Alternative content

10:35 17 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tariximizin şanlı səhifəsi
Tariximizin şanlı səhifəsi
ANA SƏHİFƏ / SİYASƏT
00:34 17.01.2020


Sovet ordusu 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törətdiyi qırğınları beş gün sonra Lənkəranda, Haftoni meşələrində təkrarladı, dinc sakinlər qanına qəltan edildilər.

Vətənimizin tarixində elə mühüm hadisə yoxdur ki, Lənkəranda doğulub boya-başa çatmış mərd, cəsur oğulların iştirakı orada olmasın. Tank qoşunları general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun, Böyük Vətən müharibəsinin qəhrəmanı Baloğlan Abbasovun igidliyi, rəşadətli döyüş yolu nəsillərə nümunədir.

Lənkəran torpağının vətənpərvər oğulları 1990-cı ilin qanlı 20 Yanvar hadisələrində də əsl hünər nümunəsi göstərərək, Bakıya soxulmuş qırmızı imperiyanın qoşunu qarşısından qaçmayıb, sinələrini yurda sipər etdilər. Onlardan Telman Bağırov, Mircamal Əbülfətov, Asif Əsədullayev, Əflatun Kazımov və Azad Mirzəyev yanvarın 19-dan 20-nə keçən gecə Bakı küçələrində sovet ordusunun silahlı təcavüzünün qurbanı oldular.

O ağır günlərdə təkcə paytaxtda deyil, respublikamızın hər yerində imperiya əsarətinə qarşı etiraz mitinqləri keçirilirdi. Cənub bölgəsində də xalq azadlıq, müstəqillik uğrunda mübarizəyə qalxmışdı.

Yanvarın 22-də sovet silahlı qüvvələrinin bəzi hissələri Lənkəran şəhərini mühasirəyə almışdılar. Məlumata görə, bu əməliyyatda 2 mindən çox hərbçi iştirak edib. Paytaxt Bakıda 133, Neftçalada isə 2 nəfəri qətlə yetirən qaniçən ordunun növbəti hədəfi Lənkəran idi.

Lənkərana yeridilən sovet hərbçiləri xalq hərəkatı nümayəndələrindən guya onlarda olan silahları qeyd-şərtsiz təhvil verməyi tələb edir, dinc əhaliyə divan tutmaqla hədə-qorxu gəlirdilər. Əslində imperiya qoşunlarının Lənkəranı hədəfə alması təsadüfi deyildi. 1990-cı il yanvarın 11-də Lənkəranda Qarabağı ermənilərdən qorumaq üçün müdafiə qərargahı yaradılmışdı. Bütün xalq ayağa qalxmışdı. Şəhərin mərkəzi meydanında keçirilən mitinqlərdə hökumət ermənipərəst mövqe tutmaqda günahlandırılırdı. Kommunist partiyasının üzvləri biletlərindən imtina edirdilər. Bakı qırğınları vəziyyəti kəskin həddə çatdırmışdı. Milli ordunun yaradılması istəyi ortaya çıxmışdı. Hərbçilərin özbaşınalıqlarına qarşı etiraz edən 100-dək könüllü adi ov silahları ilə də olsa, onlara müqavimət göstərməyə çalışırdı. Əsas məqsəd hərbçiləri şəhərdən uzaqlaşdırmaqla nahaq qanın tökülməsinin qarşısını almaq idi.

Şəhərdə camaatın başı üzərindən vertolyotların dövrə vurub vahimə yaratması və BTR-lərlə əhalinin qorxudulması, bütün bunlar təxribatlar idi. Sonda da Haftoni meşələrinə çəkilmiş könüllü dəstəyə qarşı qoşun yeridilməsi nəticəsində 5 nəfər öldürüldü.

Haftoni meşələrində qüvvələrin qeyri-bərabərliyi şəraitində keçən döyüş zamanı Lənkəran şəhər sakinləri Vaqif Məmmədov, Salman Baxşıyev, Şahin Məmmədov, Rahim Məmmədov və Rövşən Bədəlov həlak oldular.

Məlumata görə, sonrakı mərhələdə imperiya qoşunlarının silahlıları 16 nəfər lənkəranlı gənci Rusiyanın Ulyanovsk şəhərinə, 30 nəfəri isə Bakı yaxınlığındakı Şüvəlan qəsəbəsinə apararaq 30 gün həbsxanada saxlayıblar. Onlardan da bir nəfər - Taryel Abdullayev Ulyanovska aparılarkən vertolyotdaca boğularaq öldürülüb.

O günlərin hadisələri hər birimizin yaddaşında kədərli notlar kimi bu gün də səslənir və heç vaxt unudulmayacaq. 20 Yanvar şəhidləri ilə bərabər, 26 yanvar hadisələri zamanı həlak olmuş 6 nəfərin də adı Lənkəran şəhərinin girişindəki Şəhidlər xiyabanında əbədiləşdirilib. Yerli sakinlər bu müqəddəs məkanı ziyarət etməklə Vətən uğrunda şəhid olan həmyerlilərinin xatirəsini daim əziz tuturlar.

Qanlı faciəinin 30 illiyi ilə əlaqədar Lənkəranda da silsilə anım tədbirlərinin keçirilməsi nəzərdə tutulub. Belə ki, rayonun bütün ümumtəhsil müəssisələrində, Lənkəran Dövlət Universitetində, habelə Humanitar və Tibb kolleclərində faciəyə həsr edilmiş xüsusi dərslər keçiriləcək, 20 Yanvar hadisələri zamanı şəhid olanların ailələrinə maddi yardım göstəriləcəkdir.

Yanvarın 20-də isə şəhərdəki Şəhidlər xiyabanında ümumxalq ziyarəti təşkil olunacaq, şəhidlərin məzarları üzərinə gül dəstələri düzülməklə xatirələri ehtiramla yad olunacaq. Həmin gün Lənkəran Dövlət Dram Teatrında anım-tamaşa nümayiş etdiriləcək, klub və muzeylərdə sərgilərə baxış keçiriləcəkdir.

Ümummilli Lider Heydər Əliyevin dediyi kimi, "Bizim xalqımız 20 Yanvar gününü heç vaxt unutmayacaqdır. Çünki o, ayrı-ayrı insanlara edilən qəsd, təcavüz deyildi. Bu, bütün Azərbaycan xalqına, Azərbaycan ölkəsinə edilən təcavüzdür. Bu təcavüz nəticəsində həlak olanlar xalq qəhrəmanıdır, onlar millətimizin qəhrəmanlarıdır”.

Ağaddin BABAYEV,

"Lənkəran” qəzetinin əməkdaşı



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM