Alternative content

03:57 23 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
01:14 23.09.2020 BİLDİRİŞ
01:14 23.09.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 20 Yanvar rəsmlərdə
20 Yanvar rəsmlərdə
ANA SƏHİFƏ / Mədəniyyət
00:42 19.01.2020


Belə əsərlər həmin qanlı tarixi dünya xalqlarının diqqətinə çatdırmaq üçün əsas vasitədir


20 Yanvar faciəsi yalnız Azərbaycan xalqının deyil, bəşər tarixinin ən qanlı səhifələrindən biri, insanlığa qarşı təcavüzdür. Bununla yanaşı, unutmamalıyıq ki, həmin şənbə gecəsi qanla başlasa da, azadlığın şəfəq saçdığı günə çevrildi: imperiya cəlladlarının vəhşi simaları xalqımızın məğrurluğu sayəsində əriyib yoxa çıxdı.

Oğul və qızlarımız tankların, ağır texnikanın, cəlladların təpikləri altında xıncım-xıncım olsalar da, qəhrəmanlıq obrazı yaratdılar. Bu hadisə Azərbaycan xalqının iradəsini və yenilməzliyini bütün dünyaya nümayiş etdirdi. Tariximizin bu səhifəsi incəsənət əsərlərində öz əksini tapdıqca o, yaddaşlarda daha dərin izlər buraxdı və heykəlləşdi. Qürur, fəxr yerimiz olan Şəhidlər xiyabanı vətənə, torpağa, anaya, könül sevdasına məhəbbətin ünvanına çevrildi.

Ümummilli Lider Heydər Əliyev hələ 1995-ci il yanvar ayının 18-də R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində keçirilən "Qanlı Yanvar” rəssamlıq sərgisindəki çıxışı zamanı demişdir: "20 Yanvar hadisələrini bir faciə kimi təsvir etmək azdır. 20 Yanvar Azərbaycan xalqının milli azadlıq uğrunda, öz mənliyini müdafiə etmək yolunda göstərdiyi qəhrəmanlıq nümunəsidir. Ona görə də qəhrəman Azərbaycan balalarının tankın altına düşüb əzilməsi faktını göstərməklə kifayətlənməyib, onların qəhrəmanlığını, cəsurluğunu, ölümün gözünə dik baxaraq təcavüzkarın qarşısına çıxmalarını da təsvir etmək lazımdır. Bəlkə də bu, daha çox lazımdır. Təəssüf ki, buradakı əsərlərin arasında mən belələrini görmədim. Ola bilər bu, ondan irəli gəlir ki, biz Yanvar hadisələri baş verəndən indiyədək bununla əlaqədar ancaq ağlayırıq. Şübhəsiz ki, kədərimiz, qəm-qüssəmiz böyükdür. Ancaq kədərlənməklə yanaşı, xalqımız göstərdi ki, Azərbaycanın qəhrəman oğulları o böyüklükdə Sovet İttifaqının ordusu qarşısında dayanmağa qadirdirlər...”

Dövlət mükafatları laureatı, təsviri incəsənətin görkəmli nümayəndəsi, "İstiqlal” ordenli Xalq rəssamı Mikayıl Abdullayev 1992-ci ildə yaratdığı "Nakamların dəfni” əsəri ilə bir daha 20 Yanvar faciəsinin zaman-zaman unudulmayacağını göstərdi. Hər il, bir qayda olaraq, istər beynəlxalq səviyyədə, istərsə də respublika miqyasında bu mövzuya həsr edilmiş əsərlərin sərgiləri keçirilib. Həmin sərgilərin birində Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov demişdir ki, yaxşı günləri yaşadıqca xalq faciələrinin də unudulmaması naminə onları gələcək nəsillərə çatdırmalıdır: "...Tarixin belə qanlı səhifələrinin yaddan çıxmaması üçün ən yaxşı vasitələrdən biri də bu əsərlərdir. Belə əsərlər nə qədər çox olarsa, həmin tarixi dünya xalqlarının diqqətinə çatdırmaq bir o qədər mümkünləşər və asanlaşar”.

Həmin sərgidə 20-yə yaxın müəllifin 28 qrafika və boyakarlıq, 3 heykəltəraşlıq əsərləri nümayiş etdirilirdi ki, onlar vətənə, xalqa, onun tarixinə və faciələrinə həsr olunduqları üçün uşaq və gənclərə vətənpərvərlik hissi aşılayırdı.

20 Yanvar faciəsi, təbii ki, yalnız tanınmış xalq sənətkarlarının əsərlərində deyil, onların yetirmələrinin yaradıcılıq nümunələrində də öz əksini tapır. Bakı şəhər 2 saylı Uşaq İncəsənət Məktəbinin şagirdlərindən Lalə Babayevanın "20 Yanvar”, Fatimə Əbilovanın "Dünya göz yumur”, Sevinc Məmmədovanın "Ana fəryadı”, Elvin Şahməmmədovun "Sovet ordusunun Bakıya basqını”, Ülkər Əmirovanın "Erməni qəddarlığı”, Ülkər Əliyevanın "Erməni vəhşiliyi” və s. adlarla təqdim olunan rəsm əsərləri bir daha onların vətənpərvər hisslərlə yaşadığını və bu mövzunun onlar üçün müqəddəs olduğunu təsdiqləyir.

Görkəmli fırça ustası Rasim Babayevin "Təcavüz”, rəngkar Hacırza Fərzəliyevin "Ağlı-qaralı dünya”, Fikrət İbrahimovun "Gələcək naminə”, Həmzə Abdullayevin "Çərxi-fələk”, İsmayıl İsmayılovun "Haqq tərəzisi”, Qafar Seyfullayevin "Öncə Vətəndir...”, Asim Səmədovun "Ruhlar” və s. tablolarda qanlı şənbə gecəsinin ağrı-acılı yaşantıları yaddaqalan bədii ifadəsini tapıb desək, daha doğru olardı.

Qrafika ustası Arif Hüseynovun "Qara tağlı natürmort”, Fəxrəddin Əliyevin "Qara Yanvar” və Arif Ələsgərovun "20 Yanvar”, həmçinin Koreyada keçirilən, 68 ölkədən 587 rəssamın qatıldığı 1760-dan artıq əsərin nümayiş etdirildiyi XIX Beynəlxalq Karikatura Sərgisinin mükafatçısı (birinci yerin qalibi), "Kirpi” satirik jurnalının baş rəssamı Hafiz Nəsiroğlunun əsərləri də xalqımızın imperiya təcavüzünə məruz qaldığı gecəyə həsr olunmuş bədii sənət nümunələri olmaqla yanaşı, yaddaşımızı silkələdi və daim ayıq-sayıq olmağa səslədi.

Kirman Abdinin 20 Yanvarla bağlı çəkdiyi plakatlar isə xüsusilə diqqətçəkəndir. Tariximizin qan yaddaşını plakatlarda əks etdirən rəssamın bədii təxəyyülü ilə sənətkarlığı üst-üstə düşərək o gecənin dəhşətlərinin səbəbkarını, cəllad və qatillərini nifrətlə xatırladır.

Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimin fikrincə, 20 Yanvar faciəsi təsviri sənətin əbədi mövzularından biridir: "Bu tarix yaddaşlardan silinməyəcək və indiyədək olduğu kimi, bundan sonra da 20 Yanvar Azərbaycan rəssamlarının vətəndaşlıq mövqeyindən daima müraciət etdiyi mövzu olaraq qalacaq. Xalq rəssamları mərhum Mikayıl Abdullayev, Kamil Nəcəfzadə, Xanlar Əhmədov və başqaları da bu mövzuda yaddaqalan sənət əsərləri yaradıblar.

Düşünürəm ki, nəinki rəssamlarımız, heykəltəraşlarımız, incəsənətin digər növləri ilə məşğul olan bütün yaradıcı insanlar da hər zaman bu mövzuya müraciət edəcəklər”.

Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən Respublika İncəsənət Gimnaziyasının müəllimi, rəssam İlqar Əkbərov həmkarlarından fərqli olaraq, faciəyə ilk münasibət bildirib. O, bu mövzuya həsr etdiyi əsərini hadisələrin qaynar vaxtı, Bakı qan içində boğulanda, 1990-cı ildə yaradıb. "Şəhidlər” adlanan həmin əsər R.Mustafayev adına Dövlət İncəsənət Muzeyində nümayiş etdirilir. Onun sözlərinə görə, rəssamlıqla məşğul olan yeniyetmələrə bu mövzunun mahiyyəti izah edilməlidir ki, sonralar onların düşüncələri və təxəyyülləri əsərə çevriləndə obrazlar dolğun yaradılsın. Bu təbliğin nəticəsidir ki, rəssamlığa həvəsi olan uşaqlar da adıçəkilən mövzuya daha çox maraq göstərirlər.

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM