Alternative content

08:03 28 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bu teatr ki var...
Bu teatr ki var...
ANA SƏHİFƏ / Mədəniyyət
01:44 18.01.2020


Teatr mədəni elitanın göstəricisidir


Teatrı həyatın özünə bənzədirlər. O, tale toplumunun cəmiyyət göstəricisi kimi hər bir tamaşaçını düşündürür və faciədən komediya aləminə qədər həyat afişasını açır.

Sumqayıt Dövlət Dram Teatrı 70 yaşlı bir ömrün əllidən artıq ilini özündə cilalayır, mədəniyyət göstəricisi kimi mənəvi missiyanı yerinə yetirir.

Sumqayıt sənaye şəhəri statusunu daşıyır. Tikinti meydanında zavodlarla birlikdə mədəniyyət ocaqlarının yaradılması da nəzərdə tutulmuşdu. Onların içində mədəniyyət saraylarından biri də Sumqayıt Dövlət Dram Teatrının (həmin dövrdə o, H.Ərəblinskinin adını daşıyırdı) binasıdır.

Yarım əsrlik bir zaman kəsiyində şəhər sola və sağa genişlənsə də, yenə də həmin bina ərazi əhəmiyyətini itirməyib.

Teatrın səhnəsində ilk dəfə tamaşaya qoyulan "Müsyö Jordan və dərviş Məstəli şah” həmin dövrdə təkcə bir il ərzində 150 dəfədən çox oynanılmışdı. Eyni zamanda rusdilli əhalinin maraq dairəsini təmin etmək üçün də tamaşalar hazırlanardı.

Bu gün şəhərdəki yeniliklərdən biri də teatr binasına göstərilən qayğıdır. Üstündən xeyli zaman keçməsinə baxmayaraq bu binanın baxımsızlıq ucbatından görkəmi korlanırdı. Yəni Sumqayıt Dövlət Dram Teatrının binası istifadəyə verildiyi yarım əsrdən artıq zaman kəsiyində bir dəfə də olsun əsaslı təmir edilməmişdi. İstilik sistemi köhnəlmiş binada normal qaydada tamaşaların məşqini belə aparmaq mümkün deyildi.

Ölkə rəhbərinin tapşırığı ilə bu binada təmir işlərinə start verildi. Əsaslı təmir və yenidənqurma tədbirləri zamanı binanın bütün mühəndis-texniki qurğuları tamamilə yenidən quruldu. Binanın 500 yerlik tamaşa və 100 yerlik akt salonu ən müasir avadanlıqla təchiz olundu. Burada tamaşaları bədii və texniki cəhətdən yüksək səviyyədə təqdim etmək üçün 360 dərəcə hərəkət edən səhnə, müasir akustika, işıqlandırma sistemləri və digər avadanlıqlar quraşdırıldı.

Teatrın interyerinin daha cəlbedici görünməsi üçün milli memarlıq ənənələrindən geniş istifadə edilib. Binanın bütün xidməti, dekorasiya və qrim otaqları müasir üslubda tərtib olunub, mebellər tətbiqi sənətin qədim növü olan oyma üsulu ilə işlənib. Teatrın köhnə parket döşəməsi sökülərək monolit dəmir-beton plitələrlə əvəzlənib, binadakı sütunlar isə mərmərlə üzlənib. Beləliklə, teatr binası tam şəkildə təmir edilərək sumqayıtlıların öhdəsinə verilib.

Son bir neçə ildə teatrın repertuarı da genişlənib. Dünya ədəbiyyatı nümunələrindən, yerli yazarların əsərlərindən hazırlanan maraqlı tamaşalar qapıları bağlı qalmış teatrı bu gün tamaşaçı nəfəsi ilə isidir. Bəzən həftə ərzində hər gün tamaşaçılarını sevindirən kollektiv maraqlı əsərləri canlandırmaqla tamaşaçı rəğbətini qazanır. A.Şaiqin "Qaraca qız”, M.F.Axundzadənin "Müsyö Jordan və dərviş Məstəli şah”, Con Qolsuorsinin "Birincilər və sonuncular”, Hüseynbala Mirələmovun "Vicdanın hökmü”, C.Cabbarlının "Solğun çiçəklər”, ərəb xalq nağılı "Əlibaba və qırx quldur”, C.Patrikin "Qarını öldürməliyik” və digərləri böyüklü-kiçikli sumqayıtlıların sevərək izlədikləri tamaşalardır. 70 yaşlı şəhərimizə həsr edilən Əli Əmirlinin "Sevgilim Sumqayıt” tamaşası bu bayrama bir töhfədir. Sumqayıtın zəhmətkeş insanları, qurub-yaradan gənclik və talelər bu tamaşada geniş yer alıb. Keçən ilin əvvəlindən başlayaraq kollektiv teatrın binasının qarşısında, parklarda, təhsil müəssisələrində, ictimaiyyətin sıx toplaşdığı məkanlarda tamaşalar göstərmişdir.

Kollektivin əməyini dövlətimiz layiqincə qiymətləndirib. Belə ki, Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə teatrın 1 əməkdaşına "Azərbaycan Respublikasının Xalq artisti”, 14 əməkdaşına "Azərbaycan Respublikasının Əməkdar artisti”, 3 nəfərə "Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi” fəxri adları verilmiş və 17 əməkdaş "Tərəqqi” medalı ilə təltif edilmişdir.

Teatr həm də mədəniyyət elitasıdır. Bu gün sumqayıtlılar bayram və istirahətlərini möhtəşəm Sumqayıt bulvarında, Nəsimi adına parkda keçirirlər. Aktyorun qazancı isə alqışlardır. Əminik ki, alqış sədaları hələ çox səslənəcək və teatr öz mədəniyyət missiyasını şərəflə daşıyacaq.

Akif ƏLİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM