Alternative content

07:03 28 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV BSU-da payız semestrinin imtahan sessiyası ilə bağlı mediatur keçirilib
BSU-da payız semestrinin imtahan sessiyası ilə bağlı mediatur keçirilib
ANA SƏHİFƏ / Təhsil
01:47 18.01.2020


Bakı Slavyan Universitetində 2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyası ilə bağlı mediatur keçirilib. Mediaturda təhsil eksperti, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, BSU-nun İctimai Etimad Şurasının sədri, Əməkdar elm xadimi, professor Şahlar Əsgərov, təhsil eksperti Kamran Əsədov və bir sıra media əməkdaşları iştirak ediblər.

Mediatur iştirakçılarını əvvəlcə BSU-nun rektoru, professor Nurlana Əliyeva qəbul edib. Rektor bildirib ki, "Təhsil millətin gələcəyi, müstəqil dövlətin təməlidir!” deyən Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev insan kapitalının inkişafına, potensialının ön plana çıxarılmasına böyük diqqət və qayğı göstərir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyeva da elm və təhsilin inkişafına misilsiz töhfələr verir. BSU-nun kollektivi bu diqqət və qayğıdan ruhlanaraq daha əzmlə, məsuliyyətlə fəaliyyət göstərir.

Rektor daha sonra media nümayəndələrinə BSU-da həyata keçirilən mədəni-kütləvi tədbirlər, respublika və beynəlxalq miqyaslı elmi konfranslar, tədris və imtahan prosesinin səmərəli təşkili, təhsilin keyfiyyətinin yaxşılaşdırılması, maddi-texniki bazanın gücləndirilməsi, insan resurslarının inkişaf etidirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, ikili diplomların tətbiqi ilə bağlı xarici universitetlərlə aparılan iş, eləcə də imtahan sessiyasına hazırlıq barədə geniş məlumat verib. Bildirilib ki, təhsil naziri Ceyhun Bayramov "İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” 6 dekabr 2019-cu il tarixli əmr imzalayıb. Həmin sənədə əsasən, BSU-da da müvafiq əmr verilib. Həmin əmrdə 2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının tədris planlarına uyğun 7 yanvar-1 fevral 2020-ci il tarixlərində keçirilməsi, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkilinin müvafiq strukturlar tərəfindən təmin edilməsi öz əksini tapıb. Bunlardan savayı, həmin əmrdə imtahanlara nəzarət, tələbələrin müraciətlərinə yerindəcə çevik şəkildə baxılması da unudulmayıb. Bu məqsədlə universitet rəhbərliyinin, valideyn şuralarının, tələbə ictimai təşkilatlarının, mətbuat xidmətinin və ictimaiyyətin nümayəndələrinin də daxil edildiyi 15 nəfərdən ibarət İmtahan Qərargahı yaradılıb.

İmtahanlarda şəffaflığı tam təmin etmək üçün fakültələrdə Apelyasiya komissiyalarının qərarlarından narazı qalan tələbələrin işlərinə yenidən baxılması məqsədi ilə universitetdə 12 nəfərlik Apelyasiya Komissiyası da təşkil olunub.

Verilən məlumatlardan aydın oldu ki, imtahan sessiyasının yüksək səviyyədə başa çatması üçün həyata keçirilən tədbirlər yalnız bunlardan ibarət deyil. Məsələn, universitetin hər iki tədris korpusunda (7 və 4 nəfərdən ibarət) yaradılmış İşçi Qrupunun vəzifəsi məhz imtahan sessiyasında tələbələrin cavab kartlarının kodlaşdırılması, sənədlərinin düzgün və səliqəli şəkildə tərtib edlməsində onlara yardım göstərməkdir. Həmçinin ehtiyac yarandığı təqdirdə Apelyasiya Komissiyasının işinə müxtəlif ixtisasları təmsil edən mütəxəssislərin cəlb edilməsi də nəzərdə tutulan məsələlərdəndir.

Rektor imtahan sessiyası ərəfəsində hər bir tədris ilinin tələbələri ilə ayrı-ayrılıqda görüş keçirdiyini, onlara öz tövsiyələrini verdiyini, biliyin yeganə meyar olmasının izah edildiyini bildirib, məsləhət saatlarının keçirildiyini qeyd edib. Rektor vurğulayıb ki, bütövlükdə payız semestrinin imtahan sessiyası uğurla davam edir.

Tədris işləri üzrə prorektor, professor Telman Cəfərov media təmsilçilərinin imtahan prosesi ilə bağlı suallarını cavablandırdı.

Sonra mediatur iştirakçıları İmtahan Qərargahının və Apelyasiya Komissiyasının fəaliyyəti ilə tanış olublar. Media nümayəndələrinə İmtahan Qərargahının və Apelyasiya Komissiyasının iş prinsipləri, tətbiq olunan yeniliklər, müraciətlərin qəbul edilməsi, cavablandırılması qaydaları və s. barədə ətraflı məlumat verilib. Tələbələrin müraciətlərinə onların özlərinin və arzuladıqları təqdirdə valideynlərinin iştirakı ilə baxıldığı, buraxılmış səhvlərin bir-bir izah edildiyi, bir sözlə, ədalətə, obyektivliyə tam zəmanət verildiyi vurğulanıb. İmtahanlarla bağlı müraciətlərə əvvəlcə fakültələrdə fəaliyyət göstərən Apelyasiya komissiyalarında, burada həllini tapmadığı təqdirdə isə universitetin Apelyasiya Komissiyasında baxıldığı qeyd edilib.

İmtahan sessiyasının şəffaf və obyektiv, qanun çərçivəsində keçirilməsi üçün fakültə dekanları, kafedra müdirləri və digər müvafiq struktur bölmə rəhbərləri qarşısında konkret vəzifələr qoyulub. İmtahanların keçirildiyi auditoriyalar tam hazır vəziyyətə gətirilib. Auditoriyalarda səliqə-sahman təmin edilib, müşahidə kameraları quraşdırılıb. Auditoriyalardakı "ağıllı lövhələr”də imtahanlarla bağlı məlumatlar öz əksini tapıb. İmtahan prosesinə nəzarət edən nəzarətçi-müəllimlər, İmtahan Qərargahının və Apelyasiya Komissiyasının üzvləri onlara tapşırılmış vəzifələrin öhdəsindən layiqincə gəlirlər. Tələbələrin İmtahan Qərargahına və Apelyasiya Komissiyasına etdikləri müraciətlər çevik, ədalətli və hərtərəfli araşdırılır. Tələbələrin müraciətlərinin araşdırılmasına yoxlayıcı müəllimlərlə yanaşı, fənni tədris edənlər də cəlb edilir ki, bu da qiymətləndirilmənin obyektivliyində vacib məsələdir.

Mediatur iştirakçıları imtahanlar keçirilən auditoriyalarda olub, bir daha deyilənlərin şahidinə çevriliblər: BSU-da imtahan prosesi şəffaf və obyektiv keçirilir. İmtahanlar vaxtında başlayır, tələbələrə bilik səviyyələrini nümayiş etdirmək üçün hər cür şərait yaradılıb. Yazılı imtahanların nəticələri növbəti gün, şifahi imtahanların nəticələri isə elə oradaca elan edilir.

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM