Alternative content

00:42 21 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dərin islahatlar sürətli inkişaf dövrünə uğurlu keçidi təmin edir...
Dərin islahatlar sürətli inkişaf dövrünə uğurlu keçidi təmin edir...
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:56 17.01.2020


Prezident İlham Əliyevin iqtisadi strategiyasına uyğun olaraq bu il də Azərbaycanda mühüm layihələr reallaşacaq


İstənilən ölkənin sosial-iqtisadi inkişafı sabitliyin qorunub saxlanılmasından, eləcə də xalqın rifah halının yaxşılaşdırılması yönündə atılan mütərəqqi addımlardan keçir. Tarixində heç vaxt indiki qədər güclü olmayan Azərbaycanda da məhz bu siyasət öz əksini tapır. Çünki həyata keçirilən siyasətin fövqündə Azərbaycan vətəndaşı dayanır.


İslahatların bəhrəsi


2019-cu il Azərbaycanın tarixində dərin islahatlar ili kimi qaldı. Prezident İlham Əliyevin sosial-iqtisadi, struktur və kadr islahatları çox yüksək qiymətləndirildi. Ölkədə mühüm yerli və beynəlxalq layihələr reallaşdı. Aparılmış islahatlar geniş sosial paketi həyata keçirməyə imkan yaratdı.

Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə dövlət başçısı ötən il qazanılan nailiyyətləri, həyata keçirilən islahatların uğurlarını dəyərləndirdi və qarşıdakı hədəfləri müəyyənləşdirdi. Prezident dedi ki, xalq tərəfindən göstərilən dəstək, dövlət siyasətinə verilən yüksək qiymət həm siyasi və iqtisadi sahələrdə sabitliyi təmin edir, həm də qarşıya qoyulan hədəflərə çatmaq üçün yüksək ruh verir.

Bütün bunlar isə Azərbaycanın daha güclü və qüdrətli dövlətə çevrilməsinə real zəmin yaradır, ölkəmizin dünya birliyində mövqeyini getdikcə daha da möhkəmləndirir.


Qarşıdakı hədəflər, reallaşacaq layihələr


Göründüyü kimi, bir ildə sosial-iqtisadi sahədə əsaslı kəmiyyət və keyfiyyət dəyişikliyi var. Kifayət qədər artımlar yaranıb. Bütün bunlar həyata keçirilən məqsədyönlü siyasətin bəhrəsidir desək, yanılmarıq.

Ancaq buna baxmayaraq Prezident icrasına başlanmış layihələrin, həm də yeni başlanacaq layihələrin uğurla yerinə yetirilməsi üçün bütün dövlət qurumlarına səsləndi ki, hər kəs öz vəzifəsinin öhdəsindən layiqincə gəlməli və görülən işlərə töhfə verməlidir. Yəni qarşıya qoyulan bütün tapşırıqlar vaxtında icra olunmalıdır.

Beləliklə, Prezident aidiyyəti qurumlara tapşırıq verdi - ilk növbədə başlanmış layihələr başa çatmalıdır, gizli iqtisadiyyatdan çıxmaqla bağlı bütün qurumlar fəal işləməlidir, dövlət qurumları arasında çox ciddi koordinasiya işləri aparılmalıdır, kiçik və orta biznesə dəstək yüksək səviyyədə olmalıdır, kənd təsərrüfatı məhsullarının emalına böyük diqqət göstərilməlidir və bu il elektron kənd təsərrüfatının tam tətbiqi başa çatdırılmalıdır.

Onu da vurğulayaq ki, ötən il olduğu kimi, bu il də dövlət tərəfindən mühüm sosial-iqtisadi layihələrin reallaşdırılması nəzərdə tutulur:

* "Cənub qaz dəhlizi” bu il istismara veriləcək;

* Külək və Günəş elektrik stansiyaları tikiləcək;

* Şəhid ailələri və Qarabağ əlillərinə 1500 mənzil veriləcək;

* 400-dən çox subartezian quyusu qazılacaq;

* Magistral, şəhərlərarası, kəndlərarası və qəsəbədaxili yollar çəkiləcək;

* Gəncə-Gürcüstan sərhədi avtomobil yolunun 4 zolağa genişləndirilməsi layihəsi yekunlaşdırılacaq.


Real uğurlu göstəricilər


Görünən odur ki, Azərbaycan iqtisadi artım tempini getdikcə sürətləndirir. Qüdrətlənən Azərbaycan dövləti əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində ciddi addmlar atır. Hər ötən ildə demək olar ki, həm iqtisadi, həm sosial göstəricilər yüksəlir. Bunu statistik rəqəmlərə nəzər yetirdikdə də aydın şəkildə görə bilərik:

* Əgər 2018-ci ildə valyuta ehtiyatları 45 milyard dollar idisə, 2019-cu ildə bu rəqəm 51 milyard dollara yüksəlib;

* 2018-ci ildə ÜDM 1,4 faiz, qeyri-neft sektorunun inkişafı 1,8 faiz, qeyri-neft sektorunda sənaye istehsalı 9,1 faiz, kənd təsərrüfatında 4,6 faiz artım olduğu halda 2019-cu ildə ÜDM 2,2 faiz, qeyri-neft sektoru 3,5 faiz, qeyri-neft sektorunda sənaye istehsalı 14 faiz, kənd təsərrüfatı 7 faiz artıb. Bir ildə ÜDM-də 0,8, qeyri-neft sektorunun inkişafında 1,7, sənaye istehsalında 4,9, kənd təsərrüfatında isə 2,4 faizlik artım olub;

* 2018-ci ildə büdcə xərclərinin 31,7 faizi sosialyönmlü xərclərin payına düşürdüsə, 2019-cu ildə bu rəqəm 33,4 faiz oldu;

* 2018-ci ildə Azərbaycanın xarici borcu ümumi daxili məhsulun 19 faizini təşkil edirdisə, 2019-cu ildə bu rəqəm 17 faizə endi;

* 2018-ci ildə şəhid ailələrinə və müharibə əlillərinə 628 mənzil verilmişdisə, 2019-cu ildə 934 mənzil təqdim edildi. Yəni 1 ilə əvvəlkindən 306 artıq mənzil;

* 2018-ci ildə müharibə əlilləri və şəhid ailələrinə 265 minik avtomobili verilmişdisə, 2019-cu ildə bu rəqəm 600-ə yüksəldi. Bir ilə 335 ədəd çox avtomobil;

* 2018-ci ildə 3097 şəhidin 4190 vərəsəsinə 11 min manat birdəfəlik ödəmələr verilmişdisə, 2019-cu ildə 12 min şəhidin 18 min vərəsəsinə 11 min manat tamamilə ödənildi;

* 2018-ci ildə ölkəmizə 2 milyon 850 min xarici vətəndaş gəldiyi halda, 2019-cu ildə bu rəqəm 3 milyona yüksəldi. 2018-ci ildə turistlər ölkəmizdə 2 milyard dollar, 2019-cu ildə isə 4,3 milyard dollar pul xərcləyiblər. Bu da 2,3 milyard manat artıq vəsait edir.

Dövlət başçısının Nazirlər Kabineti və digər dövlət strukturları qarşısında qoyduğu tələblər, icra ediləcək layihələr onu deməyə əsas verir ki, 2020-ci il Azərbaycan üçün uğurlu illərdən biri olacaq.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM