Alternative content

05:30 17 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 20 Yanvar faciəsi insanlıq əleyhinə cinayətdir
20 Yanvar faciəsi insanlıq əleyhinə cinayətdir
ANA SƏHİFƏ / SİYASƏT
23:06 17.01.2020

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.

Ombudsman Aparatından AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbiri giriş sözü ilə açan ombudsman Səbinə Əliyeva 20 Yanvar faciəsinin xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsi olduğunu deyib. Sovet ordusu tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş qanlı cinayət zamanı 150 nəfər silahsız mülki şəxsin, o cümlədən uşaqların, qadınların və yaşlıların amansızcasına öldürüldüyünü, paytaxt və başqa ərazilərdə 744 dinc, günahsız insanın yaralandığını, yüzlərlə adamın itkin düşdüyünü, 841 nəfərin qanunsuz olaraq həbs edildiyini qeyd edən müvəkkil hadisənin ertəsi günü həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ümummilli lider Heydər Əliyevin faciənin təşkilatçılarını şiddətli şəkildə qınadığını, ifşaedici və cəsarətli bəyanat verdiyini xatırladıb. Ulu Öndərin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin faciə ilə əlaqədar 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdiyini, Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarlarının konkret qeyd olunduğunu diqqətə çatdıran müvəkkil faciəyə Ümummilli Liderin təşəbbüsü ilə siyasi-hüquqi qiymət verildiyini vurğulayıb.

Ombudsman faciə zamanı qətlə yetirilmiş, müxtəlif millətlərdən olan Azərbaycan Respublikası vətəndaşlarına ölkə Prezidentinin müvafiq Fərmanına əsasən "20 Yanvar Şəhidi” fəxri adının verildiyini xatırladaraq "1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında” Sərəncama əsasən, müxtəlif tədbirlər həyata keçirildiyini, bu şəxslərə dövlət tərəfindən müavinət, şəhid ailələrinə isə Prezident təqaüdü verildiyini diqqətə çatdırıb.

Xalqımıza qarşı bu cür qanlı aksiyanın törədilməsinin BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın və digər beynəlxalq hüquqi sənədlərin, konvensiyaların tələblərinin pozulması faktı olduğunu nəzərə çatdıran müvəkkil Səbinə Əliyeva deyib ki, 20 Yanvar faciəsi insanlıq əleyhinə cinayətdir və təşkilatçıların, hadisəni törətmiş şəxslərin ədalət mühakiməsinə cəlb olunması üçün hüquqi əsaslar mövcuddur.

Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında Sərəncamına uyğun olaraq Ombudsman Aparatı, eləcə də Şəki, Gəncə, Quba və Cəlilabad regional mərkəzləri tərəfindən tədbirlər keçirilir. Bununla yanaşı, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin 1990-cı il 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar bəyanatı qəbul edilib və mötəbər beynəlxalq qurumlara, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.

Tədbirdə daha sonra Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı və təsisatın əməkdaşı Murad Babayev çıxış edərək 20 Yanvar faciəsini törədənlərin ədalət mühakiməsinə cəlb edilməsinin beynəlxalq hüququn tələbi olduğunu diqqətə çatdırıblar. Qeyd olunub ki, konkret dövlətin silahlı birləşmələri tərəfindən törədilmiş bu hadisə beynəlxalq hüquq normalarına əsasən insanlıq əleyhinə cinayət və hərbi təcavüzdür.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM