Alternative content

00:40 21 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Danışır o gecənin şahidləri: 20 Yanvar tarixə qanımızla yazıldı, azadlıq canımızla qazanıldı
Danışır o gecənin şahidləri: 20 Yanvar tarixə qanımızla yazıldı, azadlıq canımızla qazanıldı
ANA SƏHİFƏ / SİYASƏT
01:06 19.01.2020


Bakının hüsnünün gözəlliyinə, tariximizin daş yaddaşı kimi qədimliyinə, dünənimizlə bugünümüzün qovuşduğu bir məkan olduğuna görə ona heyran qalanlarla yanaşı, sən demə, onu qanına qəltan etməyə, qan gölündə boğmağa fərman verənlər də var imiş. Nələr çəkmiş başı bu qədim və ulu yurdun?!

Daş yaddaşa çevrilib hər dar dalanı, orada yatan minillik tarixi. Ağ günləri uğrunda mübarizə aparan oğlu-qızı yadellilərin hücumları qarşısına vətənpərvərlikləri ilə çıxmaqla düşmənə göz dağı olublar!

O zil qaranlıq, dəhşətli qanlı şənbə gecəsindən çıxmaqla xalqımızı ağ günlərinə - azadlığına, istiqlaliyyətinə və müstəqilliyinə yenidən qovuşdurdu Bakı! Sinəsi Azadlıq uğrunda qanlı savaş meydanına çevrildi. Amma Azadlıq meydanı Vətənini sevənlərə darlıq etdi. Açdı sinəsini vətənsevərlərin üzünə, millətləri Odlar diyarında bir ocaq başına yığdı, bağrına basdı Bakı! O gün qanımızla yazıldı, canımızla qazanıldı Azadlıq!

Xalqımız 20 Yanvar tarixli sabahını neçə illərdi sakit, hüznlü, üzgün açırdı. Bu gün, 30 ildən sonra isə həm də bir məğrurluq, qalibiyyət və qürur duyulur simalardan. Əyilən bel, sınan qamət görməzsən. Qoltuqağacına söykənib ziyarətə gələnlərdə də duyulur bu qürur! 20 yanvar günü hamı gedəcəyi ünvanı bilir - Şəhidlər Xiyabanı! Burada hər qara daşdan bir işıq boylanır elə bil, amma ziyarətçilərin yol yoldaşı yenə də qan rəngli qərənfillərdir - şəhid məzarları üstünə xalı kimi sərilən Abşeron gülləri...

Bakı şəhəri, onun sakinləri 20 Yanvarın növbəti ildönümünü qeyd etməyə yenə də hazırdı. Yenə də Şəhidlər Xiyabanına aparan yol izdihama darlıq edəcək. İnsan axınının ardı-arası kəsilməyəcək. Yenə də qucağı körpəli gəlin, ağbirçək şəhid anası, torpaq və yurd itkili atalar, oğullar, nənələr və nəvələr müqəddəs ziyarətgaha aparan yolun yolçularına çevriləcəklər. Aralarında əcnəbilər də az olmayacaq. Onlar yalnız respublikamızda fəaliyyət göstərən diplomatik korpusların nümayəndələri yox, həm də ölkəmizin füsunkar təbiətinin vurğunu olan turistlər, dini, dili, məsləki bir olan türkdilli xalqların təmsilçiləri olduqlarını söyləyəcəklər. İllərdir ki, bunun şahidiyik.

O qanlı şənbə gecəsində yaralansalar da salamat çıxıb, Qarabağı və ətraf ərazilərimizi erməni silahlılarından müdafiə edənlər də az olmayıb sıralarda. Onlardan biri də Müzəffər Əliyevdir. O günlərdə gördüklərini B.Sərdarov adına Bakı Maşınqayırma Zavodunun 3 N-li sexinin rəisi Müzəffər Əliyev belə dilə gətirib: "Yanvar ayının 13-dən 19-na kimi Rəsulzadə qəsəbəsindən Binəqədiyə gedən yoldakı körpünün altında "barrikada” qurub zavodun işçiləri ilə oturmuşduq. Növbə ilə evə - ailəyə baş çəkirdik. Yanvarın 19-u axşam evə getmək mənim növbəmə düşmüşdü. Getdim. Gecə o qanlı hadisələr baş verən kimi Bakı-Şamaxı magistralında, Güzdək qəsəbəsinə dönən yoldakı körpünün yanında da bizim zavodun işçilərinin atəşə tutulduğunu eşidib o ünvanlara yollandıq. Yaralıları Müşfiqabad qəsəbəsinə apardıq. Ayın 21-də saat 3-4 radələrində, 1-ci mikrorayonda ("Şamaxinka” deyilən ərazidə) yolumuzu kəsdilər. Böyük bacımgil 6-cı mikrorayonda yaşayırdılar, onlara getmək istəyirdim. Axşama, yəni qaranlıq düşənə kimi bizi buraxmadılar. Yanvarın 22-də tezdən Azadlıq meydanına getdik. Şəhidlərimizi Dağüstü parkda dəfn olunmaları üçün oradan yola salırdılar: matəm mitinqi keçirilirdi. Mən də Əflatun Kazımovun cənazəsini Şəhidlər Xiyabanına aparanlardan biri idim. Qayıdanda yenə 1-ci mikrorayonda saqqallı, qəddar, zəhmli baxışları ilə sanki bizi güllələyəcək hərbçilərin dayanacaqdakıları gülləbaran etdiklərini gördük. Birtəhər yaxınlıqdakı onaltımərtəbəli yaşayış binasının arxasına keçə bildik. Yolda iki-üç nəfər yaralı var idi. Təcili yardım maşını onlara yaxınlaşmaq istəyəndə avtomatdan atəş açmağa başladılar. Sonra öyrəndik ki, maşındakı yaralını da öldürüblər...”

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM