Alternative content

06:19 23 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
01:14 23.09.2020 BİLDİRİŞ
01:14 23.09.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Təhsil Nazirliyində beynəlxalq olimpiadalarda uğur qazanmış məktəblilərlə görüş
Təhsil Nazirliyində beynəlxalq olimpiadalarda uğur qazanmış məktəblilərlə görüş
ANA SƏHİFƏ / Təhsil
17:40 17.01.2020

Təhsil Nazirliyində beynəlxalq olimpiadalarda ölkəmizi uğurla təmsil etmiş məktəblilərlə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə Təhsil naziri Ceyhun Bayramov müasir dünyada təhsilin mühüm rolunu qeyd edib, ölkəmizdə bu sahəyə xüsusi əhəmiyyət verildiyini deyib.

Təhsilimizin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən, beynəlxalq olimpiadalarda qazanılmış uğurlardan danışan nazir yüksəksəviyyəli, rəqabətli proqramların sayının artdığını diqqətə çatdırıb. C.Bayramov, eyni zamanda, təhsil müəssisələrində, xüsusilə universitetlərdəki əhəmiyyətli yeniliklərdən bəhs edib, Qazaxıstanın Almatı şəhərində keçirilən 16-cı Beynəlxalq Jautikov Olimpiadasında və Qətərdə keçirilən Yeniyetmələrin Elm Olimpiadasında medallara layiq görülmüş məktəblilərimizi təbrik edib, onlara tövsiyələrini verib.

Görüşdə olimpiadalarda uğur əldə etmiş şagirdlərə hədiyyələr təqdim olunub.

Qeyd edək ki, Qazaxıstanın Almatı şəhərində keçirilən 16-cı Beynəlxalq Jautikov Olimpiadasında informatika fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdləri Abutalıb Namazov qızıl, Murad Eynizadə gümüş və Gəncə şəhəri 15 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Əziz Hüseynov bürünc medal qazanıblar.

Riyaziyyat fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdləri Murad Ağazadə və Abbas Məmmədov gümüş, həmin liseyin 9-cu sinif şagirdi Toğrul Abbasov və Şuşa rayon Malbəyli kənd 1 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Vüqar Quliyev bürünc medal qazanıblar.

Fizika fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Məhəmməd Yusifov isə bürünc medala layiq görülüb.

Beləliklə, Azərbaycan məktəbliləri bu olimpiadada 1 qızıl, 3 gümüş və 4 bürünc medal olmaqla ümumilikdə 8 medal əldə ediblər.

Qətərdə keçirilən Yeniyetmələrin Elm Olimpiadasında isə məktəblilərimiz 4-ü gümüş, 2-si bürünc olmaqla 6 medal qazanıblar.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM