Alternative content

23:13 18 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 20 Yanvar hadisələri sənədli ekran əsərlərində
20 Yanvar hadisələri sənədli ekran əsərlərində
ANA SƏHİFƏ / Mədəniyyət
00:43 19.01.2020


1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordu hissələri Azərbaycan xalqının müstəqillik arzusunu, azadlıq istəyini atəşə tutmaq üçün gəldi. Avtomatlardan, ağır hərbi texnikalardan aramsız güllələr yağdırıldı. Küçələrdə, meydanlarda, hətta evlərdə dinc insanlar qətlə yetirildi.

Xalqın birlik nümayiş etdirdiyi o günlərdə can qorxusu unuduldu. Düşmənin qarşısına sinəsi ilə sipər çəkmək, yaralılara yardım etmək, bir-birinə arxa durmaq kimi o dəhşətli anları lentə almaq da vətəndaşlıq borcu sayıldı. Çünki sovet ordu hissələrinin Azərbaycan xalqına qarşı törətdiyi o qətliamı videokameranın yaddaşına köçürənlər də ölümü gözə almışdılar.

O günlərdə kameranın yaddaşına köçürülənlər sənədli ekran əsərlərində geniş istifadə olunmağa başlandı. Azərbaycan kinematoqrafında 20 Yanvar hadisələrinə "Azadlığa gedən yollar”, "20 Yanvar”, "Şəhidlər və qazilər”, "Qəsd”, "Boz qurdun harayı”, "Qanlı Bakı”, "Cənubda şimal küləyi”, "Bakıda insan ovu”, "Qanlı Yanvar”, "Matəm” sənədli filmləri ithaf edildi.

"Azadlığa gedən yollar” tammetrajlı sənədli filmi rejissorlar Xamis Muradov, Tofiq Məmmədov, Ramiz Əliyev və Rövşən Almuradlı tərəfindən "Salnamə” sənədli filmlər studiyasında 1990-cı ildə çəkildi. Film Cəfər Cabbarlının "1905-ci ildə” pyesindəki bu səhnə ilə başlayır: Qubernator çarın portreti asılmış otaqda azərbaycanlılarla ermənilər arasında qırğın planları hazırlayır. Daha sonra Ermənistanda və Azərbaycanda soydaşlarımızın başlarına gətirilən faciələrdən bəhs olunur. Filmin əsas süjet xəttini 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş qırğınlar və sonrakı hadisələr təşkil edir.

Rejissor Cahangir Zeynallının "20 Yanvar” sənədli filmi 1990-cı ilin oktyabrında ərsəyə gəldi. Elə həmin ilin 20 yanvarında Azərbaycanda baş verən qanlı hadisələrdən bəhs edən film bir sıra xarici ölkələrdə də nümayiş olundu.

1990-cı ildə ekranlaşdırılan başqa bir qısametrajlı sənədli film - "Matəm” "Rakurs” Sənədli Filmlər Studiyasında istehsal edildi. Filmdə 20 Yanvar şəhidlərimizin qırx günü ilə əlaqədar Şəhidlər xiyabanında keçirilən ümumxalq matəmi əks olundu. Filmin rejissoru və ssenari müəllifi Teymur Bəkirzadədir.

Qanlı Yanvar hadisələrindən bəhs edən daha bir ekran işi - "Şəhidlər və qazilər” qısametrajlı filmi də 1990-cı ildə çəkildi. "Salnamə” sənədli filmlər studiyasının istehsalı olan filmdə Bakıda 1990-cı il yanvarın 20-də sovet ordusu əsgərləri tərəfindən dinc əhalinin qətlə yetirilməsi təsvir olunur. "Şəhidlər və qazilər” Xamis Muradovun ssenarisi əsasında ekranlaşdırıldı. Filmin rejissoru Xamis Muradov, Tofiq Məmmədov və Ramiz Əliyevdir.

1990-cı ildə daha bir film - qısametrajlı "Qəsd” sənədli filmi təqdim edildi. Ekran əsərində çar imperiyasının I Pyotr zamanından sovet imperiyasının Qorbaçov dövrünədək ermənilərin məkri ilə Azərbaycana, azərbaycanlılara qarşı yönəldilmiş qəsdlər - XIX əsrin ikinci onilliyində imzalanmış, xalqımızın faciəsinə çevrilmiş Türkmənçay və Gülüstan müqavilələrinə əsasən ölkəmizin iki yerə bölünməsi, erməni daşnaklarının 1905-ci və 1918-ci illərdə imperiyanın köməyi ilə törətdikləri cinayətlər, 1920-ci ildə Leninin sərəncamı ilə XI Qırmızı ordunun işğalçılıq basqını, Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğradılması, 1930-cu illərin Stalin repressiyası, 1990-cı ildə Qorbaçovun sərəncamı ilə törədilən 20 Yanvar faciəsi, Sovet ordusuna güvənən erməni işğalları, qətliamları təkzibolunmaz faktlarla nəzərə çatdırıldı. Filmin ssenari müəllifləri Sara Nəzirova və Rauf Nağıyevdir. Rejissoru Rauf Nağıyevdir.

1991-ci ildə təqdim edilən "Boz qurdun harayı” qısametrajlı sənədli filmi Azərbaycanda 1990-cı il yanvarın 20-də həlak olmuş şəhidlərin ildönümünə həsr edildi. "Salnamə” sənədli filmlər studiyasında ekranlaşdırılan filmin rejissorları Tofiq Məmmədov və Ramiz Əliyevdir.

"Bakıda insan ovu” qısametrajlı sənədli filmi də 1991-ci ildə ekranlaşdırıldı. Vaqif Azəryarın rejissor olduğu film "Yaddaş” Sənədli Filmlər Studiyasında istehsal edildi. Ekran əsərində 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciələrdən bəhs olunur. Filmin ssenari müəllifi Vaqif Azəryar və Qulu Kəngərlidir.

1994-cü ildə ekranlaşdırılan "Qanlı Bakı” sənədli televiziya filmində də 1990-cı ildə Bakı şəhərində baş vermiş qanlı yanvar hadisələri əksini tapıb. "Azərbaycantelefilm”in istehsalı olan filmin rejissoru Aydın Dadaşov, ssenari müəllifi Sadıq Elcanlıdır.

2001-ci ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasında çəkilən, rejissorları Xamis Muradov və Tofiq Məmmədov olan "Şəhidlik zirvəsi” qısametrajlı sənədli filmi də Qara Yanvar şəhidlərinə həsr edildi. Ekran əsərində Azərbaycan ərazilərini Rusiya və İranın öz aralarında bölüşdürməsindən, 1828-ci ildən müasir dövrədək Azərbaycanda baş vermiş ictimai-siyasi hadisələrdən söz açılır. Film Xamis Muradov, Eldar Quliyev və Oqtay Mirqasımovun ssenarisi əsasında ekranlaşdırılıb.

Sovet ordusunun hissələri 1990-cı ilin yanvarında Azərbaycanın bir sıra yerlərində, eləcə də sərhədyanı rayonlarda güc nümayiş etdirdilər. O zaman respublikamızın cənub rayonlarında, xüsusi ilə Biləsuvarda törədilən qırğınlar 2002-ci ildə ekranlaşdırılan "Cənubda şimal küləyi” qısametrajlı sənədli filmində əksini tapıb. Filmdə arxiv materiallarından, sənədli-xronikal video materiallardan istifadə olundu. "Salnamə” kinostudiyasında çəkilən filmin rejissoru Mahmud Məmmədov, ssenari müəllifi İntiqam Hacılıdır.

Azərbaycan tarixinə hüzn və qürur salnaməsi kimi yazılan o müdhiş günlər zaman keçdikcə yeni-yeni ekran əsərlərinin mövzusuna çevriləcək. 20 Yanvar faciəsindən bəhs edən sənədli filmlər xalqımızın üzləşdiyi haqsızlıqlar, müsibətlər barədə geniş məlumat verəcək.

Z.FƏRƏCOVA,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM