Alternative content

23:50 20 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisi ilə İranın Sərhəd Qoşunları komandanının görüşü olub
Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisi ilə İranın Sərhəd Qoşunları komandanının görüşü olub
ANA SƏHİFƏ / CƏMİYYƏT
15:32 19.01.2020

Yanvarın 19-da Azərbaycan Respublikasının Astara şəhərində Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin və İran İslam Respublikası Sərhəd Qoşunlarının komandanı general-mayor Qasım Rzayinin rəhbərlik etdikləri nümayəndə heyətlərinin işçi görüşü keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tərəflər sərhəd mühafizə qurumları rəhbərlərinin bilavasitə dövlət sərhədində ənənəyə çevrilmiş işçi görüşlərinin əhəmiyyətini müsbət qiymətləndiriblər.

Nümayəndə heyətləri regionda cərəyan edən hadisələr fonunda dövlət sərhədində mövcud əməliyyat şəraitinə dair əhatəli fikir mübadiləsi aparıb, sərhəd təhlükəsizliyinin təminatı məsələləri, dövlət sərhədindən buraxılış məntəqələrində etibarlı sərhəd nəzarətinin təşkil edilməsi, transsərhəd cinayətkarlığın təzahürləri ilə mübarizə üzrə fəaliyyətlərin, əvvəlki görüşlərdə əldə olunmuş razılaşmaların icrasını nəzərdən keçiriblər. Eyni zamanda, sərhəd mühafizə strukturlarının qarşısında duran vəzifələrin effektiv icrası baxımından qarşılıqlı əlaqələndirmənin və əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Tərəflər Azərbaycan Respublikasının və İran İslam Respublikasının iştirak etdiyi beynəlxalq əhəmiyyətli nəqliyyat layihələri çərçivəsində sərhəd infrastrukturunun təkmilləşdirilməsi, sərhəd nəzarəti prosedurlarının sürətləndirilməsi məqsədilə həyata keçirilən tədbirləri xüsusi vurğulayıb, bununla yanaşı, "Astara” dəmir yolu buraxılış məntəqəsinin, yeni avtomobil yolu və piyada keçidinin tikintisi ilə bağlı aidiyyəti tədbirlərin əlaqələndirilməsi, dövlət sərhədində qanunsuz fəaliyyətlərlə mübarizənin həyata keçirilməsi və məlumat mübadiləsinin təmin edilməsi, Xəzər dənizində qarşılıqlı əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Görüşdə sərhəd mühafizəsi sahəsində qarşılıqlı maraq kəsb edən məsələlər üzrə müzakirələrin aparılması, əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə işçi görüşlərin davam etdirilməsi barədə razılıq əldə olunub.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM