Alternative content

23:42 18 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ötən ilin sosial-iqtisadi yekunları müzakirə olunub
Ötən ilin sosial-iqtisadi yekunları müzakirə olunub
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:49 17.01.2020


Yanvarın 16-da İqtisadiyyat Nazirliyinin 2019-cu ilin yekunları ilə bağlı mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov ötən ilin ölkə iqtisadiyyatında islahatların davam etdirilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, əhalinin rifahının əhəmiyyətli dərəcədə yüksəldilməsi istiqamətində genişmiqyaslı tədbirlərin görülməsi ilə müşayiət olunduğunu deyib. Bildirib ki, dövlət başçısının rəhbərliyi ilə iqtisadiyyatın şaxələndirilməsi, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi, qeyri-neft özəl sektorun təşviqi və qeyri-neft ixracının artırılması, kiçik və orta sahibkarlığın dəstəklənməsi istiqamətində çoxşaxəli islahatlar həyata keçirilib.

2019-cu ildə əldə edilmiş iqtisadi uğurları diqqətə çatdıran nazir ümumilikdə iqtisadi artımın müsbət dinamikaya malik olduğunu qeyd edib. Bildirilib ki, ilkin qiymətləndirməyə görə, 2019-cu ildə ÜDM-in real artımı 2,2 faiz, qeyri-neft sektorunda isə 3,5 faiz təşkil edib. Qeyri-neft sektorunda sənaye istehsalı 13,9 faiz artıb, qeyri-neft ixracının həcmi 1,9 milyard ABŞ dollarını ötüb. Ötən il qeyri-neft sektoru üzrə əsas kapitala yönəldilmiş investisiyaların real artım tempi 3,5 faiz təşkil edib. Qeyri-neft sektoruna investisiyaların cəmi investisiyalarda xüsusi çəkisi 2018-ci ildəki 65,2 faizdən 2019-cu ildə 69,7 faizə yüksəlib.

Bununla yanaşı, ötən dövr ərzində əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə mühüm addımlar atılıb. Nəticədə əhalinin gəlirlərinin nominal artım tempi 7,4 faiz təşkil edərək orta illik inflyasiyanı (2,6 faiz) üstələyib. Orta aylıq əməkhaqqının artım tempi 16,4 faiz olmaqla, əhalinin gəlirlərinin artım tempini əhəmiyyətli üstələyib ki, bu da həm əməkhaqların artırılması, həm də əmək bazarının leqallaşması prosesləri ilə bağlıdır.

Nazir qeyd edib ki, vergi sahəsində aparılan islahatlar nəticəsində "kölgə iqtisadiyyatı”nın həcmi azalmaqdadır. 2019-cu ildə vergi daxilolmaları tarixi maksimuma - 7 milyard 672,6 milyon manata çatıb. Son 2 ildə dövlət büdcəsinə olan artıq ödəmələr 721,4 milyon manat həcmində azaldılıb.

Diqqətə çatdırılıb ki, ötən il qeyri-neft sektorundan vergi daxilolmaları üzrə proqnoz 109,1 faiz yerinə yetirilib ki, bu da indiyədək əldə edilmiş ən yüksək göstəricidir. Qeyri-neft sektorundan vergi daxilolmaları 458,3 milyon manat və ya 9,1 faiz artaraq 5 milyard 432,3 milyon manata çatıb. Bu sektordan daxilolmaların həcminin cəmi vergi daxilolmalarında xüsusi çəkisi 70,8 faiz təşkil edib, özəl sektorun qeyri-neft sektoru üzrə vergi daxilolmalarında xüsusi çəkisi isə 76,4 faiz olub. Qeyri-neft sektorunda könüllü vergi daxilolmalarının bu sektor üzrə daxilolmalarda xüsusi çəkisi 91,1 faizə çatıb. Qeyri-neft sektorundan daxilolmalar ƏDV üzrə 16,4 faiz, aksiz vergisi üzrə 4,7 dəfə, mənfəət vergisi üzrə isə 12,6 faiz artıb.

Nazir bildirib ki, regionlar üzrə daxilolmalar 11,9 faiz artaraq 795,4 milyon manat olub. Şəhər və rayonlar üzrə dövlət büdcəsinə müvafiq vergilərdən büdcə ilinin sonuna artıq daxil olan vəsaitin 50 faizinin regionların sərəncamına verilməsi onların dotasiyalardan asılılığının azalmasına və yerlərdə vergitutma bazasının genişləndirilməsinə əlavə fiskal stimul yaradır.

M.Cabbarov vurğulayıb ki, bu dinamika fiziki şəxslərə gəlir vergisi üzrə güzəştlərin verilməsi şəraitində formalaşıb. Əmək bazarının leqallaşdırılması məqsədilə ötən il qeyri-neft özəl sektorda çalışan işçilərin 8 min manatadək olan əməkhaqları gəlir vergisindən azad olunub. Nəticədə 300 milyon manatdan çox vəsait işləyənlərin sərəncamında qalıb. Bu islahatın səmərəsi əmək müqavilələrinin dinamikasında aydın müşahidə olunub. 2019-cu ildə qeyri-dövlət sektorunda bağlanmış əmək müqavilələrinin sayı 99 minə yaxın (18,3 faiz) artıb. Qeyd olunan islahat sayəsində həmçinin əməkhaqların artırılması nəticəsində əməkhaqqı fondunun artması müşahidə edilib.

İqtisadiyyat naziri diqqətə çatdırıb ki, əmək münasibətləri sahəsində həyata keçirilən islahatlar məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta üzrə daxilolmalara müsbət təsir edib. 2019-cu ildə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 26 faiz artaraq 2 milyard 931,3 milyon manata, işsizlikdən sığorta üzrə daxilolmalar isə 39,1 faiz artaraq 105 milyon manata çatıb. Daxilolmaların artımı pensiya sisteminin maliyyə dayanıqlılığını gücləndirib və büdcədən transfertin DSMF-in gəlirlərində payının 2017-ci ildəki 38,1 faizdən 2020-ci ildə 29,6 faizədək enməsi gözlənilir.

Nazir qeyd edib ki, 2020-ci il yanvarın 1-nə cəmi aktiv vergiödəyicilərinin sayı 12,3 faiz artaraq 496 mindən, o cümlədən aktiv ƏDV ödəyicilərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 37,5 faiz artaraq 24,8 mindən çox olub.

Qeyri-neft sektorunda dövriyyələrin şəffaflaşdırılması məsələsinə toxunan M.Cabbarov deyib ki, 2019-cu ilin 11 ayı ərzində bu sektor üzrə artım 12,4 faiz təşkil edib. Bu zaman ayrı-ayrı sektorlarda daha dinamik göstəricilər müşahidə olunub. Belə ki, istehsal sektorunda 21 faiz, pərakəndə ticarət sektorunda 37,6 faiz, ictimai iaşədə 24,2 faiz, aqrar sektorda 19,4 faiz artım qeydə alınıb.

Qeyd olunub ki, aksizli malların istehsalı üzərində nəzarətin artırılması, habelə yeni müəssisələrin işə salınması nəticəsində alkoqollu içkilərin istehsalı sahəsində 39,3 faiz, tütün məmulatlarının istehsalı sahəsində 15,4 dəfə dövriyyələrin artımı qeydə alınıb. Ölkədə nağdsız ödəmələrin genişləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin nəticəsi olaraq, plastik kartlarla ölkə daxilində aparılan əməliyyatlarda nağdsız ödəmələrin xüsusi çəkisi 2019-cu ilin 11 ayı ərzində əvvəlki illə müqayisədə 3,7 faiz artıb.

M.Cabbarov 2020-ci il və ortamüddətli perspektivdə ölkə iqtisadiyyatının qarşısında duran hədəflər barədə də məlumat verib. Bildirib ki, qarşıda duran strateji vəzifə ortamüddətli dövrdə iqtisadi artımın dünya üzrə orta iqtisadi artımdan geri qalmamasını təmin etmək, uzunmüddətli dövrdə isə iqtisadi artım tempinin dünya üzrə artımı üstələməsinə nail olmaqdır. Bunun üçün hökumət qarşısında bir sıra hədəflər müəyyən edilib. Bunlar qeyri-neft əmtəə və xidmət ixracının əhəmiyyətli dərəcədə genişləndirilməsi, qeyri-neft emal sənayesinin inkişafının sürətləndirilməsi, biznesin bank kreditlərinə çıxışının genişləndirilməsi, dövlət investisiyalarının iqtisadi səmərəsinin artırılması, özəl investisiyaların dominant rolunun təmin edilməsi, kiçik və orta sahibkarlığın iqtisadi artımın başlıca qüvvəsinə çevrilməsi, şəffaflığın yüksəldilməsi və "kölgə iqtisadiyyatı”nın səviyyəsinin minimuma endirilməsindən ibarətdir.

Sonda KİV nümayəndələrinin sualları cavablandırılıb.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM