Alternative content

10:15 21 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
05:27 21.02.2020 Şərəfli missiya
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ermənistanın keçmiş baş naziri Paşinyanı yalançılıqda ittiham etdi
Ermənistanın keçmiş baş naziri Paşinyanı yalançılıqda ittiham etdi
ANA SƏHİFƏ / SİYASƏT
00:54 17.01.2020


Dərinləşən böhran sosial-iqtisadi tənəzzülü sürətləndirir


Ermənistanda getdikcə ağırlaşan sosial-iqtisadi durumun ölkədə sosial zəmində iğtişaşlara səbəb ola biləcəyinə dair edilən xəbərdarlıqların sayı artmaqdadır. Çünki real vəziyyət cari il ərzində insanların maddi rifah halının daha da pisləşəcəyini, böyük əksəriyyətin gündəlik zəruri ehtiyacları belə təmin etmək iqtidarında olmayacağını göstərir. Bu da öz növbəsində cəmiyyətdə mövcud narazılıq əhvali-ruhiyyəsini əhəmiyyətli dərəcədə yüksəldir.

Bunu Ermənistanın sabiq baş naziri, iqtisadçı Qrant Baqratyan da xüsusi olaraq vurğulayır. Qeyd edir ki, bu gün Ermənistanda ağır sosial-iqtisadi vəziyyət hökm sürür, Paşinyan hökumətinin günahı ucbatından ölkə böyük fəlakətə yaxınlaşır.

Sabiq baş nazir yerli mətbuata açıqlamasında onu da vurğulayıb ki, Nikol Paşinyan niyə statistika komitəsini qabaqlayaraq rəsmi elan olunmayan rəqəmləri yayımlayır. Ermənistan hökuməti yanlış iqtisadi siyasət aparır, nəticədə ölkədən kapital axını güclənib: "Biznes qonşu ölkələrə üz tutur - harada ki, iş qurmaq daha sərfəlidir. N.Paşinyanın nazirlər kabinetinə müraciət edirəm ki, niyə siz dollar qiymətlərini qaldırır, dramla olan qiymətləri isə sabitləşdirirsiniz? Biz böyük fəlakət qarşısındayıq. Ölkədə kasıblıq səviyyəsi hələ də 25 faizdən aşağı deyil. Hökumət deyir ki, ölkə əhalisinin cəmi 1,5 faizi olduqca kasıb yaşayır. Ancaq daha 24 faiz də bu kateqoriyaya aiddir”.

Q.Baqratyan onu da deyib ki, əgər sabah baş nazir olarsa, milli statistika komitəsinin rəhbəri minimum həbs edilib həbsxana divarları arxasına düşəcək. Bildirib ki, bu qurum tərəfindən işsizliyin səviyyəsi barədə təqdim olunan məlumatlar saxtalaşdırılıb.

Baqratyan nazirlərə məxfi əmrlə mükafatlar verilməsini də yolverilməz adlandırıb. Əlavə edib ki, bununla idarəçilik sisteminə çox pis tendensiyalar daxil edilir.

Məhz belə vəziyyətdə problemlər içində boğulan Ermənistan əhalisi yeni hökumətə də etibar etmir. Paşinyan isə hər vəchlə hakimiyyətini möhkəmləndirməyə çalışır, hətta özü barədə xarici KİV-də sifarişli məqalələr də dərc elətdirir. Baş nazir bu günlərdə sosial şəbəkədə yazdığı statusda bildirib ki, İsveçrənin nüfuzlu nəşrlərindən biri olan "Berner Zeitung” Ermənistan barəsində müsbətyönümlü məqalə yazıb. Yazıda iddia edilir ki, inqilab Ermənistana müsbət təsir edib.

Yerli media dərhal bu məqalənin necə yazılmasını araşdırıb. Məlum olub ki, məqalə həddən artıq böyük məbləğ müqabilində sifariş əsasında yazılıb. "Lragir” nəşri belə xidmətlərin qiymətini dərc edib. Məqalənin müəllifi siyasi və iqtisadi mövzular üzrə ixtisaslaşan Frank Nienhuysen adlı biridir. Yekunda məqalənin yazılmasına görə bu şəxsə 7 milyon dram, təxminən 15 min ABŞ dolları ödənilib. Yerli mətbuat hazırda bu məqaləyə görə pulu kimin verdiyini araşdırmağa çalışır.

Nikol Paşinyanın reytinqinin sürətli şəkildə aşağı düşməsi ətrafında da hakimiyyət daxilində ciddi gərginlik yaşanır. Məsələn, "İrates” qəzeti yazır ki, "hakimiyyət orqanları sosial şəbəkədə artan hücumlardan da narahatdırlar. Bildirilir ki, baş nazirin mətbuat katibi Vladimir Karapetyanın istefası hökumət daxilindəki gərginliyi daha da dərinləşdirib. Qeyd olunur ki, baş nazirin durmadan enən reytinqi qarşısında hamıya hazır olmaq və sosial meydanda heç kimə aman verməmək tapşırığı verilib. Əks təqdirdə hamını işdən qovulmaq təhlükəsi gözləyir: "Saxta və real istifadəçilər Paşinyanın atdığı addımları tərifləməyə başlamalıdır. Ən əsası mümkün variantlarla opponentləri neytrallaşdırmaq, onları gözdən salmaq, inqilaba qədər kim olduqlarını başa salmaq tələb olunur. Bütün bunlar da hökumət üzvlərini özlərindən çıxarır. Çünki onlardan "feyk fabriklər”i doldurmaq və Paşinyanla müxalifət arasında sipər rolunu oynamaq tələb olunur”.

Bütün bunların fonunda işğalçı ölkədə başlanan etiraz aksiyaları getdikcə daha geniş miqyas almağa başlayır. Buna əsas səbəb xalqın hakimiyyətin bütün sferalarda, o cümlədən siyasi, iqtisadi, humanitar sahədə həyata keçirdiyi siyasətdən duyduğu narazılıqdır. Eyni zamanda hərbi sahədə də Paşinyan iqtidarının fəaliyyəti böyük etirazlara yol açmaqdadır.

Son dövrlərdə isə erməni tərəfinin cəbhə zonasında itkilərinin sayının artması bu etirazları daha da gücləndirir. Dünən Ermənistan hökumət binası qarşısında qeyri-döyüş şəraitində ölmüş erməni hərbi qulluqçuların anaları yenidən etiraz aksiyasına başlayıblar. Onlar övladlarının ölüm işlərinin yenidən açılması, ədalətli istintaq həyata keçirilməsi və bu işlərlə məşğul olan hüquq-mühafizə sistemi nümayəndələri də daxil olmaqla, günahkarların cəzalandırılması üçün müstəntiqlərlə yenidən görüş və müzakirələrin təşkil edilməsini tələb edirlər.

Beləliklə, cari ildə Ermənistanda ictimai-siyasi vəziyyətin təlatümlü olması gözlənilir. Ağır sosial-iqtisadi vəziyyət ölkədə yeni xalq etirazlarının başlanmasını qaçılmaz edir.

Elçin CƏFƏROV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM