Alternative content

23:53 18 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Elçin Quliyev: İranla dövlət sərhədində yeni buraxılış məntəqələrinin fəaliyyəti məsələləri müzakirə olunur
Elçin Quliyev: İranla dövlət sərhədində yeni buraxılış məntəqələrinin fəaliyyəti məsələləri müzakirə olunur
ANA SƏHİFƏ / SİYASƏT
19:19 19.01.2020

2020-ci ildə qarşıda bir sıra məqsədlərimiz var. Avtomobil yolunun, yeni dəmiryolunun açılışı, yeni körpünün inşa olunması - bunlar xidməti əlaqələrin inkişafının təzahürüdür.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev Astarada jurnalistlərə verdiyi müsahibəsində məlumat verib.

DSX-nin rəisi daha sonra deyib: "2018-ci illə müqayisədə ötən ildə dövlət sərhəd buraxılış məntəqəsində həm vətəndaşların, həm də nəqliyyat vasitələrinin keçidində artım olub. Dövlət sərhədindən keçən şəxslərin sayı 21,5 faiz, nəqliyyat vasitələrinin sayı isə 13 faiz artıb”.

E.Quliyev qeyd edib ki, İran İslan Respublikasının Sərhəd Qoşunlarının komandanı ilə dövlət sərhədində yeni buraxılış məntəqələrinin fəaliyyətə başlaması məsələləri müzakirə olunur. Bu məsələ, həm də hökumətlər arasında müzakirə obyektidir. Sərhədyanı digər əlaqələrin qurulması, inkişaf etdirilməsi bu gün gündəlikdədir.

"Bütün bunlar ölkələrimiz arasında olan xoş münasibətin təzahürü, göstəricisidir. Prezident İlham Əliyev daim Azərbaycan-İran əlaqələrinin sərhəd mühafizəsi istiqamətində inkişafına dair göstərişlər verir. Biz də çalışırıq ki, dövlətimizin başçısının bu tapşırıqlarının ən yüksək səviyyədə icrasını təmin edək”, - deyə E.Quliyev vurğulayıb.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM