Alternative content

05:27 24 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Əlilliyi olan istedadlı gənclər Qran-prini Azərbaycana gətirib
Əlilliyi olan istedadlı gənclər Qran-prini Azərbaycana gətirib
ANA SƏHİFƏ / Mədəniyyət
00:37 17.01.2020


"İstedadlı Əlillər” İctimai Birliyinin, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının təşkilatçılığı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə Aysel Əlizadə və Mehrac Dünyamalıyev 19-24 dekabr 2019-cu il tarixdə Ukraynada keçirilən "Sərhədsiz Dünya” Beynəlxalq musiqi, rəqs, incəsənət festivalında iştirak ediblər.

Festivalda Aysel Əlizadə vokal, Mehrac Dünyamalıyev isə instrumental sənəti üzrə birinci yerin qalibi olublar. Bundan öncə, daha dəqiq desək, ötən ilin oktyabr ayında həmin gənclər Gürcüstanda keçirilən "IVERIA - DIAMOND - 2019” əlillər üçün ilk beynəlxalq mahnı, rəqs və incəsənət festivalında da qalib olaraq Qran-prini Azərbaycana gətirmişdilər.

Bu yüksək mükafata layiq görülən xalq mahnıları müsabiqələrinin qalibi Milli Konservatoriyanın 3-cü kurs tələbəsi Aysel Əlizadə və Mehrac Dünyamalıyevdir.

Xatırladaq ki, "İstedadlı Əlillər” İctimai Birliyi 6 ildir fəaliyyət göstərir. Burada 250 nəfərdən artıq əlilliyi olan istedadlı gənclər toplanıb.

Birlik fəaliyyətə başladığı vaxtdan ötən müddət ərzində istedadlı gənclərin axtarılıb tapılması və üzə çıxarılaraq cəmiyyətə təqdim olunması istiqamətində bir sıra yaddaqalan layihələr həyata keçirib. Nəticədə buradakı istedadlı gənclər bir sıra yerli və beynəlxalq müsabiqə və festivalların iştirakçısı və qalibi olublar.

Birlik öz layihələrini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və QHT-lərə Dəstək Dövlət Şurasının köməyi ilə həyata keçirir.

Mehrac Dünyamalıyev deyir ki, o, müsabiqəyə sazlı-sözlü qoşulub: "Festivala Aşıq Veysəlin sözləri ilə yanaşı, xalqımıza məxsus "Sarı gəlin” mahnısı ilə qatılmışdım. Məsələ burasındadır ki, bizim ikimizə də həmin festivalda ermənilər tərəfindən təxribat yaradılmışdı. Biz çıxış edərkən mikrofonlar bağlanmışdı. Buna baxmayaraq, bizim daha çox alqışlanmağımız düşmənlərimizi məyus etdi”.

Birliyin həmtəsisçisi, birinci qrup əlil Cavad Qasımov respublikamızın hansı bölgəsində yaşamasından asılı olmayaraq, istedadı olan fiziki məhdudiyyətli gənclərin axtarılıb tapılması istiqamətində tədbirlərin davam etdiyini bildirdi: "Biz özündə mədəniyyət və incəsənətin müxtəlif sahələri üzrə istedadı olan gənclərimizi, təbii ki, söhbət bu kateqoriyaya daxil olanlardan gedir, axtarıb tapmağı və üzə çıxarmağı qarşımıza məqsəd qoymuşuq. Bu işlərimiz davam etdirilir. Qısa vaxt ərzində xeyli belə istedadlı gənclərin öz qabiliyyətləri ilə qaliblər sırasına çıxmaları, əlbəttə, sevindirici haldır. Biz əsasən buna çalışırıq. Yeri gəlmişkən, bu il ölkəmizdə əlilliyi olan şəxslər arasında "Odlar Yurdu” - Bakı 2020” Beynəlxalq musiqi, rəqs, incəsənət festivalı da təşkil olunacaq. Festivalda fiziki məhdudiyyətli istedadlılar iştirak edəcək. Adıçəkilən beynəlxalq festival da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə təşkil edilir. İstedadlı gənc əlillərin bu festivalda daha geniş tərkibdə və müxtəlif sahələr üzrə iştirakı gözlənilir”.

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM