17 Yanvar 2020 15:32
486
SİYASƏT
A- A+

Ukraynalı jurnalist: Azərbaycanın yeni parlamenti ölkədə aparılan islahatlara müvafiq olacaq


Azərbaycanın yeni parlamenti ölkədə aparılan sistemli islahatlara müvafiq olacaq.

Ukraynalı jurnalist Marina Qonçaruk bu fikri AZƏRTAC-a müsahibəsində söyləyib. Onun sözlərinə görə, Ukraynaya dost, onun mühüm strateji tərəfdaşı olan bu ölkədə baş verən bütün hadisələr ukraynalılar üçün maraq doğurur.

M.Qonçaruk deyib: "Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə həyata keçirdiyi sistemli və səmərəli islahatlar siyasəti barədə məlumatımız çoxdur. Azərbaycan xalqı Prezidentin islahatlar siyasətinə çox müsbət münasibət bəsləyir. Buna görə də Azərbaycanın yenilənmiş parlamenti ölkənin sistemli inkişafının və firavanlığının təmin edilməsində mühüm dayaq olacaq. Əlamətdar haldır ki, seçkilərdə çoxsaylı gənclər, ictimai xadimlər və fəallar iştirak edir. Mənim fikrimcə, Azərbaycanda keçiriləcək seçkilər ölkədə bu prosesin demokratik və şəffaf olmasını bir daha təsdiq edəcək, xalq elə namizədləri seçəcək ki, onların seçkiqabağı platforması xalqın gözləntilərinə uyğun olsun. Azərbaycan xalqının xoş güzəranı, ölkənizdə baş verən müsbət proseslər bizi həmişə sevindirir”.

M.Qonçaruk qeyd edib ki, qarşıdakı seçkilər xalqın ən fəal, ölkədə islahatların həyata keçirilməsinə kömək edəcək namizədləri seçməsinə imkan verəcək. Ukraynalı jurnalist deyib: "Əsas budur ki, parlamentin fəaliyyətində təməl prinsiplər – beynəlxalq hüquqa və Azərbaycan qanunvericiliyinə hörmət, dövlətin mənafelərinin və xalqın gözləntilərinin reallaşması, Ukrayna da daxil olmaqla başqa ölkələrin parlamentariləri ilə konstruktiv və səmərəli qarşılıqlı fəaliyyət, öz dövlətinin rifahı naminə çalışmaq prinsipləri dəyişməz qalır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video