Alternative content

11:22 17 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dövlət-din münasibətlərində multikulturalizm vacib amildir
Dövlət-din münasibətlərində multikulturalizm vacib amildir
ANA SƏHİFƏ / SİYASƏT
00:47 17.01.2020


Mədəniyyətlərin qovuşması olduqca böyük bəhrə verir. Bununla xalqlar dostlaşır, mədəniyyətlər bir-birini inkar etmir. Azərbaycanda mədəniyyətlərarası dialoq hər zaman mövcud olub. O da danılmaz faktdır ki, Azərbaycanda mədəniyyətlərarası dialoqun multikulturalizmə təsiri əvəzsizdir.

Hazırda mədəniyyətlər və dinlər arasındakı yaxınlaşmanın dilə gətirilərək dialoqların qurulduğu, bunun nəticəsində mədəni-dini fərqliliklər üçün tolerantlığın axtarıldığı və sülh şəraitində birgəyaşayış naminə maksimum səylərin göstərildiyi bir zamanda yaşayırıq. Məhz buna görə də mədəniyyətlərarası dialoq mühitində digər mədəniyyətlərin xüsusiyyətlərinin öyrənilməsi vacibdir. Mədəniyyətlərarası dialoqda müvəffəqiyyətin təməli həmçinin insanların öncə öz mədəniyyətlərinə həssaslıq göstərməsinə əsaslanır. Mədəniyyətlərin qovuşması zamanı xalqların nümayəndələri müsbət dəyərləri, üstün cəhətləri qəbul etməklə, əksər hallarda stereotiplərdən azad olurlar. Burada fərqli dinlərdən olanlar yaşadıqları eyni ictimai mühitdə plüralizm anlayışı içində həyatın ortaq istiqamətlərini, sülh, insan hüquqları kimi cəmiyyətin ciddi məsələlərini birlikdə həll etməyin yollarını axtara bilirlər.

Azərbaycanda kompakt şəkildə müxtəlif etnosların nümayəndələri yaşayır və onların hər biri öz maddi və mənəvi dəyərlərini, dilini, tarixi yaddaşını, mentalitetini qoruyub saxlayan unikal xüsusiyyətlərin daşıyıcılarıdır. Azərbaycan bir ictimai məkan kimi mədəniyyətlər və dinlərarası münasibətlərin durumu, etnik-milli-bəşəri müstəvilərin ahəngdar mövcudluğu baxımından dünyada örnəkdir.

Çoxmədəniyyətlilik, yəni multikulturalizm Azərbaycanda həyat tərzinə çevrilib. Onun dövlət ideologiyasına, siyasətin prioritetlərindən birinə çevrilməsindən xeyli əvvəl də ölkəmizdə çoxmədəniyyətlilik mövcud olmuşdur. Azərbaycan dövlət-din münasibətlərinin tənzimlənməsi və dini dözümlülük baxımından zəngin ənənəyə və qədim təcrübəyə malikdir. Bu münasibətlər müxtəlif mərhələlərdən və tarixən ağır sınaqlardan keçərək özünəməxsus xüsusiyyətlər qazanmışdır. Zaman-zaman təqib olunaraq repressiyalara məruz qalsa da, xalqımız daim öz milli-mənəvi dəyərlərinə sadiqlik nümayiş etdirmiş, digər din və mədəniyyətlərə tolerant münasibətilə seçilmişdir. Bu gün də Azərbaycan dövləti və xalqı bu zəngin ənənəni yaşadır, onun gələcək nəsillərə çatdırılması yolunda öz səylərini əsirgəmir. Azərbaycan sivil bir dövlət olaraq həmişə dini ekstremizmə qarşı çıxmış, dini dözümsüzlüyü pisləmiş və bu sahədə başqa ölkələrlə əməkdaşlıq etmişdir. Əlverişli coğrafi şərait, zəngin təbii sərvətlər, mərkəzi ticarət yollarının üzərində və fərqli mədəniyyətlərin qovşağında yerləşməsi, etnik və dini müxtəliflik, təsərrüfat və mədəni həyatın yüksələn xətlə inkişaf etməsi, eləcə də bir sıra digər vacib amillər Azərbaycanı orta əsrlərdə də müxtəlif xalqlar və mədəniyyətlərin daşıyıcıları üçün cazibədar etmişdir. Azərbaycanın zaman-zaman böyük köçkün axınına məruz qalmasına baxmayaraq, müxtəlif xalqlar və etnik qruplar bu torpaqlarda həmişə sülh şəraitində bir yerdə dinc, yanaşı yaşamışlar.

Müstəqillik əldə etdikdən sonra ölkəmizdə dini etiqad azadlığının təmin olunmasına, icmaların dini ayin və mərasimləri sərbəst yerinə yetirməsinə, milli-mənəvi dəyərlərin təbliğinə və tolerantlıq ənənələrinin güclənməsinə diqqət artırıldı. Azərbaycan hökuməti bütün dinlərin nümayəndələrinə dini ayin və mərasimləri sərbəst yerinə yetirmək üçün bərabər imkanlar yaratdı, onların fəaliyyətinə əsassız müdaxilələrin qarşısını aldı. Ölkənin iqtisadi imkanları genişləndikcə müxtəlif din və məzhəblərin nümayəndələrinə qayğı və diqqət artırıldı.

Hazırda qloballaşma prosesinin sürətləndiyi, xarici təsirlərin artdığı mürəkkəb beynəlxalq şəraitdə dinlərarası qarşılıqlı anlaşma, hörmət prinsiplərinin qorunub saxlanması və dindən şəxsi məqsədlər naminə istifadənin qarşısının alınması üçün dini maarifləndirmənin aparılması xüsusi əhəmiyyət kəsb edir.

İndiyədək dövlət-din münasibətləri sahəsində fəaliyyət göstərən strukturların formalaşdırılması və onların fəaliyyətinin koordinasiya olunması istiqamətində əhəmiyyətli qərarlar qəbul olunub. Bu baxımdan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasını xüsusi qeyd etməliyik.

Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət-din siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən böyük uzaqgörənlik və uğurla davam etdirilir. Ümummilli Liderin apardığı uğurlu siyasət nəticəsində qorunub saxlanılmış tolerantlıq ənənələri, bərpa edilmiş tarixi-dini, memarlıq abidələrimiz, xalqımızın zəngin incəsənəti dəyərli nümunələrimizdir. Heç şübhə yoxdur ki, xalqımız bunun həm sahibi, həm də qoruyucusudur. Ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsinə və sabitliyin qorunmasına Qafqaz Müsəlmanları İdarəsi də öz töhfəsini verir. Bu qurumla Azərbaycanda fəaliyyət göstərən digər dini icmaların arasında münasibətlər qarşılıqlı anlaşma və etimada söykənir. Onlar ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi işində fəal iştirak edirlər. Münasibətlərin yüksək səviyyədə olması baxımından Azərbaycan bu gün bir çox dünya ölkələri üçün örnək rolunu oynayır.

Həmid ZEYNALLI,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM