17 Yanvar 2020 17:43
531
SİYASƏT
A- A+

Rusiya XİN: Ötən il Azərbaycanla strateji tərəfdaşlıq bütün əsas istiqamətlərdə yüksələn xətt üzrə inkişaf edib


Ötən il Azərbaycanla strateji tərəfdaşlıq bütün əsas istiqamətlərdə yüksələn xətt üzrə inkişaf edib. İkitərəfli qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə bir çox cəhətdən Rusiya Prezidenti Vladimir Putinin və Azərbaycan Prezidenti İlham Əliyevin etimada söykənən açıq dialoqu kömək edib.

AZƏRTAC xəbər verir ki, 2019-cu ildə Rusiya diplomatiyasının fəaliyyətinin yekunlarına dair mətbuat konfransı üçün KİV-lərin suallarına Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin cavabında belə deyilir. "2019-cu ildə Rusiya-Azərbaycan münasibətləri necə inkişaf edib?” sualına cavab nazirliyin saytında yerləşdirilib.

RF XİN-in cavabında qeyd edilir ki, 2019-cu ildə liderlər 3 dəfə görüşüblər: aprelin 26-da Pekində "Bir kəmər, bir yol” Forumu çərçivəsində, oktyabrın 3-də Valday forumunda və dekabrın 20-də Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 2019-cu il noyabrın 20-25-də Moskvaya səfər edib. Hökumət və parlament xətləri üzrə əlaqələr fəal inkişaf edib. Federasiya Şurasının sədri Valentina Matviyenko apreldə Bakıda rəsmi səfərdə olub.

Rusiya Azərbaycanın əsas ticari tərəfdaşlarından biridir. 2019-cu ilin yanvar-oktyabr aylarında əmtəə dövriyyəsi 2,5 milyard ABŞ dolları təşkil edib ki, bu da 2018-ci ilin müvafiq dövründəkindən 25 faiz çoxdur. Rusiya-Azərbaycan strateji tərəfdaşlığını keyfiyyətcə başqa səviyyəyə çıxarmağa istiqamətlənmiş 5 "yol xəritəsi” uğurla həyata keçirilir. Əlaqədar idarələr innovativ inkişaf və rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığa dair yeni əlavə "xəritə” üzərində işləməyə başlayıblar. Hazırda Azərbaycanda 950 müştərək müəssisə işləyir. Rusiya Azərbaycana 4,5 milyard dollar, Azərbaycan Rusiyaya 1,5 milyard dollar investisiya yatırıb.

Mədəniyyət-humanitar və təhsil sahələrində birgə layihələr yüksək səviyyədə həyata keçirilir. 2019-cu ildə Azərbaycanda Rusiya Mədəniyyəti Günləri keçirilib, qarşıdan Rusiyada Azərbaycan Mədəniyyəti Günləri gəlir.

Rusiya müxtəlif beynəlxalq tədbirlərdə Bakı ilə uğurlu qarşılıqlı fəaliyyət göstərir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video