19 Yanvar 2020 00:57
1225
Mədəniyyət
A- A+

Qanlı Yanvar faciəsi ilə bağlı rəsm sərgisi keçirilib


Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin qurbanlarına həsr edilən rəsm sərgi müsabiqəsi və "dəyirmi masa” keçirilib.

Əvvəlcə mərkəzin sərgi salonunda Bakının küçələrində azadlıq istəyən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin törətdiyi misli görünməmiş faciəni əks etdirən rəsm sərgisinə baxış keçirilib və gənclərin ifasında şeirlər oxunub.

Sonra 20 Yanvar faciəsi ilə əlaqədar hazırlanmış videoçarx nümayiş olunub.

Mərkəzin konfrans zalında davam edən tədbirdə Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov keçmiş sovet dövlətinin hərb maşınının 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüzün insanlığa qarşı törədilmiş ən ağır cinayət olduğunu qeyd edib. Mərasimdə bidirilib ki, yalnız Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə yenidən qayıdışından sonra 1990-cı il Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilib və terror aktının beynəlxalq ictimaiyyətə tanıdılması istiqamətində mühüm işlər görülüb. Prezident İlham Əliyevin tapşırığı ilə 2009-cu ildə Bakıda "20 Yanvar” dairəsində memorial abidə kompleksi inşa olunub. Hər il xalqımız igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, xatirələrini böyük ehtiramla yad edir.

"Şöhrət” ordenli, Əməkdar müəllim, Prezident təqaüdçüsü Ofeliya Babayeva, Veteranlar Şurasının sədri Sovet Şükürov, Əməkdar məşqçi Mirağa Qiyasov, 31 saylı tam orta məktəbin tarix müəllimi Raqif Şirinov, İdman Könüllüləri İctimai Birliyinin Regional bölməsinin direktoru Aytac Əkbərova və digərləri bu faciədən 30 il keçdiyini, həmin günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini uca tutan, müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan mərd vətən övladlarının canlarından keçərək şəhidlik zirvəsinə yüksəldiklərini qeyd etdilər. Azərbaycan xalqına qarşı törədilmiş bu cinayətin bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktı olduğu bildirilib.

Sonda iştirakçılara "20 Yanvar müstəqilliyə gedən yolda şərəf və qəhrəmanlıq salnaməsidir” adlı məlumat xarakterli bukletlər paylanılıb.

Akif ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video