Alternative content

10:24 18 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
01:13 18.09.2020 İLHAM ƏLİYEV İRADƏSİ
01:12 18.09.2020 O, tarixi bir gün idi...
01:10 18.09.2020 Üzeyir bəy zirvəsi
01:06 18.09.2020 Minnətdarlıq abidəsi
01:05 18.09.2020 BİLDİRİŞ
01:03 18.09.2020 BİLDİRİŞ
01:03 18.09.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Gəncədə keçirilən seminarda seçki hüququnun pozulmasına dair müraciətlərə baxılması ilə bağlı müzakirələr aparılıb
Gəncədə keçirilən seminarda seçki hüququnun pozulmasına dair müraciətlərə baxılması ilə bağlı müzakirələr aparılıb
ANA SƏHİFƏ / SİYASƏT
16:37 18.01.2020

Fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərin yüksək səviyyədə təşkil olunub azad və ədalətli keçirilməsi, eləcə də müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsi məqsədilə Mərkəzi Seçki Komissiyası tərəfindən Gəncədə təşkil olunmuş ilk tədbir "Seçki hüquqlarının pozulmasına dair müraciətlərə baxılması”na həsr olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, regional seminarda Mərkəzi Seçki Komissiyası nəzdindəki ekspert qrupunun üzvləri, Katibliyin aidiyyəti struktur bölmələrinin əməkdaşları, habelə region üzrə 36 seçki dairəsi, dairə seçki komissiyasının müraciət və şikayətlərin araşdırılmasına məsul 100-dən artıq ekspert iştirak edib.

Seminarda MSK üzvləri və Katibliyin əməkdaşları tərəfindən seçki hüququnun pozulması ilə əlaqədar müraciət və şikayətlərə baxılması üzrə qanunvericiliyin tələbləri, şikayətlərin araşdırılması prinsipləri, seçkilərlə bağlı müraciətlərə dairə seçki komissiyaları tərəfindən baxılması və ekspert qruplarının fəaliyyətinin əsaslarına dair müxtəlif mövzularda çıxışlar dinlənilib, əyani vəsaitlərdən istifadə edilməklə keçirilən təqdimatlarda mövzularla bağlı ətraflı məlumat verilib.

Tədbirdə Mərkəzi Seçki Komissiyasının üzvü Bəxşeyiş Əsgərov təqdimatla çıxış edib.

Bildirilib ki, seçki hüququnun pozulması ilə bağlı şikayətçilər şikayət vermək hüququna malikdirlər. İddiaçının barəsində şikayət edə biləcəyi şəxslər (cavabdehlər) mübahisələndirilə bilən məsələlərlə bağlı müvafiq seçki komissiyalarına müraciət verə bilərlər. Seçki Məcəlləsinin 112.1-ci maddəsinə və MSK tərəfindən qəbul olunmuş təlimatın 4.1.1-ci yarımbəndinə əsasən seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, qeydə alınmış namizədlərin, siyasi partiyalar və siyasi partiya bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, səlahiyyətli nümayəndələri, müşahidəçilər, seçki komissiyaları, vətəndaşların hüquqlarını pozan qərarlardan və hərəkətlərdən (hərəkətsizlikdən) şikayət edə bilərlər.

Sonra şikayət vermək hüququna malik subyektlər, cavabdehlər (şikayətin subyektləri), şikayətin obyekti, xüsusi mövzu, seçki hüququnun pozulmasına dair şikayətlərin verilməsi qaydası, bunun üçün şikayətin hara və necə verilməsi, şikayətin forması və məzmununa dair tələblər, seçki hüquqlarının pozulmasına dair şikayətin verilmə müddəti, şikayətə dair qərar qəbul edilməsi müddəti, şikayətin qəbul edilməsindən sonra növbəti prosedurlar diqqətə çatdırılıb.

Daha sonra Mərkəzi Seçki Komissiyasının üzvü İlham Məmmədov seçkilərlə bağlı müraciətlərə dairə seçki komissiyaları tərəfindən baxılması, ekspert qruplarının fəaliyyətinin əsasları mövzusunda təqdimatla çıxış edib.

Tədbirin sonunda seçki hüquqlarının pozulmasını iddia edən subyektlərin müraciətləri zamanı qarşıya çıxan məsələlər, şikayət və müraciətlərin xarakteri, ekspert qrupu üzvlərinin həyata keçirəcəyi tədbirlərin ardıcıllığı, qərarların qəbulu və tərtib olunması, eləcə də digər mühüm məsələlər əyani vəsaitlərlə ətraflı şəkildə izah edilib.

Seminarın praktiki hissəsində, həmçinin kazuslar üzrə müxtəlif şikayət və müraciət nümunələri nəzərdən keçirilib, aidiyyəti seçki komissiyalarının həmin şikayətlərə dair qərarlarının qəbul edilməsi məsələlərinə baxılıb, müxtəlif mövzular ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd etmək lazımdır ki, genişmiqyaslı maarifləndirmə proqramı çərçivəsində gerçəkləşdirilən seminarlar Milli Məclisə seçkilərdə vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə dairə seçki komissiyaları nəzdində fəaliyyət göstərən ekspert qrupu üzvlərinin məlumatının artırılması, bilik, bacarıq və işgüzar vərdişlərinin daha da təkmilləşdirilməsinə hədəflənib.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM