Alternative content

02:07 24 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan sabitlik məkanı kimi inkişaf edir
Azərbaycan sabitlik məkanı kimi inkişaf edir
ANA SƏHİFƏ / SİYASƏT
01:59 18.01.2020


Bu gün planetin siyasi-iqtisadi mənzərəsi təzadlarla doludur. Təsadüfi deyil ki, tarixə çevrilən 2019-cu il dünyanın hər bir ölkəsində müxtəlif şəkildə yadda qaldı. Təəssüf ki, heç bir müharibə və münaqişə ocağında ötən il sülhə nail olunmadı. Ona görə bəzi ölkələr müharibələrin fəsadından, bəziləri isə siyasi dartışmalardan əziyyət çəkdi. Bəziləri də iqtisadi-sosial tənəzzül burulğanında ili başa vurdular.


2019-cu il ölkəmiz üçün uğurlu il olmuşdur


Ötən ili xoş ovqatlarla başa vuran dövlətlər də oldu. İl ərzində ümumi daxili məhsul istehsalını artıran, mühüm makroiqtisadi göstəricilər əldə edən, vətəndaşının rifahını yüksəldən dövlətlər seçildilər. Belə dövlətlər arasında Azərbaycanın öz yeri var. Çünki 2019-cu il Azərbaycanın inkişafında növbəti uğurlu mərhələ kimi tarixə düşdü. Belə ki, mürəkkəb qlobal iqtisadi proseslər fonunda Azərbaycan iqtisadiyyatında inkişaf və makroiqtisadi sabitlik davam etdi. Qeyri-neft sektorunun iqtisadi artımın əsas mənbələrindən birinə çevrilməsi istiqamətində keçirilən islahatlar yeni nəticələr verdi, investisiya fəallığı yüksək səviyyədə qaldı. Bu baxımdan əvvəlki illərdə olduğu kimi, ötən il respublikamızda sosial-iqtisadi inkişafın davamlı olması, əhalinin rifah halının daha da yaxşılaşdırılması, ölkənin beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə yüksəldilməsi, milli və dövlətçilik maraqlarının təmin olunması baxımından mühüm mərhələ oldu. 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev ötən ilin ölkəmiz üçün uğurlu olduğunu, siyasi, iqtisadi, sosial sahələrdə yüksək nailiyyətlər əldə edildiyini bildirdi: "Deyə bilərəm ki, bütövlükdə 2019-cu il ölkəmiz üçün uğurlu il olmuşdur. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla icra edildi, ölkəmizin dayanıqlı inkişafı təmin olundu. Beləliklə, həm siyasi, həm iqtisadi, həm də sosial sahələrdə böyük uğurlar əldə edilmişdir. Azərbaycan sabitlik şəraitində yaşamışdır. Sabitlik hər bir ölkənin inkişafı üçün əsas şərtdir”.

Bəli, müharibələrin, münaqişələrin, böhranların səngimədiyi müasir dünyamızda öz yolu ilə inamla addımlamaq, inkişaf etmək və uğur qazanmaq hər ölkəyə nəsib olmur. Hər ötən gün geosiyasi mübarizənin, ölkələrin bir-birinin işinə kobudcasına qarışmasının və hərbi ritorikanın yüksəlməsi ilə yadda qalır. Belə bir şəraitdə Azərbaycanın inkişafı dövlətimizin və xalqımızın mühüm nailiyyətidir. Artıq müstəqilliyinin 29-cu ilini yaşayan respublikamız sürətlə inkişaf edir, qüdrətlənir və beynəlxalq aləmin nüfuzlu üzvü kimi öz mövqeyi və siyasəti ilə fərqlənir. Bu uğurun əsas şərti isə, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, sabitlikdir.


Sabitlik dövlətimizin, xalqımızın ən mühüm nailiyyətlərindən biridir


Əldə etdiyimiz uğurların müxtəlif amillərlə yanaşı, xüsusən sabitliyin təmin edilməsi ilə bağlı olması özünü tarixi təcrübədə təsdiq edən mühüm faktordur. Bu gün bir sıra ölkələrin özünün ən yüksək inkişaf dövrünü yaşaması məhz sabitliyin və qanunçuluğun sayəsində mümkün olub. Lakin bizi bu günlərə gətirən yollar heç də həmişə hamar olmayıb. Ən azından müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan qüvvələrin başıpozuq fəaliyyətlərinin nəticəsində Azərbaycanda cinayətkarlığın və təhlükəsizliyə təhdidlərin baş alıb getməsi çoxunun yaddaşında dərin iz buraxıb. Yalnız Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə sabitlik bərqərar edildi, cinayətkarlığa, ictimai-siyasi inkişaf üçün təhlükə doğuran zərərli meyillərə, qanunsuz silahlı birləşmələrə qarşı uğurlu və təxirəsalınmaz tədbirlər həyata keçirildi.

Son 16 ildə ölkəyə rəhbərlik edən Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin nəticəsi olaraq ölkəmizdə sabitlik və əmin-amanlıq daha da möhkəmlənib. Sabitlik adası kimi tanınan Azərbaycan beynəlxalq birliyin ən firavan subyektlərindən birinə çevrilib.

Bu gün də regionumuzda və ətraf bölgələrdə xoşagəlməz hadisələr baş verməkdədir. Dünyanın bir sıra nöqtələrində, eləcə də Yaxın Şərqdə gedən proseslər sabitliyin nə qədər böyük dəyər olduğunu təsdiqləyir. Bəzi güclər öz maraqları naminə onların daxilində vəziyyəti gərginləşdirir, vətəndaş müharibəsinə, qanlı aksiyalara səbəb olurlar. Yaxın Şərqdə qarşıdurmalar səngimək bilmir, İraq və Suriyada terrorçular hələ də meydan sulayır. Bu ölkələrin hər biri dini və etnik zəmində təhdidlərlə qarşılaşıb. Onların xalqları, günahsız insanlar çox ağır məhrumiyyətlərlə üz-üzə qalaraq humanitar fəlakətə düçar olub. Bütün bunlar bir daha bu reallığı təsdiqləyir ki, hər bir cəmiyyətin qarşısında duran ən mühüm vəzifələrdən biri məhz sabitliyin təmin edilməsidir.

Təsadüfi deyil ki, müşavirədəki çıxışında İlham Əliyev ilk olaraq bu məsələyə toxundu, Azərbaycanın sabitlik məkanı kimi inkişaf etdiyini dedi: "Biz il ərzində müxtəlif yerlərdə gərginliyin artmasını görürdük. Qanlı toqquşmalar, müharibələr, kütləvi etiraz aksiyaları, polis zorakılığı, insan haqlarının kobudcasına pozulması, demokratik dəyərlərin tapdalanması - bütün bunlar dünyanın demək olar ki, bütün yerlərində müşahidə olunurdu. Avropada, Asiyada, Latın Amerikasında, postsovet məkanında, bizim bölgəmizdə, Yaxın Şərqdə, dünyada gərginlik artır. Azərbaycan isə sabitlik məkanı kimi inkişaf edir”.

Bir vacib məsələni də unutmalı deyilik ki, Azərbaycanda bərqərar olunmuş ictimai-siyasi sabitlik ölkəmizi sevməyən bir sıra xarici dairələrin və onların öz içimizdəki əlaltılarının maraqlarını təmin etmir. Ona görə antiazərbaycançı adlandırdığımız bu şəbəkənin ayrı-ayrı elementləri Azərbaycanda sabitliyin pozulması üçün daim müxtəlif ssenarilər hazırlayıb və onu ayrı-ayrı vasitələrlə həyata keçirməyə cəhd edirlər. Ancaq onların məkrləri güclü Azərbaycan dövlətçiliyinin, xalq-hakimiyyət vəhdətinin qarşısında həmişə puça çıxıb, bütün bəd niyyətləri gözlərində qalıb. Ölkədə təhlükəsizliyimizi təhdid edən planlara qarşı vaxtında uğurlu önləyici tədbirlər həyata keçirilir. İstənilən alçaq məqsədin qarşısını almaq üçün Azərbaycan kifayət qədər imkanlara və qabaqlayıcı tədbirlərə malikdir.

Azərbaycanda təmin olunmuş sabitlik dövlətimizin, xalqımızın ən mühüm nailiyyətlərindən biridir. Sabitliklə yanaşı, Azərbaycanda həm də sarsılmaz xalq-iqtidar birliyi mövcuddur. Bu da öz növbəsində Azərbaycanın daha da qüdrətlənməsinə və inkişafına xidmət edir.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM