Alternative content

21:43 19 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
11:05 19.09.2020 Birjalarda neftin qiyməti
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Kitabxanada 20 Yanvar faciəsinə həsr edilmiş kitabların və elektron məlumat bazasının təqdimatı olub
Milli Kitabxanada 20 Yanvar faciəsinə həsr edilmiş kitabların və elektron məlumat bazasının təqdimatı olub
ANA SƏHİFƏ / Elm və texnika
15:23 17.01.2020

Yanvarın 17-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında "20 Yanvar - Qan Yaddışımız” adlı vəsaitin və eyniadlı elektron məlumat bazasının, habelə 20 Yanvar İctimai Birliyi tərəfindən nəşr olunmuş "Qalibiyyət qartalları” kitabının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə reallaşan tədbir Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə gerçəkləşib.

Tədbirdə Milli Kitabxananın direktoru Kərim Tahirov 20 Yanvar hadisələri haqqında danışaraq milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirildiyini və ölkəmizin müstəqilliyi, suverenliyi uğrunda canlarını qurban verən şəhidlərimizin adının əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunduğunu söyləyib. O, 20 Yanvar hadisələrinin təkcə faciə olmadığını, həm də Azərbaycan xalqının şanlı qəhrəmanlıq tarixinin parlaq səhifəsi olduğunu bildirib.

Tədbirdə kitabxananın direktor müavini Ədibə İsmayılova çıxış edərək 1990-cı ilin 20 Yanvar hadisəsinin Azərbaycan xalqının tarixində ağır bir hadisə olduğunu, xalqın iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədiyini söyləyib. Həmin gecədə həlak olan vətən oğullarının Azərbaycanın tarixinə parlaq səhifə yazmalarından, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açmalarından bəhs edib. Bildirib ki, Milli Kitabxana Azərbaycan xalqının başına gətirilən 20 Yanvar faciəsi haqqında tarixi həqiqətləri ölkə və dünya ictimaiyyətinə çatdırmaq üçün daim müxtəlif kütləvi tədbirlər, o cümlədən kitab sərgiləri, kitab təqdimatları, film nümayişləri keçirir. Kitabxananın saytında "20 Yanvar - Qan Yaddışımız” elektron məlumat bazası yerləşdirilib.

Daha sonra çıxış edən natiqlər Qanlı Yanvar hadisələrindən danışıb və nəşr olunan kitab barədə fikirlərini bölüşüblər.

Tədbirdə, həmçinin 20 Yanvar faciəsinə həsr olunmuş videoçarx nümayiş edilib, şeirlər söylənilib.

Sonda tədbir iştirakçıları 20 Yanvar faciəsi ilə bağlı kitab sərgisi ilə tanış olublar.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM