Alternative content

22:29 22 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
06:48 22.02.2020 İtaliyada Azərbaycan ili
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qeyri-neft məhsullarının ixracı 16,3 faiz artıb
Qeyri-neft məhsullarının ixracı 16,3 faiz artıb
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:46 18.01.2020


Dövlət Statstika Komitəsi ötən ilin 11 ayı üzrə Azərbaycanın xarici ticarət əlaqələri haqqında məlumatı açıqlayıb. Bildirilir ki, 2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycan dünyanın 190 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir. 117 ölkəyə məhsul ixrac, 181 ölkədən idxal olunmuşdur.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla hesabat dövründə ölkənin xarici ticarət dövriyyəsi 30 milyard 40,5 milyonı, o cümlədən ixracın dəyəri 17 milyard 655,8 milyon, idxalın dəyəri 12 milyard 384,7 milyon dollar təşkil etmiş və nəticədə 5 milyard 271,1 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır.

2018-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3,2 faiz artmış, real ifadədə isə 2,2, o cümlədən idxal 5,6, ixrac 0,3 faiz azalmışdır. 11 ayda ölkədən 1 milyard 781,1 milyon dollar dəyərində qeyri neft-qaz məhsulları ixrac edilmişdir ki, bu da 2018-ci ilin eyni dövrünə nisbətən faktiki qiymətlərlə 16,3, real ifadədə 10,3 faiz çoxdur.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, ixracın 29,6 faizini İtaliyaya, 13,9 faizini Türkiyəyə, 6,6 faizini İsrailə, 5,2 faizini Hindistana, 5,1 faizini Almaniyaya, 4,1 faizini Çinə, 3,8 faizini İspaniyaya, 3,6 faizini Rusiyaya, 3,1 faizini Çexiyaya, hər biri 2,9 faiz olmaqla Fransa və Gürcüstana, 2,6 faizini Birləşmiş Krallığa, 2,0 faizini Xorvatiyaya, 1,9 faizini Portuqaliyaya, 1,8 faizini Ukraynaya, 10,9 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (34,9 faiz), Türkiyəyə (20,4 faiz), İsveçrəyə (9,2 faiz), Gürcüstana (8,5 faiz), Ukraynaya (2,6 faiz), İtaliyaya (2,2 faiz), Çinə (2 faiz), Yunanıstana (1,9 faiz), İrana (1,3 faiz), Niderlanda (1,3 faiz), Qazaxıstana (1,3 faiz) göndərilmiş malların payı üstün olmuşdur.

Azərbaycana idxal olunmuş məhsulların ümumi dəyərinin 16,7 faizi Rusiya, 12 faizi Türkiyə, 9,8 faizi İsveçrə, 9,6 faizi Çin, 5,8 faizi ABŞ, 5,1 faizi Almaniya, 3,5 faizi Ukrayna, 3,4 faizi İran, 3,2 faizi Kanada, 2,7 faizi İtaliya, 2,4 faizi Avstraliya, 1,8 faizi Fransa, 1,7 faizi Birləşmiş Krallıq, hər biri 1,6 faiz olmaqla Qazaxıstan və Yaponiya, 19,1 faizi isə digər ölkələr ilə aparılmış əməliyyatların payına düşmüşdür.

Ötən ilin 11 ayı ərzində 2018-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 9,9, şəkər - 49,4, meyvə və tərəvəz şirələri - 31,1, çay - 6,5, meyvə və tərəvəz konservləri - 5, marqarin, qida üçün yararlı digər qarışıqlar - 26,9, emal olunmamış alüminium - 31,5, polietilen - 10,9, pambıq ipliyi - 34,8, bentonit gili - 16 faiz, tütün və pambıq lifinin hər biri - 1,6 dəfə artmış, təzə tərəvəz ixracı 7, kartof - 7,2, bitki yağları - 23,3, təbii üzüm şərabları və üzüm suslosu - 20,4, qara metallardan yarımfabrikatlar - 29,4, qara metallardan borular - 81,9 faiz azalmışdır.

2018-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 2019-cu ilin eyni dövründə buğda idxalı 49,9, xam şəkər və şəkər - 46,2, təzə meyvə - 1,1, bitki yağları - 14,5, kərə yağı, digər süd yağları və pastaları - 16,7, çay - 7,5, kartof - 31,2, quş əti və onun əlavə məhsulları - 7,8, mal əti - 6,5, təzə tərəvəz - 25,7, polad prokatı - 26,8, mineral gübrələr - 20,2, hesablama maşınları, blok və qurğuları - 43,3, rezin şinlər - 15,9, mebellər - 4,5, polietilen - 19,2, məişət kondisionerləri - 54, paltaryuyan maşınlar - 7,2, qara metallardan künclüklər - 11,5 faiz, minik avtomobilləri 1,8, yük avtomobilləri 1,7 dəfə artmış, siqaret idxalı 57,6, qara metallardan borular - 13,3, qara metallardan çubuqlar - 18, sement və sement klinkerləri - 16,4, məişət soyuducuları - 12,9 faiz azalmışdır.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM