Alternative content

00:09 19 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan beynəlxalq nəqliyyat qovşağına çevrilib
Azərbaycan beynəlxalq nəqliyyat qovşağına çevrilib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:55 17.01.2020


Prezident İlham ƏLİYEV: "Bu onu göstərir ki, son vaxtlar nəqliyyat sahəsində aparılmış işlər ən yüksək qiymətə layiqdir”


Ölkəmizdə icra edilən nəhəng infrastruktur layihələri beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Həmin qurumlar öz hesabatlarında dəfələrlə Azərbaycanda görülən bu işlərin təkcə ölkəmiz üçün deyil, dünya üçün də böyük əhəmiyyət daşıdığını bildiriblər.

Görülən işlər sayəsində ölkəmiz hazırda mühüm nəqliyyat dəhlizləri - Şərq-Qərb, Şimal-Cənub marşrutları üzrə önəmli qovşağa çevrilib. İndi bu istiqamətlərdə gedən bütün yollar Azərbaycanda birləşir.

Tarixdə mövcud olan İpək yolunun bərpasından sonra Azərbaycan Şərqlə Qərbi birləşdirən mühüm ölkə sayılır. İpək yolunun bərpasında Azərbaycan həm təşəbbüsçü kimi, həm də ilk dəfə bu istiqamətdə mühüm işlər görən ölkə kimi tarixə düşüb. Belə ki, Azərbaycanda icra edilən nəhəng infrastruktur layihələri sayəsində Şərqdən Qərbə və ya əksinə avtomobil və dəmir yolu ilə yüklərin daşınmasında böyük imkanlar yaranıb.

Prezident İlham Əliyev yanvarın 15-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəni qəbul edərkən ölkəmizdə icra edilən nəhəng infrastruktur layihələrinin beynəlxalq təşkilatlar tərəfindən də yüksək dəyərləndirildiyini vurğulayaraq demişdir: "Davos Ümumdünya İqtisadi Forumu Azərbaycanda nəqliyyat sahəsində görülmüş işlərə yüksək qiymət verib. Bütövlükdə Azərbaycanın nəqliyyat infrastrukturu Davosun hesabatında dünya miqyasında 31-ci yerdədir. Bu, kifayət qədər böyük göstəricidir. Bu göstəriciyə görə biz bir neçə inkişaf etmiş ölkəni də qabaqlamışıq. Avtomobil yollarının keyfiyyətinə görə, biz dünyada 27-ci yerdəyik.

Dəmir yolu nəqliyyatının səmərəliliyinə görə 11-ci, hava nəqliyyatının səmərəliliyinə görə isə 12-ci yerdəyik”.

Ötən il infrastruktur layihələrinin icrası ilə bağlı uğurlu olub. Təkcə onu demək kifayətdir ki, keçən il ölkə üzrə rekord səviyyədə - 1300 kilometr avtomobil yolu çəkilib. Bunun sayəsində həm şəhərlərarası nəqliyyatın işi yaxşılaşmış, eyni zamanda magistral yolların çəkilişi davam etdirilmiş, yüzlərlə kəndin yolu abadlaşdırılmış və ya yenidən qurulmuşdur. Bununla yanaşı, yaxın qonşumuz və mühüm iqtisadi tərəfdaşımız olan Rusiya sərhədində yeni avtomobil körpüsü istifadəyə verilib. Yeni körpü Azərbaycan ilə Rusiya arasında nəqliyyat və ticarət əlaqələrinin inkişafına xidmət etməklə yanaşı, eyni zamanda "Şimal-Cənub nəqliyyat dəhlizi”nin daha effektli olmasını təmin edəcək.

Yeni və mühüm nəqliyyat marşrutu olan "Şimal-Cənub nəqliyyat dəhlizi”nin fəaliyyəti üçün də mühüm işlər görülür. Astara şəhərindən İran sərhədinə qədər yeni magistralın çəkilişi nəzərdə tutulub. Bu İran tərəfi ilə də razılaşdırılıb. Beləliklə, yük avtomobilləri Astara şəhərinə daxil olmadan birbaşa İran sərhədinə qədər gedəcək. Belə hal həm nəqliyyat sıxlığını aradan qaldıracaq, onun təhlükəsizliyini təmin edəcək, həm də yüklərin tez daşınmasına imkan yaradacaq.

Tarixi İpək yolunun bərpası və "Şərq-Qərb nəqliyyat dəhlizi”nin yaradılması istiqamətində ölkəmiz tərəfindən vaxtında atılan addımlar öz bəhrəsini verir. Belə ki, ötən il həmin nəqliyyat dəhlizi üzərindən yük daşınması artıb. Çünki Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi bu dəhlizə geniş imkanlar yaradır. Ən başlıcası isə həmin dəhliz üzərindən təkcə Şərq istiqamətindən yox, eyni zamanda Rusiya tərəfindən Azərbaycan üzərindən yüklərin Türkiyəyə və Avropaya daşınması da müşahidə edilir. Bir sözlə, "Şərq-Qərb nəqliyyat dəhlizi”nin işlək əmsalı ildən-ilə artır.

Cari ildə də investisiya proqramında nəqliyyat sektorunun inkişafı üçün kifayət qədər böyük məbləğdə vəsait ayrılıb. Həmin vəsaitdən daxili avtomobil və dəmir yollarının çəkilişində istifadə edilməsi nəzərdə tutulub. Bu il Ləki-Qəbələ dəmir yolu istifadəyə veriləcək. Bununla yanaşı, Bakı-Yalama və Xudat-Şahdağ dəmir yollarının layihələndirilməsinə və inşasına başlanılacaq.

Ölkəmizdə turizm sahəsində nəhəng layihələr icra olunur. Bu üzdən Azərbaycana xaricdən gələn turistlərin sayı da ildən-ilə artır. Həmin sahədə yüksək xidməti təmin etmək üçün müasir standartlara cavab verən 100 "London taksisi” gətiriləcək. Qeyd edək ki, hazırda Azərbaycanda 1500 "London taksisi” fəaliyyət göstərir.

Dövlət başçısı bu sahədə olan mövcud nöqsan və problemlərə də toxundu. Xüsusilə taksi avtomobillərin keyfiyyət və təhlükəsizliyinin önəmini qeyd etdi. Bildirdi ki, bütün şəhərlərimizdə, ilk növbədə, böyük şəhərlərimizdə müasir taksi xidmətləri fəaliyyət göstərsin. Bunun üçün sürücülərin hazırlanmasına, onların tibbi müayinədən keçməsinə və müasir dayanacaqlarla təmin edilməsinə diqqət yetirilsin. Digər bir mühüm fakt kimi nağd hesablaşmalardan kart hesablaşmalarına keçməyin vaxtı çatdığını bildirdi. Prezident bu prosesin Bakı və böyük şəhərlərdən başlayaraq bütün ölkə ərazisində tətbiqinin vacib olduğunu da vurğuladı.

Məlumdur ki, əhali ən çox nəqliyyat vasitəsi kimi avtobuslardan istifadə edir. Buna görə də ölkə ərazisində avtomobil parkının təzələnməsi, yeni və texniki cəhətdən təhlükəsiz nəqliyyat vasitələrindən istifadə olunması vacibdir. Bu məqsədlə hər il ölkəyə 300 avtobus gətirilir. Xüsusən "MAN” tipli avtobuslardan istifadə edən sərnişinlər göstərilən xidmətdən razıdır. Həmin avtobuslarda qışda isitmə, yayda isə soyutma sistemi (kondisioner) var.

Prezident İlham Əliyev ölkə ərazisində mühüm əhəmiyyət daşıyan yeni rabitə xətlərinin çəkilməsinin də əhəmiyyətini vurğulamış və bildirmişdir: "Azərbaycan artıq Avrasiyanın önəmli nəqliyyat mərkəzlərindən birinə çevrilib, ölkəmiz mütləq rabitə, internet və fibro-optik rabitə xəttinin çəkilməsi istiqamətində də mərkəzə çevrilməlidir. Ona görə ötən ilin noyabrında Qazaxıstanda keçirilmiş təməlqoyma mərasimi xüsusi əhəmiyyət daşıyır. Əminəm ki, bu xəttin çəkilişi tezliklə təmin ediləcəkdir. Bunun uzunluğu 400 kilometrdir. Eyni zamanda, Azərbaycanda internet istifadəçilərinin sayı getdikcə artır və artıq 80 faizə çatıbdır. Keyfiyyətli interneti təmin etmək üçün əlavə vəsait də nəzərdə tutulmalıdır”.

Rüstəm KAMAL,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM