Alternative content

14:06 20 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:37 20.09.2020 Sənətə sevginin gücü
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qarabağ müharibəsi əlilləri ilə görüş keçirildi
Qarabağ müharibəsi əlilləri ilə görüş keçirildi
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:40 17.01.2020


Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev rayonun Qarabağ müharibəsi əlilləri ilə görüşmüşdür.

RİH-in başçısı müharibə əlillərinə müraciət edərək bildirmişdir ki, siz dövlət tərəfindən hər cür sosial qayğılarla əhatə olunsanız da, müəyyən problemlərinizin həlli yerli təşkilatlardan asılıdır. Təkliflərinizi dinlədikdən sonra onların həlli üçün tədbirlər görüləcəkdir.

I qrup Qarabağ müharibəsi əlili Nizami İsmayılov evinə qaz xəttinin çəkilməsi və yolun təmiri, Ramil Abbasov ona dövlət tərəfindən nəzərdə tutulan avtomobilin verilməsi, şəhid ailələri və Qarabağ əlilləri üçün inşa edilmiş 16 mənzilli ictimai yaşayış binasının sakinləri binanın istilik sisteminin qaydaya salınması, 32 mənzilli ictimai yaşayış binasının sakinləri binanın dam örtüyünün dəyişdirilməsi, özünüməşğulluq layihəsindən yararlanmaqlarına kömək göstərilməsini xahiş etmişlər.

RİH başçısı səslənən problemlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar vermiş, icrasını diqqətdə saxlayacağını bildirmişdir. O, demişdir: "Siz torpaqlarımızın müdafiəsində fədakarlıq göstərmiş, mərdliklə döyüşmüş, sağlamlığınızı qismən itirmisiniz. Əksəriyyətiniz müharibənin ilk illərində hələ nizami ordu yaranmamış könüllü olaraq cəbhəyə getmisiniz. Biz sizin vətənpərvərliyinizi yüksək dəyərləndiririk. Bu gün sıramızda ikən yüksək quruculuq işlərində iştirak edir, töhfələrinizi verirsiniz”. Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin məqsədyönlü siyasəti ilə Azərbaycanın gündən-günə inkişaf etdiyini deyən Q.Ağayev Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin daim dövlətin diqqətində olduğunu bildirmişdir.

S.CAVADOV,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM