Alternative content

22:52 22 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
06:48 22.02.2020 İtaliyada Azərbaycan ili
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Fransada pensiya islahatına qarşı etiraz aksiyalarına 187 min nəfər qatılıb
Fransada pensiya islahatına qarşı etiraz aksiyalarına 187 min nəfər qatılıb
ANA SƏHİFƏ / DÜNYA
17:56 17.01.2020

Fransada pensiya islahatına qarşı nümayişlərdə 187 min nəfərə yaxın adam iştirak etmişdir. Bu barədə Daxili İşlər Nazirliyi məlumat vermişdir.

Parisdə 23 min nümayişçi küçələrə çıxmışdır. "Occurrence” müstəqil monitorinq mərkəzinin məlumatına görə, paytaxtdakı aksiyalarda iştirak daha kütləvi olmuşdur. Mərkəzin əməkdaşları şəhərin küçələrinə 28 min adamın çıxdığını bildirmişlər.

Hazırkı etiraz aksiyasının əsas təşkilatçılarından biri – "Ümumxalq Əmək Konfederasiyası” həmkarlar ittifaqı əvvəlki nümayişlər zamanı olduğu kimi, bu dəfə də Daxili İşlər Nazirliyinin və müstəqil mərkəzin hesablamalarını xeyli üstələyən rəqəmlər açıqlamışdır. O bəyan etmişdir ki, Parisdə etirazçıların sayı 250 min nəfər olmuşdur.

Etiraz aksiyaları digər şəhərlərdə, o cümlədən Amyen, Marsel və Tuluzada da keçirilmişdir.

Fransada pensiya islahatına etiraza əlaməti olaraq keçirilən tətillər silsiləsi həmkarlar ittifaqlarının təşəbbüsü ilə ötən ayın 5-də başlamışdır. Nümayişçilərin böyük əksəriyyəti nəqliyyat sahəsində çalışanlardır. Aksiyalarda həmçinin məktəb və universitet müəllimləri, vəkillər, bələdiyyə xidmətlərinin əməkdaşları fəal iştirak edirlər.

Həmkarlar ittifaqları hökumətin pensiya yaşını 64 ilə qaldırmaq təklifindən başqa, vətəndaşların onlarca kateqoriyası üçün xüsusi pensiya tariflərini ləğv etmək niyyətindən narazıdır. Yanvarın 11-də Baş nazir Eduar Filipp həmkarlar ittifaqlarına ünvanladığı məktubda bildirmişdir ki, hökumət pensiya yaşının artırılması bəndini islahat layihəsindən müvəqqəti olaraq çıxarmağa hazırdır.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM