Alternative content

06:10 17 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Masallıda seçki hüquqlarının pozulmasına dair müraciətlərin baxılmasına həsr olunmuş seminar keçirilib
Masallıda seçki hüquqlarının pozulmasına dair müraciətlərin baxılmasına həsr olunmuş seminar keçirilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
16:46 18.01.2020

Yanvarın 18-də Masallı şəhərindəki "ASAN xidmət” Mərkəzində Azərbaycanda fevralın 9-na təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) təşkilatçılığı ilə seçki hüquqlarının pozulmasına dair müraciətlərin baxılmasına həsr olunmuş regional seminar keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirin keçirilməsində məqsəd dairə seçki komissiyalarının ekspert qrupu üzvlərinin müraciətlərə baxılması ilə bağlı məlumatının artırılması, praktiki vərdişlərinin gücləndirilməsi və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması üçün onların fəaliyyətinin təkmilləşdirilməsidir.

Seminarı açan MSK üzvü Tofiq Həsənov "Seçki hüququnun pozulması ilə əlaqədar müraciət və şikayətlərə baxılması üzrə qanunvericiliyin tələbləri və şikayətlərin araşdırılması prinsipləri” mövzusunda məruzə ilə çıxış edib. Qeyd olunub ki, MSK rəhbərliyi müraciət və şikayətlərə baxılmasında əsasən iki mühüm amilə önəm verir. Birincisi, əvvəlcədən seçki hüquqlarının pozulmasına yol verilməməsi, ikincisi isə, əgər bu cür hallar baş verərsə, hüquqların pozulması ilə əlaqədar seçki subyektlərinin müraciətlərinə vaxtında, dəqiq, düzgün və obyektiv olaraq baxılması və sonda ədalətli qərar qəbul edilməsidir.

Seminarda seçki hüquqlarının pozulması ilə bağlı müraciət və şikayətlərə baxılarkən dairə seçki komissiyalarının nəzdində yaradılmış ekspert qrupunun üzvləri tərəfindən başlıca olaraq hansı məqamlara diqqət ayrılması izah olunub. Bununla əlaqədar qanunvericiliyin əsasları, tələblər və prinsiplər dairə seçki komissiyalarının ekspert qrupu üzvlərinin diqqətinə çatdırılıb.

MSK Katibliyi Hüquq şöbəsinin müdiri Rafiq Abbasov "Seçkilərlə bağlı müraciətlərə dairə seçki komissiyaları tərəfindən baxılması, ekspert qruplarının fəaliyyətinin əsasları” haqqında geniş təqdimatla çıxış edib.

Seminar iştirakçılarına seçkilərlə bağlı qanunvericiliyin əsasları, xüsusən Seçki Məcəlləsində əksini tapmış bir çox məsələlər, o cümlədən şikayət vermək hüququna malik subyektlər, şikayətin obyekti, forması və məzmunu, seçki hüquqlarının pozulmasına dair şikayət verilmə müddəti, şikayətə dair qərar qəbul edilməsi müddəti, eləcə də müraciət və şikayətin qəbul olunmasından sonra növbəti prosedurlar ətraflı izah edilib.

Tədbirin sonunda seçki hüquqlarının pozulmasını iddia edən subyektlərin müraciətləri zamanı qarşıya çıxan məsələlər, şikayət və müraciətlərin xarakteri, ekspert qrupu üzvlərinin həyata keçirəcəyi tədbirlərin ardıcıllığı, qərarların qəbulu və tərtib olunması, eləcə də digər məsələlər əyani vəsaitlərlə praktiki şəkildə izah olunub. Seminarın praktiki hissəsində, həmçinin kazuslar üzrə müxtəlif şikayət və müraciət nümunələri nəzərdən keçirilib və aidiyyəti seçki komissiyalarının həmin şikayətlərə dair müvafiq qərarlarının qəbul edilməsi məsələlərinə baxılıb.

Sonda mövzular ətrafında müzakirə aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM