17 Yanvar 2020 22:41
586
İQTİSADİYYAT
A- A+

Bakı Limanı ilə “ADY Konteyner” MMC arasında əməkdaşlığa dair razılıq əldə olunub


Yanvarın 17-də "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı) ilə "ADY Konteyner” MMC arasında əməkdaşlığa dair razılıq əldə olunub.

QSC-dən AZƏRTAC-a bildirilib ki, razılaşma ölkə ərazisindən keçən multimodal beynəlxalq nəqliyyat marşrutları üzrə hərəkət edən konteyner yükdaşımaları sahəsində tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və birgə koordinasiyası, eyni zamanda, əməliyyat proseslərinin bütün mərhələlərində əməkdaşlığı nəzərdə tutur. Razılaşmanı "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktorunun müavini Məftun Abbasov və "ADY Konteyner” MMC-nin direktoru Natiq Cəfərov imzalayıblar.

Nəzərdə tutulub ki, Çindən, Uzaq Şərqdən və Orta Asiyadan Avropaya və əks istiqamətdə hərəkət edən yüklərin aşırılması, yük konteynerlərinin təslimat və saxlancının təşkil olunması üçün Bakı limanının konteyner terminalının potensialından istifadə olunacaq. Təchizat zəncirinin idarə olunması prosesinin dəstəklənməsi məqsədilə innovativ rəqəmsal həllərin işlənib hazırlanması və həyata keçirilməsi, Bakı limanının açıq və qapalı anbar ərazilərində həyata keçirilə biləcək əlavə dəyər yaradan xidmət və logistik fəaliyyətlərin dəstəklənməsi istiqamətində birgə fəaliyyət göstərilməsi də sənəddə yer alan məsələlər arasındadır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video