Alternative content

05:08 24 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Geologiya və Geofizika İnstitutunda akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi qeyd olunub
Geologiya və Geofizika İnstitutunda akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi qeyd olunub
ANA SƏHİFƏ / Elm və texnika
23:00 17.01.2020

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunda (GGİ) Elmi şuranın görkəmli neftçi-alim və geoloq, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyinə həsr olunan genişləndirilmiş iclası keçirilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə GGİ-nin direktoru, akademik Akif Əlizadə açaraq görkəmli alimin çoxşaxəli fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirib ki, akademik Xoşbəxt Yusifzadə Azərbaycan neft sənayesinin inkişafına mühüm töhfələr verib. O, hələ "Əsrin müqaviləsi” bağlanmazdan öncə Azərbaycanda neft ehtiyatının real miqdarını doğru söyləyib, xarici sərmayəçilərin diqqətini bu məsələyə cəlb edə bilib, həmçinin 20-dən çox neft və qaz yatağının kəşfində və istismara verilməsində fəal iştirak edib. Qeyd olunub ki, X.Yusifzadə müstəqil Azərbaycan dövlətinin inkişafının reallaşmasını təmin edənlərdən olduğu üçün onun əməyi dövlət tərəfindən layiqincə qiymətləndirilib.

Sonra institutun şöbə müdiri, professor Adil Əliyevin akademik X.Yusifzadənin həyat yolu və elmi-istehsalat fəaliyyəti haqqında məruzəsi dinlənilib. Bildirilib ki, Xoşbəxt müəllim Azərbaycanın neft salnaməsinə parlaq səhifələr yazmış canlı əfsanədir. O, əsl Azərbaycan ziyalısı kimi şəxsi keyfiyyətləri, biliyi, zəngin təcrübəsi, elmi və əməli fəaliyyəti ilə bütün xalqımızın səmimi sevgi və hörmətini qazanıb.

Tədbirdə GGİ-nin əməkdaşları geoloq alimi 90 illik yubileyi münasibətilə təbrik edib, ona möhkəm cansağlığı və fəaliyyətində uğurlar arzulayıblar.

Daha sonra yubilyar çıxış edərək həyat və fəaliyyətinin maraqlı, eyni zamanda, məsul anlarından danışıb. X.Yusifzadə ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin ona göstərdiyi böyük dəstək, ehtiram və qayğıdan söz açıb.

İclasda, həmçinin 2020-2025-ci illər üçün prioritet istiqamətlər üzrə elmi-tədqiqat işlərinin proqramları müzakirə olunub.

Sonda akademik Fəxrəddin Qədirovun "Xəzər dənizi səviyyəsinin dəyişilməsinin iqlim – seysmogeodinamik inteqre modeli”, AMEA-nın müxbir üzvü Tələt Kəngərlinin "Şərqi Qafqaz və Xəzər çökəkliyi hüdudlarında struktur-maddi komplekslərin qarşılıqlı münasibətləri, dərinlik və qırılma tektonikası modellərinin işlənib hazırlanması” mövzularında məruzələri dinlənilib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM