Alternative content

05:42 17 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dünyanın ən bahalı şəhərlərinin reytinqi açıqlanıb: Bakı 390-cı yerdədir
Dünyanın ən bahalı şəhərlərinin reytinqi açıqlanıb: Bakı 390-cı yerdədir
ANA SƏHİFƏ / DÜNYA
14:49 17.01.2020

Numbeo statistik resursu dünyanın ən bahalı şəhərlərinin reytinqini dərc edib.

AZƏRTAC xəbər verir ki, kompaniyanın hesabatında "həyat dəyəri indeksi” üzrə lider Sürix olub. İlk beşlikdəki bütün yerlərdə İsveçrə şəhərləri qərarlaşıb. Sürixin ardınca Bazel, Lozanna, Cenevrə və Bern gəlir. Onluğa, həmçinin Stavanger, Oslo və Tronheym (hər üçü Norveç), Reykyavik (İslandiya) və Bergen (Norveç) şəhərləri daxildir.

Reytinqə görə, Bakı ən bahalı şəhərlər arasında 390-cı yerdədir. Moskva 251-ci, İstanbul 325-ci, Ankara 362-ci, Yerevan 380-ci, Tbilisi 404-cü yeri tutur.

Siyahıya ümumilikdə 440 şəhər daxil edilib. Xidmətin saytında qeyd olunur ki, reytinq mağaza və restoranlarda qiymətlər, nəqliyyatda gediş haqqı, kommunal xidmətlərə çəkilən xərc, habelə yerli əhalinin alıcılıq qabiliyyəti əsasında tərtib olunub.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM