Alternative content

05:45 24 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Gənclər üçün “Vebinar” dərsləri
Gənclər üçün “Vebinar” dərsləri
ANA SƏHİFƏ / Elm və texnika
00:38 17.01.2020


Sumqayıt Gənclər Evində Respublika Gənclər Fondunun XIII qrant müsabiqəsində qalib olan "Gənclərin Vebinar dərsi” layihəsi çərçivəsində kompüter proqramlarının tədrisinə başlanılıb.

Tədbir öncəsi şəhər Gənclər Evi ilə tanışlıq olub. Sumqayıt Gənclər Evinin direktoru Pəri Vəliyeva ölkəmizdə və şəhərimizdə uğurla həyata keçirilən dövlət siyasətindən, gənclərə göstərilən diqqət və qayğıdan söz açıb və iştirakçılara uğurlar diləyib. Pəri Vəliyeva sumqayıtlı gənclərin respublika ictimaiyyəti arasındakı intellekt çəkisində qazanılan müvəffəqiyyətlərə toxunub. O, bildirib ki, şəhərimizin həyatında gənclərin yeri böyükdür. Elə bir sahə yoxdur ki, orada gənclərə meydan verilməsin.

Daha sonra layihə rəhbəri Şəms Şükürova bildirib ki, məqsəd gənclərin informasiya texnologiyalarından səmərəli istifadəsini təmin etmək, kompüter, xüsusən dizayn proqramları sahəsində biliklərə yiyələnmələri, daha rahat, interaktiv üsulla bacarıqlarını inkişaf etdirmək və gələcəkdə məşğulluqlarının təmin edilməsinə imkan yaratmaqdan ibarətdir. Qeyd edilib ki, layihə çərçivəsində ümumilikdə 6 dərs proqramı tədris olunacaq və sonda iştirakçılara sertifikatlar təqdim ediləcək.

Gənc proqram təminatçısı Əli Miriyev tərəfindən vebinar formatda kompüter sahəsində ilkin anlayışları olan 16 nəfər iştirakçıya "Microsoft Office” paketi çərçivəsində MS PowerPoint proqramının ilkin anlayışları, texniki xüsusiyyətləri və işləmə mexanizmi haqqında məlumatlar verilib. Bildirilib ki, proqramdan əsasən qrafiklər, şəkillər, audio və videokliplər vasitəsilə təqdimatların və bir çox çap məhsullarının yaradılması üçün geniş istifadə olunur.

Sonda iştirakçılar çay süfrəsi arxasında fikir mübadiləsi aparmış, daha sonra şəhərimizin görməli yerlərinə səfər etmişlər.

Akif ƏLİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM