17 Yanvar 2020 00:31
733
İQTİSADİYYAT
A- A+

Mərakeş Azərbaycanın kənd təsərrüfatına maraq göstərir


Mərakeş Krallığının Azərbaycandakı səfirliyi "Aqrar Tədarük və Təchizat” ASC-nin dəstəyi ilə kənd təsərrüfatında çalışan sahibkarlarla görüş təşkil edib. Görüş zamanı iki ölkə arasında ixrac imkanlarının artırılması və aqrar sahədə mümkün əməkdaşlığın perspektivləri barədə məlumat verilib, fikir mübadiləsi aparılıb.

Tədbirdə çıxış edən səfir Adil Embarş Mərakeş ilə əməkdaşlığın faydalarından və digər ölkələrlə qarşılıqlı iqtisadi əlaqələrindən bəhs edib. Mərakeşin dünyanın bir sıra ölkələri ilə əməkdaşlıq etməkdə maraqlı olduğunu qeyd edən səfir Avropa İttifaqı, ABŞ, Türkiyə və ərəb ölkələri ilə sərbəst ticarət sazişinin imzalandığını xatırladıb. Bildirib ki, Mərakeş Afrikada öz qitəsinə investisiya qoyan ilk ölkədir. Bununla yanaşı, səfir dünya üzrə 186 liman və 77 ölkə ilə əməkdaşlıq edən Tanger Med limanının əhəmiyyətindən və əməkdaşlıq imkanlarından danışıb.

Görüş zamanı cari il aprelin 14-19-da Mərakeşdə keçiriləcək 15-ci Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi (SIAM) barədə də məlumat verilib. 2006-cı ildə Kral VI Məhəmmədin təşəbbüsü ilə keçiriləcək sərgi Afrikanın ən geniş sərgisidir. Bu baxımdan sərginin Azərbaycanın aqrar istehsalçılar üçün önəmi vurğulanıb və bildirilib ki, SIAM yerli istehsalçılara yeni bazarlara çıxmaq və dünyanın bir sıra ölkələri ilə əməkdaşlıq etməyə imkan yaradır.

"Aqrar Tədarük və Təchizat” ASC idarə heyətinin üzvü Sərxan Sərxanov isə öz növbəsində səhmdar cəmiyyətin fəaliyyət istiqamətləri barədə məlumat verib, sərgidə iştirak etmək istəyən yerli aqrar istehsalçılara iştirak ilə bağlı hərtərəfli köməklik etməkdə hazır olduqlarını vurğulayıb.

Qeyd edək ki, "Aqrar Tədarük və Təchizat” ASC Prezident İlham Əliyevin 14 dekabr 2018-ci il tarixli sərəncamı ilə "Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin bazasında yaradılıb. ASC-nin əsas məqsədi dövlət satınalma təşkilatlarının sifarişi əsasında ərzaq və kənd təsərrüfatı məhsullarının tədarük və təchizatını həyata keçirmək, kənd təsərrüfatı məhsullarının istehsalını, yaxud emalını stimullaşdırmaq, kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafını təmin etmək, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq və s.-dən ibarətdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video