18 Yanvar 2020 23:32
699
CƏMİYYƏT
A- A+

DSX: erməni silahlı bölmələrinin hər bir təxribatının qarşısı qətiyyətlə alınacaq

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aparat rəhbəri general-mayor Elçin İbrahimov AZƏRTAC-a müsahibəsində Qazax istiqamətində Ermənistan ilə dövlət sərhədində təmas xəttində son hadisələri şərh edib.

-Son vaxtlar Qazax istiqamətində dövlət sərhədində Ermənistan Silahlı Qüvvələri ilə təmas xəttində gərginlik müşahidə olunur. Bu barədə nə deyə bilərdiniz?

-Yanvar ayının ilk günlərindən Ermənistan tərəfinin təhrikçi hərəkətləri nəticəsində göstərilən istiqamətdə əməliyyat şəraiti kəskinləşib.

Məsələn, yanvarın 7-də erməni silahlı bölmələri tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində müddətli hərbi xidmətdə olan sərhədçi, sıravi Fərzəli Fərzəliyev snayper atəşi ilə qətlə yetirilib. Bu hadisə əyani şəkildə göstərir ki, erməni tərəfi təmas xəttində vəziyyəti daha da gərginləşdirmək niyyətindədir.

Doğrudur, cavab atəşi ilə düşmənə 5-6 qat artıq ziyan vurulub, lakin təəssüf ki, bu hadisə bizim üçün əvəzolunmaz itkidir.

-Sizin fikrinizcə, düşmənin bu təxribatçı hərəkətlərinin məqsədi nədən ibarətdir?

-İnanın ki, düşmənin məntiqini anlamaq çox çətindir. O, hər dəfə belə təxribat cəhdindən sonra ağır itkilər verməsinə baxmayaraq, bu cür cəhdlərini davam etdirir. Keçən il erməni silahlı bölmələri dövlət sərhəd xətti istiqamətində öz döyüş mövqelərini irəlilətmək üçün dəfələrlə cəhd göstəriblər. Biz belə cəhdlərin qarşısını vaxtında almışıq, gördüyümüz qabaqlayıcı tədbirlər nəticəsində düşmən üzərində ciddi taktiki üstünlük və bundan daha əhəmiyyətlisi, strateji üstünlük əldə etmişik. Bizim indiki döyüş mövqelərimiz bu üstünlüyün göstəricisidir.

Cavab tədbirləri nəticəsində xüsusi əhəmiyyətli bir neçə sahədə döyüş mövqelərimiz dövlət sərhədi istiqamətində 2 kilometrə qədər irəliləyib, bu da yaxınlıqdakı yaşayış məntəqələrinin və magistral yolların, həmçinin şəxsi heyətin xidmət şəraitinin təhlükəsizliyini daha da artırmağa imkan verib.

Bu gün biz həmhüdud ərazidə yerləşən həyati əhəmiyyətli bir neçə strateji obyektə, məsələn, Gürcüstandan Ermənistana gedən qaz kəmərinə və qaz kompressor stansiyasına tam nəzarət edirik.

-Təmas xəttində hadisələrin gələcək inkişafı barədə proqnozlarınız necədir?

-Birmənalı olaraq deyə bilərəm ki, biz erməni silahlı bölmələrinin hər bir təxribatının qarşısı qətiyyətlə alacağıq. Düşmən bu cür cəhdlərin tamamilə perspektivsiz olmasını başa düşməli və belə halların hər birində onun şəxsi heyətində ciddi itkilərin labüd olması ilə barışmalıdır.

Qeyd etmək istəyirəm ki, göstərilən istiqamətdə gərginliyin artmasına görə bütün məsuliyyət erməni tərəfinin üzərinə düşür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video