Alternative content

05:47 28 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Minimum əməkhaqqının artımına görə dünya ikincisiyik
Minimum əməkhaqqının artımına görə dünya ikincisiyik
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:46 18.01.2020


Azərbaycan ötən il minimum əməkhaqqı göstəricisinin tətbiq edildiyi dünya ölkələri arasında bu göstəricinin artımına görə ikinci yeri tutub. Bu barədə picodi.com portalına istinadən virtualaz.org xəbər yayıb.

Bildirilir ki, BMT-nin Əmək Təşkilatının 131 saylı konvensiyasına əsasən, minimum əmək haqqının tətbiq edilməsi işçilərə onların minimal tələbatını ödəməyə belə imkan verməyən aşağı maaşların verilməsinin qarşısını almaq məqsədi daşıyır. Hazırda Avropa ölkələrinin bir neçə faizi əməkhaqlarının təyin edilməsində qanunvericilik əsasında minimum əməkhaqqı göstəricisini əsas tutur. Afrika ölkələrinin isə təxminən yarısında bu qayda tətbiq olunur.

Saytın araşdırması Azərbaycan da daxil olmaqla 54 ölkəni əhatə edib. Həmin ölkələr minimum əməkhaqqı göstəricisini qanunvericilik əsasında tətbiq edirlər. Beləliklə, məlum olub ki, 2019-cu ildə minimum əməkhaqqının artımına görə, Nigeriya dünya lideri olub. Bu ölkədə minimum əməkhaqqı 64,8 faiz artıb. Lakin bu cür kəskin artıma baxmayaraq, Nigeriyada minimum əməkhaqqı cəmi 74 dollara çatıb.

Azərbaycan minimum əməkhaqqının artımına görə ikinci yerdədir - 37,7 faiz. Bu artımdan sonra ölkəmizdə minimum əməkhaqqı 140 dollar olub. Səudiyyə Ərəbistanında isə minimum əməkhaqqı 33 faizdən çox artaraq 1067 dollar təşkil edib. Ermənistan minimum əmək haqqının artımına görə, siyahıda beşinci yerdədir. İşğalçı ölkədə artım 25,2 faiz olub və həmin artımdan sonra minimum əməkhaqqı 111 dollara çatıb.

Siyahıda 6-cı yerdə Meksikadır. Burada minimum əməkhaqqı 20 faiz artandan sonra 191 dollar olub. Növbəti pillədə isə 18 faiz artımla Çilidir. Həmin ölkədə minimum əməkhaqqı hazırda 318 dollardır. Nəhayət, 8-ci yerdə 16,7 faiz artımla Pakistan gəlir və bu ölkədə minimum əməkhaqqı 113 dollardır. MDB ölkələrindən Qazaxıstan isə minimum əməkhaqqının artımına görə sonuncudur - cəmi 1,1 faiz. Hazırda Qazaxıstanda minimum əməkhaqqı 98 dollar təşkil edir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM