17 Yanvar 2020 00:45
742
CƏMİYYƏT
A- A+

Doğma yurdu sevənlər


Ana Kürün sahilində bir şəhər qərar tutub. O, Nur şəhəri adı qazanıb öz şərəfli missiyası ilə. Bu, yurdumuzun qədim yaşayış məskənlərindən olan Mingəçevirdir, öz gözəlliyi ilə müasir Avropa şəhərləri ilə uğurlu rəqabət aparır.

Mingəçevirin şanlı-şöhrətli bugünü bir tərəfdən dövlətin məqsədyönlü şəkildə bu məkana ünvanlanan qayğı və diqqətinin məntiqi nəticəsidirsə, digər tərəfdən isə vətən torpağını canından artıq sevən, doğma yurdun hər qarışını cənnətə döndərmək üçün fədakarlıq göstərən oğulların fəal vətəndaş mövqeyidir.

Mingəçevir həm də nümunəvi təhsil ocaqları ilə tanınır. Bu sırada Mingəçevir Turizm Kollecinin özünəməxsus yeri var. Əsas qayəsi ölkə iqtisadiyyatının yeni sahəsi olan turizm sektoru üçün bacarıqlı, mədəni, müasir dünyagörüşlü kadrlar hazırlamaq olsa da, burada vətənpərvərlik tərbiyəsinə böyük önəm verilir. Sistemli şəkildə həyata keçirilən mədəni-kütləvi tədbirlərin məqsədi yüksək intellektual səviyyəyə malik, vətəni canından artıq sevən, comərdliyi, şücaəti ilə düşmənə hər zaman göz dağı ola biləcək oğullar yetişdirmək, vətənə, xalqa, dövlətə sədaqətli yeni nəsil formalaşdırmaqdır. Kollecdə vətənpərvərliyi təbliğ edən guşələr, Azərbaycanın milli qəhrəmanlarına həsr edilən foto-stendlər diqqət çəkir. Bayramlarda, əlamətdar günlərdə kollec tələbələrinin iştirakı ilə vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiyalar nümayiş etdirmək artıq bir ənənəyə çevrilmişdir. Tələbəlik illərində formalaşan dünyagörüş, yüksək mənəvi-əxlaqi dəyərlər sonralar kollec məzunlarının ömür yolunda etibarlı bələdçiyə çevrilir, onların cəmiyyətdə fəal vətəndaş mövqeyi tutmasını təmin edir. Məntiqi nəticə isə qürurvericidir. Vətən sevgisi ilə dolu odlu bir ürəklə hərbi xidmətə yollanan kollec məzunları vətənin keşiyində ayıq-sayıq dayanır, komandirlərin əmr və göstərişlərini məsuliyyətlə yerinə yetirir, nümunəvi xidmətləri ilə fərqlənirlər.

Bu günlərdə kollecdə tələbələrlə görüşüb həmsöhbət olduq. Onların hər cümləsi vətənlə başlayıb vətənlə bitir. Turizm və onun təşkili ixtisası üzrə III kurs tələbəsi Oruc Əliyevin dedikləri:

- Kollecdə elə mənəvi-psixoloji mühit yaradılıb ki, burada təhsil almağınla fəxr edirsən. Adamlar fərqli peşələrin sahibi ola bilərlər. Vətən sevgisi, azərbaycançılıq ideyası isə hamımızı bir məqsəd uğrunda mübarizədə birləşdirir. Doğma yurdu sonsuz məhəbbətlə sevmək, bu vətənin keşiyində ayıq-sayıq dayanmaq şərəfli vətəndaşlıq borcudur. Uzun illərdir ki, Qarabağımız işğal altındadır. Biz gənclərin ürəyində düşmənə sonsuz nifrət var. Hər birimizin ali arzusu torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüzün bərpa edilməsi, lazım gələrsə bunun üçün başlayacaq döyüşlərdə iştirak etmək, yağılardan şəhidlərimizin qisasını almaqdır.

Kollecin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubovla söhbətimiz də maraqlı oldu. Əyyub müəllimin doğulub boya-başa çatdığı Ağdam bu gün Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Ağdamla, Qarabağla bağlı unudulmaz xatirələr vərəqləndikcə kövrəlir. Deyir ki, biz Qarabağı gələcək nəsillərin çiyninə ağır yük kimi qoymamalıyıq.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yeritdiyi müdrik siyasət bizi tezliklə Qarabağa qovuşduracaqdır. Buna hər bir ölkə vətəndaşı, eləcə də kollecin tələbə və pedaqoji kollektivi birmənalı şəkildə inanır.

Aprel döyüşləri hərb tariximizin parlaq səhifələrindən biridir. Həm də o səbəbdən ki, bu əməliyyat Azərbaycan xalqının iradəsini və gücünü bir daha ən qətiyyətli şəkildə ortaya qoydu. Aprel döyüşü iştirakçıları və şəhidləri qəlblərdə əbədilik qazandı. Mingəçevirdən olan 4 şəhid ailəsi ilə kollec arasında sıx ünsiyyət var. Tələbələr vaxtaşırı onları evlərində ziyarət edir, yaxud kollecdə təşkil olunan tədbirlərə dəvət edirlər. Kollec tələbələri Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş respublika teatr festivalında ən yaxşılardan olaraq üçüncü nəticə göstərmişlər.

Kollecin vətən sevdalı tələbələrindən xoş təəssüratlarla ayrılırıq. Sabahımızın etibarlı əllərdə olacağına ümidlər həyatımızı gözəlləşdirir, ömrümüzə məna qatır.

Lazım QULİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video