17 Yanvar 2020 17:41
511
SİYASƏT
A- A+

Rusiya XİN Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasında danışıqların bərpa olunacağına ümid bəsləyir


2019-cu ildə Dağlıq Qarabağ probleminin nizamlanmasında nəzərəçarpacaq dəyişiklər baş verməyib.

AZƏRTAC xəbər verir ki, Rusiya Xarici İşlər naziri vəzifələrini icra edən Sergey Lavrovun 2019-cu ildə Rusiya diplomatiyasının fəaliyyətinin yekunlarına dair mətbuat konfransına KİV-lər tərəfindən təqdim edilmiş suallara Rusiya XİN-in cavabında belə deyilir. Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiyanın səyləri haqqında suala cavab RF XİN-in saytında yerləşdirilib.

Rusiya xarici siyasət idarəsinin cavabında deyilir ki, 2019-cu ilin martında Vyanada Azərbaycan Prezidenti ilə Ermənistanın Baş Naziri arasında əldə edilmiş razılaşmaları inkişaf etdirmək üçün 2019-cu ilin aprelində Moskvada keçirilən görüşdə xarici işlər nazirlərinin şərtləşdikləri "kiçik addımlar”ın reallaşmasında irəliləyiş var. Sərhəddə və təmas xəttində vəziyyət nisbətən sakit olaraq qalır. Yerevanla Bakı arasında "qaynar xətt” əlaqəsi fəaliyyət göstərir. Jurnalistlərin mübadiləsi həyata keçirilib, əsirlikdə olan Zaven Karapetyan və Elvin İbrahimov geri qaytarılıb. Digər məhbuslar barəsində iş davam edir, Qırmızı Xaç Komitəsi bu işə qoşulub.

RF XİN-in cavabında daha sonra deyilir: "Hesab edirik ki, bütün bunlar tərəflərin əhalini sülhə hazırlamaq istiqamətində konkret addımlar atmaq niyyətlərini təsdiq edir. Lakin nizamlanmanın mahiyyəti məsələlərinə dair hələlik irəli getmək mümkün olmayıb. Bu mövzu Sergey Lavrovun yaxın günlərdə Yerevana və Bakıya səfərləri zamanı müzakirə edilib. Ümid edirik ki, yaxın vaxtlarda tərəflər arasında mövzu ətrafında danışıqlar bərpa olunacaq. Öz tərəmizdən Minsk qrupunun fransalı və amerikalı həmsədrləri ilə birlikdə gərəkli dəstək göstərəcəyik”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video