Alternative content

07:08 23 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
01:14 23.09.2020 BİLDİRİŞ
01:14 23.09.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan ticarətin asanlaşdırılması və sənədsiz ticarətin aparılması üzrə regionun lideri olub
Azərbaycan ticarətin asanlaşdırılması və sənədsiz ticarətin aparılması üzrə regionun lideri olub
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:46 18.01.2020


Azərbaycan BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyası (UNESCAP) rəqəmsal və davamlı ticarətin asanlaşdırılması ilə bağlı qlobal tədqiqatında ilk pillədə yer alıb. Hesabatda göstərilir ki, Azərbaycan bütün göstəricilərə görə dünyada ən öndə gedən ölkələr arasında, Cənubi və Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya regionlarında isə liderdir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaydığı məlumatda bildirilir ki, tədqiqat Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Ticarətin Asanlaşdırılması Sazişi (TFA) çərçivəsində 7 sahəni (ticarətin asanlaşdırılması üçün ümumi tədbirlər; sənədsiz ticarət; sərhədsiz sənədsiz ticarət; tranzit asanlaşdırma; ticarət və KOB-ların fəaliyyətinin asanlaşdırılması; ticarətin asanlaşdırılması və kənd təsərrüfatı ticarəti; qadın və ticarətin asanlaşdırılması) əhatə edib.

Azərbaycan sorğuda 81,72 faizlik göstərici ilə Cənubi və Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya regionlarında Rusiya Federasiyası və Şimali Makedoniya Respublikası ilə birlikdə ilk pillədə yer alıb.

Müqayisə üçün bildirək ki, Azərbaycan 2015-ci ildə 48,49, 2017-ci ildə isə 75,25 faizlik nəticə göstərib. 4 illik dövr ərzində Azərbaycan bu sıralamada öz göstəricilərini 33,23 faiz artıraraq dünyada top 20 ölkə sırasında yer alıb.

Azərbaycan sərhədsiz sənədsiz ticarət üzrə 50; kağızsız ticarət üzrə 85,19; institusional tənzimləmə və əməkdaşlıq üzrə 88,89; formallıq üzrə 91,67; şəffaflıq üzrə 93,33 faizlik göstərici əldə edib.

Ermənistanın isə 2019-cu ildə sərhədsiz sənədsiz ticarət üzrə 50, kağızsız ticarət üzrə 70,37, institusional tənzimləmə və əməkdaşlıq üzrə 22,22, formallıq üzrə 62,50, şəffaflıq üzrə 86,67 faiz olmaqla ümumilikdə bu tədqiqatda balı 62,37 faiz olub.

Birləşmiş Millətlər Təşkilatının 5 Regional Komissiyası və getdikcə artan qlobal və regional tərəfdaşlar tərəfindən birgə aparılan sorğu faktlara əsaslanıb və məlumatların toplanması, təsdiqi üçaddımlı yanaşma ilə tətbiq edilib: mütəxəssislərdən açıq məlumatın toplanması, BMT-nin Regional Komissiyası Katiblikləri tərəfindən məlumatların yoxlanılması və milli hökumətlər tərəfindən məlumatların təsdiqlənməsi.

Xatırladaq ki, tədqiqat 2015-ci ildən bəri hər iki ildən bir aparılır. Sorğular barədə məlumatlar və nəticələr www.untfsurvey.org səhifəsində yer alıb.

Azərbaycanın bu reytinqdə lider mövqeyə yüksəlməsi Prezident İlham Əliyevin apardığı uğurlu iqtisadi siyasət nəticəsində mümkün olub. Xüsusilə ölkədə rəqəmsallaşmanın və nağdsız dövriyyənin genişləndirilməsi, ticarətin liberallaşdırılması, "Yaşıl dəhliz”, Azexport.az, Azərbaycan Rəqəmsal Ticarət Qovşağı və s. sahəsində aparılan uğurlu islahatlar məntiqi nəticəsini verib.

Qeyd edək ki, Azərbaycan BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasına (UNESCAP) 31 iyul 1992-ci ildə üzv olub. Azərbaycanın UNESCAP-ın əksər üzv ölkələri ilə yüksək səviyyəli münasibətlərə malik olduğunu nəzərə alaraq, nəqliyyat, informasiya və kommunikasiya texnologiyaları, ticarət və enerji, investisiya və innovasiya, ətraf mühit, sosial inkişaf, statistika, fəlakətlərin azaldılması və s. kimi sahələrdə regionda maraqların irəliləməsi üçün UNESCAP vacib platformadır.

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM