Alternative content

00:08 21 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qasım Rzayi: Azərbaycanlı həmkarlarla münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik
Qasım Rzayi: Azərbaycanlı həmkarlarla münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik
ANA SƏHİFƏ / CƏMİYYƏT
19:22 19.01.2020

Bizim Azərbaycanla uzun sərhədlərimiz, o cümlədən çoxsaylı keçid məntəqələrimiz var. Gündəlik olaraq 7-8 min nəfər sərhəd-keçid məntəqəsindən istifadə edir. Bu, iki ölkə arasında münasibətlərin inkişafına dair bir göstəricidir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı, general-mayor Qasım Rzayi Astarada jurnalistlərə verdiyi müsahibəsində bildirib.

Q.Rzayi deyib: "Hər iki dövlət də səy göstərir ki, ölkələrimiz arasında istər dəmiryolu, istər avtomobil yolu sahəsində məsələləri inkişaf etdirsinlər. Biz sərhədçilər bu layihələrin əvvəlində dayanırıq və onların inkişafına töhfə vermiş oluruq. Layihələrin icrası iki ölkə arasında iqtisadi münasibətlərin inkişafına təkan göstərən amildir. Bu gün keçirilən görüşdə qərara aldıq ki, mövcud münasibətlərimizi daha da inkişaf etdirək. Münasibətlərimizi aşağı səviyyədəki sərhədçilərə də çatdıraq ki, onlar öz aralarında münasibətləri bizim səviyyəmizdə qursunlar”.

Q.Rzayi qeyd edib ki, gələcək planlarda Elçin Quliyevin Tehrana səfəri, bizim Bakıya səfərimiz və ondan sonra da İran, Azərbaycan sərhədçilərinin və Türkiyə jandarmeriyasının iştirakı ilə üçtərəfli görüş planlaşdırılır. Bu görüşlər regionda münasibətlərin inkişafına təsir göstərən amil olmaqla regionda vəziyyəti çətinləşdirmək istəyən qüvvələrə bir mesajdir”.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM