitmək bilmirdi, lakin xatırlayıram ki, ulduzlu gecə idi, sanki ulduzlar da vahiməyə düşmüşdü. Bu qanlı qırğın totalitar sovet rejiminin insanlığa zidd, qanlı mahiyyətini bir daha sübut etdi, sovet qoşunları xarici təcavüzü dəf etmək üçün deyil, öz xalqına qarşı istifadə edildi”, - məqalədə belə qeyd olunur.

Məqalədə bildirilir ki, onun dostu, bu gün İsrail vətəndaşı olan fotoqraf Boris Dobin "Qara Yanvar” hadisələrini xatırlayaraq deyib: "O günü unutmaq mümkün deyil. 1990-cı ilin yanvar hadisələri mənim üçün sağalmaz yaradır, bu yaranın ağrısı heç vaxt keçməyəcək. Bu ağrı bəzən zəifləyir, bəzən güclənir, lakin heç vaxt məni tərk etmir. Hadisələrin inkişafı təfsilatı ilə yadımdadır. Onilliklər boyu Bakıda müxtəlif millətlərə mənsub insanlar dinc yanaşı yaşayıblar. Mən yəhudiyəm və azərbaycanlılar arasında böyümüşəm, Azərbaycan dilində sərbəst danışıram və Azərbaycan xalqının ağrısı mənim də ağrımdır. Küçələrdə dəhşətli mənzərə yaranmışdı. Hər yerdə insan cəsədləri görünürdü. Aydın idi ki, sovet ordusu silahsız insanlara atəş açıb. Bu adamlar müqavimət göstərməyə cəhd belə etməyiblər və müqavimət göstərə bilməzdilər. O vaxta qədər buna bənzər hadisələr barədə yalnız nasizm haqqında kitablarda oxumuşdum. Yanvarın 19-20-də sovet ordusunun Bakıda törətdikləri əsl faşizm idi. Həmin gün Bakı sakinlərinin keçirdiyi hissləri unutmaq mümkün deyil. Ertəsi gün şəhidlərin dəfn mərasimində mən fotoşəkillər çəkməkdə davam edirdim”.

Britaniyalı jurnalist Tomas de Vaal "Qara Yanvar” haqqında "Qara bağ” kitabında yazır: "Tanklar barrikadaların üstündən keçir, qarşısına çıxan avtomobilləri və hətta təcili yardım karetlərini də əzirdi. Şahidlərin sözlərinə görə əsgərlər qaçan adamlara atəş açır, yaralıları vurub öldürürdülər. İçərisində dinc sakinlər olan avtobus atəşə tutuldu və çoxsaylı sərnişinlər və 14 yaşlı qızcığaz həlak oldu. Döyüş maşınları qarşısına çıxan hər hansı avtomobil nəqliyyatını, içəridə kim olmasının fərqinə varmadan əzib keçirdi”.

Arye Qut yazıda bildirir ki, çoxsaylı şahid ifadələrindən göründüyü kimi hərbçilər eybəcər hala salınmış hərbi texnika ilə əzilmiş cəsədləri və ayrı-ayrı bədən hissələrini hadisə yerindən aparır, beləliklə törədilmiş əməllərin izlərini itirməyə çalışırdılar.

Kinorejissor Stanislav Qovoruxin Bakıya qoşun yeridilməsi ilə əlaqədar yazırdı: "Yanvarın 19-dan 20-sinə keçən gecə qoşunlar şəhərə daxil oldu. Lakin sovet ordusu sovet şəhərinə... işğalçı ordu kimi: gecənin qaranlığında, tanklar və zirehli maşınlarla daxil oldu, yolunu atəşlə təmizlədi”.

1990-cı il yanvarın 22-də Bakı şəhəri və Azərbaycan xalqı Qorbaçovun sözlərinə görə "İslam fundamentalistləri” olan oğul və qızlarını dəfn etdi. Məqalə müəllifi ritorik sual verir: "Doğrudanmı üç ay əvvəl ərə getmiş, həmin gecə ərinin ölüm xəbərini eşidəndən sonra özünə qəsd etmiş Fərizə və ya on beş yaşlı Rəşad, yaxud Bakı yəhudilərinin nümayəndələri Vera Bessantina, Yan Meyeroviç, təcili yardım həkimi Saşa Marxevka – bütün bu insanlar "islam fundamentalistləri” idi?

Yanvar faciəsinin kökləri Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzündə idi. 1988-1990-cı illərdə baş vermiş hadisələrin açıq-aydın göstərdi ki, Ermənistan Mərkəzdəki sovet hökumətinin tam dəstəyinə güvənərək qonşu respublikanın ərazisinin bir hissəsini ilhaq etmək niyyətində idi. 1990-cı ilin yanvarında sovet silahlı qüvvələri tərəfindən Bakıda həyata keçirilmiş cəza tədbirləri öz miqyasına, qəddarlığına və qurbanların sayına görə 1989-cu ilin aprelində Tbilisidə və 1991-ci ilin yanvarında Vilnüsdə törədilmiş oxşar hadisələrdən daha dəhşətli idi. Bu, dövrünü başa vurmuş sovet imperiyasının final konvulsiyaları idi.

Arye Qut yazır: "Azərbaycanlı vətənpərvərlər, yəhudi qız və rus həkim, həmçinin bir azərbaycanlı uşaq qardaş məzarında dəfn edildi. Bu, Azərbaycanın dəhşətli faciəsi idi.

İsrailli ekspertin fikrincə qanlı "Qara Yanvar” Azərbaycanda sovet hakimiyyətinin sonunun başlanğıcı və Sovet İttifaqının dağılmasının başlanğıcı oldu. Məqalə müəllifi yazır: "Bütün həyatını SSRİ-nin mənafelərinə xidmətə həsr etmiş kommunist partiyasının üzvləri sarsılmışdı: Sovet kommunist sistemi onlara qarşı işləyirdi. Azərbaycan xalqının ümummilli lideri Sov. İKP siyasi bürosunun keçmiş üzvü Heydər Əliyev Mixail Qorbaçovu çox kəskin və sərt şəkildə tənqid etdi, onu ittiham edərək bildirdi ki, bu mənfur cinayətə məhz Qorbaçov rəhbərlik edib. O vaxt Moskvada yaşayan Heydər Əliyev Azərbaycanın daimi nümayəndəliyinə gəldi və Azərbaycan xalqına başsağlığı verdi. Heydər Əliyev öz çıxışında vurğuladı ki, bu faciənin təşəbbüskarları SSRİ-nin və Azərbaycanın ovaxtkı siyasi rəhbərləri olub, onlar xalqı sakitləşdirmək üçün heç nə etməyiblər. Heydər Əliyev bu faciəni Azərbaycan xalqına qarşı cinayət hesab edirdi.

"Azadlıq” radiostansiyasının müxbiri Katarina Holl yazır: "Nəticə etibarilə SSRİ rəhbərliyinin Azərbaycanı sovet hakimiyyəti çərçivəsində saxlamağa yönəlmiş bütün səyləri hədər oldu. Bakı küçələrində sovet ittifaqının amansız təcavüzü əks nəticə doğurdu. Bu faciə dissidentləri ram etmək və müstəqillik uğrunda hərəkatı ləğv etmək əvəzinə azərbaycanlıların qəddar kommunist üsul idarəsindən xilas olmaq səylərini daha da gücləndirdi”.

Arye Qut qeyd edir: "Bakıda törədilmiş qanlı hadisələrə baxmayaraq, 1990-cı il 20 yanvar günü Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə tarixində qəhrəmanlıq səhifəsi oldu. 1990-cı il yanvarın 20-də Azərbaycan xalqı, hərbi, mənəvi və siyasi təcavüzə məruz qalsa da, o, tarixi qəhrəmanlıq ənənələrini davam etdirməyə, Vətənin azadlığı və müstəqilliyi naminə kommunist sisteminin ən amansız hücumlarına davam gətirməyə qabil olduğunu göstərdi”.

Müəllif məqalənin sonunda yazır: "1990-cı il 20 yanvar faciəsindən 30 il keçir. Azərbaycan xalqının müqəddəs and yeri olan Şəhidlər xiyabanını hər gün ziyarət edirlər, şəhidlərin məzarları üzərinə qırmızı qərənfillər qoyulur, "Əbədi məşəl” memorialında odlar yurdunun rəmzi olan alov heç vaxt sönmür”.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM