Alternative content

10:10 17 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Gələcək gənclərlə gələcək
Gələcək gənclərlə gələcək
ANA SƏHİFƏ / SİYASƏT
00:43 17.01.2020


Azərbaycan Respublikasının prioritetlərindən biri də uğurlu gənclər siyasətidir. Bu siyasətin əsası hələ Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə qoyulmuşdur. Ümummilli Lider hər zaman gənclərin təhsili və bacarıqları ilə maraqlanmış, onların xaricdə təhsil almalarına önəm vermiş, belə gəncləri diqqətdə saxlamış və onların dövlətimizin mənafeyi naminə çalışmaları üçün lazımi imkan yaratmışdır. Bu gün də Prezident İlham Əliyev gənclər siyasətini uğurla davam etdirir. Dövlət idarəçiliyində həyata keçirilən gəncləşdirmə siyasəti buna bariz nümunədir.

Ölkəmizdə gənclərə dövlət dəstəyi ildən-ilə gücləndirilir, onlara diqqət və qayğı göstərilir. Müasir gəncliyimiz cəmiyyətin inkişafında ciddi addımlar atan fəal sosial təbəqəyə çevrilib.

2018-ci il prezident seçkilərindən sonra dövlət başçısı İlham Əliyev söylədi ki, qarşımızdakı illərdə Azərbaycanda bütün sahələrdə, xüsusilə dövlət idarəçiliyində geniş islahatlar aparılacaq. Ötən bir il ərzində çox mühüm və ciddi islahatlar həyata keçirildi. Biz indi də uğurlu dəyişikliklərin şahidiyik.

Gənc kadrlara yüksək etimad göstərilməsi yalnız mərkəzi dövlət strukturlarında reallaşdırılmır, regionlarda da həyata keçirilir. Respublikamızda demək olar ki, əksər rayon icra hakimiyyəti başçılarının müavinləri gənclərdir. Təyinatlara baxdıqda görünür ki, yaxşı təhsil almış, fəaliyyət göstərdiyi sahədə özünü təsdiqləmiş intellektual gənclərə yüksək etimad göstərilir və onlar irəli çəkilirlər.

Dövlət qayğısı gənclərin dövlət işlərinə irəli çəkilməsi ilə məhdudlaşmır. Buna misal olaraq Gənclər Fondunun yaradılmasını, Prezidentin Gənclər mükafatının təsis edilməsini də göstərə bilərik.

Dövlət başçısının xüsusi diqqətinin nəticəsidir ki, respublikamızda son illərdə könüllülük fəaliyyəti geniş yayılmaqdadır. Cəmiyyətin əsas göstəricilərindən olan könüllülük hərəkatı dövlət idarəçilik sisteminin bütün istiqamətlərini əhatə etməklə istedadlı gənclərin inkişafı üçün əlavə imkanlardır. Bir vaxtlar universitetlərdə nəzəriyyəni öyrənən gənclərin təcrübəsi olmurdu və iş yerlərində adaptasiya problemləri yaşayırdılar. Hazırda könüllülük hərəkatına qoşulan gənclər öyrəndikləri nəzəriyyəni tətbiq edərək təcrübə qazanırlar. Əlbəttə ki, gənclərimizin gələcək fəaliyyətləri üçün bu, çox vacibdir. Ölkəmizdə yalnız ali və orta ixtisas məktəblərində 23 mindən çox könüllü var. Bu, könüllülüyün Azərbaycanda geniş vüsət almasının göstəricisidir.

Ölkəmizdə könüllülər hərəkatı "ASAN xidmət”dən başlamışdır. Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilən "ASAN xidmət” könüllüləri gəncliyimizə bir nümunə oldular. "ASAN xidmət”dən sonra nazirliklərdə, dövlət şirkətlərində könüllülər qrupları yaradıldı. Prezident İlham Əliyev özəl şirkətlərə də könüllüləri işə cəlb etmələrini məsləhət bilmişdir. İndi ölkəmizdə könüllülük gənclərimiz üçün böyük bir təcrübə məktəbinə çevrilib.

Misirxan HƏSƏNOV,

"Azərkitab” Kitab Mərkəzinin direktoru, YAP Sabunçu rayon təşkilatı Gənclər Birliyinin sədr müavini



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM