Alternative content

05:03 17 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Parlament seçkilərində qadın namizədlərin sayında artım müşahidə olunur
Parlament seçkilərində qadın namizədlərin sayında artım müşahidə olunur
ANA SƏHİFƏ / CƏMİYYƏT
16:40 18.01.2020

Fevralın 9-da keçiriləcək parlament seçkilərində qadın namizədlərin sayında artım müşahidə olunur. Əvvəlki seçkilərlə müqayisədə qadınların bu seçkilərdə təmsil olunmasında 16,8 faiz artım var.

AZƏRTAC xəbər verir ki, bunu secki-2020.az saytına açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.

O bildirib, bu gün Azərbaycanda qadınlar cəmiyyət həyatının müxtəlif sahələrində uğurla təmsil olunurlar. Builki parlament seçkilərində namizədlər siyahısında qadınların sayı artıb. Dövlət siyasəti də cəmiyyətdə gender bərabərliyi prinsipinin təmin edilməsinə yönəlib.

E.Səfərov söyləyib ki, son illər Azərbaycanda qadınların qərar qəbuletmə imkanlarının və vəzifələrdə təmsilçiliyinin artırılması, eləcə də siyasi, iqtisadi və sosial sahələrdə təmsilçilik balansının təmin edilməsi məqsədilə dövlət tərəfindən uğurlu siyasət aparılır: "Bu istiqamətdə müxtəlif qərarlar qəbul edilib. Hələ ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə, 1998-2000-ci illərdə imzalanan sərəncam və fərmanlarla qadınların qərar qəbuletmədə təmsilçiliyinin artırılması üçün uğurlu addımlar atılıb. Biz artıq bu gün bunun müsbət nəticələrini görürük. Dövlətimizin də siyasəti balanslaşdırılmış təmsilçiliyin artırılması, cəmiyyətdə gender bərabərliyi prinsipinin təmin edilməsinə yönəlib. Gender bərabərliyi prinsipinin təmin edilməsi ölkənin siyasi, iqtisadi, sosial və mədəni inkişafına təsir göstərən vacib amillərdən biridir.

Dövlət Komitəsinin rəsmisi Azərbaycanda keçirilən sonuncu bələdiyyə seçkilərində seçilmiş qadın namizədlərin sayının artdığını vurğulayaraq deyib. 2004-cü ildə keçirilən bələdiyyə seçkilərində qadınların iştirakı 4 faiz təşkil edirdisə, 2019-cu ilin dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində Azərbaycan tarixində ilk dəfə olaraq çox böyük faiz dərəcəsi ilə artım müşahidə edilib. Belə ki, bələdiyyə seçkilərində qələbə qazananların 38,81 faizini qadınlar təşkil edib. Bununla da Azərbaycan bələdiyyə seçkilərində qadınların təmsilçilik faizinin yüksək göstəricisinə görə Avropa Şurasına üzv olan 5 ölkədən birinə çevrilib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM