19 Yanvar 2020 19:18
536
SİYASƏT
A- A+

20 Yanvar şəhidlərinin xatirəsi İsveçdə anılıb


İsveçin paytaxtı Stokholm şəhərində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Stokholm Azərbaycan Mədəniyyət Mərkəzi, İsveç Azərbaycan Federasiyasi və İsveç-Azərbaycan Dərnəyi (SAF) tərəfindən təşkil edilib.

Azərbaycanın himninin səslənməsi və şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə əvvəlcə 20 Yanvar faciəsindən bəhs edən reportajlardan və hadisələrin şahidlərinin müsahibələrindən ibarət "Silahdaşlar” filmi nümayiş olunub.

Tədbirdə çıxış edən Stokholm Azərbaycan Mədəniyyət mərkəzinin rəhbəri Rahim Sadıqbəyli 20 Yanvar hadisələri barədə danışıb. O, 20 Yanvar gecəsinin xalqımıza qarşı əvvəlcədən planlaşdırılmış qanlı akt olduğunu qeyd edib, həmin gecə Azərbaycan xalqının müstəqillik ruhunu sarsıtmaq istəyən qüvvələrin səylərinin uğursuzluqla nəticələndiyini bildirib.

İsveç-Azərbaycan Dərnəyinin rəhbəri Sevda Dadaşova 20 Yanvar hadisələrinin Ümumxalq Hüzn Günü olmaqla yanaşı, həm də Azərbaycan xalqının azadlıq əzmini özündə səciyyələndirən qürur günü olduğunu bildirib. Məhz buna görə də 20 Yanvarın Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri olduğunu diqqətə çatdıran diaspor fəalı 30 il keçməsinə baxmayaraq, xalqımızın o gecəni daim xatırladığını, Vətən uğrunda şəhid olan oğul və qızlarımızın əziz xatirəsini ehtiramla yad etdiyini bildirib.

Azərbaycanın İsveçdəki səfirliyinin birinci katibi Vaqif Seyidbəyov 20 Yanvar faciəsində Azərbaycanın oğul və qızlarının Vətənin azadlığı və müstəqilliyi uğrunda öz canlarından keçərək şəhidlik zirvəsinə ucaldıqlarını bildirib. O deyib ki, xalqımız öz qanı bahasına olsa da, nəticədə müstəqilliyə qovuşdu və bu, xalqımızın azadlıq əzmini bir daha nümayiş etdirdi.

Səfirliyin birinci katibi şəhidlərin xatirəsinin yaşadığı yerdən asılı olmayaraq hər bir azərbaycanlının qəlbində daim əziz tutulacağına əminliyini bildirib.

Qeyd edək ki, 20 Yanvar şəhidlərinin xatirəsi İsveçin Höteborq şəhərində keçirilən tədbirdə də yad edilib. Bundan başqa, İsveçin "Öppna kanalen” telekanalında və 101.1 FM radiosunda 20 Yanvar hadisələrinə həsr olunmuş verilişlər yayımlanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video