Alternative content

01:39 21 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qubanın var alması
Qubanın var alması
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:54 17.01.2020


Bu əvəzsiz meyvə yenə də rayonun kənd təsərrüfatında xüsusi çəkiyə malikdir


Quba barədə danışanda almadan söz açmamaq mümkün deyil. Rayonun kənd təsərrüfatında fındıq, qoz və digər məhsullar yetişdirilməsinə baxmayaraq, almanın xüsusi yeri var.

Təxmini hesablamalara görə, Qubada alma becərilməsinin tarixi yüz illəri üstələyir. Əvvəllər də burada əhalinin şəxsi təsərrüfatlarında alma becərilmiş və müxtəlif yerlərə daşınaraq satılmışdır.

Almanın daha geniş becərilməsi və iqtisadiyyatın ayrıca bir sahəsinə çevrilməsi Ümummilli Lider Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi illərə təsadüf edir. Həmin dövr Qubada bağçılığın inkişafı dövlət siyasətinin tərkib hissəsinə çevrilmişdi. Ümummilli Liderin təşəbbüsü ilə 1974-cü ildə "Meyvəçiliyin intensivləşdirilməsi və ixtisaslaşdırılması əsasında daha da inkişaf etdirilməsi tədbirləri haqqında” hökumət qərarının qəbul olunması Azərbaycanda bağçılıq təsərrüfatının inkişafında, sözün əsl mənasında, yeni mərhələnin başlanğıcı oldu.

Bu qərardan sonra respublika iqtisadiyyatının tənzimlənməsi və daha da inkişaf etdirilməsi üçün mühüm addımlar atıldı və bir neçə il ərzində təkcə Qubada 14 min hektarda intensiv tipli yeni bağlar salındı. Xatırladaq ki, o vaxtadək Azərbaycanın heç bir rayonunda bu qədər intensiv tipli bağ sahəsi olmamışdı.

Söz düşmüşkən, qeyd edək ki, həmin illərdə Qusar, Xaçmaz və Şəki rayonlarının da hər birində 1000 hektar olmaqla intensiv meyvə bağları salındı. Alimlərin apardıqları araşdırmalardan sonra əsasən Macarıstan və Moldovadan Azərbaycana 20-yə qədər məhsuldar alma sortları gətirildi. Ümummilli Lider keçmiş sovet respublikalarından mütəxəssisləri Qubaya dəvət etdi. 1983-1984-cü illərdə bağların hər hektarından orta hesabla 450-500 sentner məhsul toplanıldı. 1984-cü ildə Quba bağbanları rayonun tarixində ilk dəfə olaraq 100 min tondan çox meyvə toplamağa müvəffəq oldular.

Müstəqilliyin bərpasından sonrakı ilk illərdə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə aqrar islahatlara start veriləndə Qubada 37 kolxoz, sovxoz və digər bu tip dövlət müəssisəsi mövcud idi. İslahat nəticəsində həmin müəssisələrə məxsus olan 13424 hektar meyvə bağı vətəndaşların xüsusi mülkiyyətinə verildi. Hazırda Qubada 17 min hektara yaxın meyvə bağı var. Bunun 13 min hektarı alma bağlarıdır. Təkcə son bir neçə il rayonda 5000 hektardan çox yeni meyvə bağları salınıb. Həmin bağlarda cırhacı, sarıturş, Şirvan gözəli, qızıləhmədi, aybı, sinab, qəndisinab, qaraturş kimi ənənəvi sortlarla yanaşı, xaricdən gətirilərək rayonlaşdırılmış yüksək məhsuldar sortlar da geniş yayılıb.

Məlum olduğu kimi, bağçılığın inkişafının elmi əsaslarını işləyib hazırlamaq məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin Qubada Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutu fəaliyyət göstərir. Ötən əsrin 20-ci illərində yaranan, 60-cı illərin əvvəllərinədək Mərdəkanda fəaliyyət göstərən bu institut 1964-cü ildə Qubaya köçürülüb. Hazırda 4 şöbə və 3 laboratoriyadan ibarət olan bu elm ocağında 194 nəfər çalışır. İnstitutun Lənkəranda Sitrus bitkiləri filialı, Abşeronda Təcrübə stansiyası, Qəbələdə və Zaqatalada dayaq məntəqələri var. İnstitutun əməkdaşları təkcə Quba rayonunda 350 hektardan çox meyvə bağında təcrübə aparırlar.

Hər il Quba bağlarında yüksəkkeyfiyyətli meyvə istehsal olunur. 2019-cu ildə rayon üzrə 115,8 min ton alma istehsal edilib. Həmin məhsulun bir hissəsi bağlardan birbaşa emal müəssisələrinə, bir hissəsi bazarlara göndərilib.

Qubada ayrı-ayrı sahibkarlar tərəfindən ümumi tutumu 20 min tona yaxın olan 11 soyuducu-kamera tikilib. Bu da bağbanlara imkan verir ki, istehsal etdikləri məhsulun bir hissəsini saxlayaraq onu daha sərfəli vaxtlarda bazara çıxara bilsinlər.

Keçən il yığılan almanın çox hissəsi Azərbaycan brendi kimi Belorusa, Qazaxıstana, Ukraynaya ixrac edilib. Zərdabi, Alekseyevka, Vladimirovka, Barlı, Gültəpə, Zərqova və digər kəndlərdə yetişdirilən almanın böyük hissəsi xarici ölkələrə daşınır. Onu da bildirək ki, vaxtaşırı Rusiya, Özbəkistan, Türkmənistan və başqa ölkələrdən Qubaya gələn nümayəndələr almanın becərilməsi ilə tanış olmuşlar. Digər tərəfdən dövlət qurumları da almanın satılması və saxlanmasında maraqlıdır.

Qubalılar yerli alıcıları da yaddan çıxarmırlar. Almanın bir hissəsi daxili bazarlara göndərilir. Ölkəmizin müxtəlif şəhərlərində keçirilən yarmarkalara bu günədək minlərlə ton alma daşınıb. Münasib qiymətə bazara çıxarılan məhsul əhali tərəfindən razılıqla alınır.

Qubada alma bağlarının salınması rayonun bütün təşkilat və idarələri tərəfindən aparılır. Rayon mərkəzində yerləşən məktəblərin çoxunun himayəsində alma bağları var. Bunlardan əlavə, Qubada aztəminatlı ailələrə yardım etmək məqsədilə yeni bağlar salınıb. Ümumiyyətlə, Almaniya, Fransa, Çin, Türkiyə və digər ölkələrdən gətirilən yeni alma sortlarının 350 hektar ərazidə becərilməsinə başlanıb.

Akif ƏLİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM