Alternative content

03:49 23 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
01:14 23.09.2020 BİLDİRİŞ
01:14 23.09.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qrip, yoxsa virus?
Qrip, yoxsa virus?
ANA SƏHİFƏ / Səhiyyə
00:23 17.01.2020


Valideynləri təşvişə salan xəstəlik nədir?


Son günlər ölkədə uşaqlar arasında yayılan, bir çox hallarda ağırlaşma ilə müşahidə olunan virus mənşəli xəstəlik əhali arasında narahatlığa səbəb olub. Valideynlər söyləyir ki, xəstələnən uşaqlarda hərarət yüksək həddə qalxır, günlərlə davam edir, qarında kəskin ağrılar yaranır, sağalma prosesi uzun çəkir… Bəs uşaqlar arasında müşahidə olunan bu hallar hansı xəstəliyin göstəricisidir? Həqiqətən də təşvişə düşməyə əsas varmı? Bu xəstəlik ölkədə hansısa ciddi epidemiyanın yayılmasının göstəricisidirmi?

Respublikanın baş infeksionisti Cəlal İsayevin dediyinə görə, hazırda ölkəmizdə epidemiya ilə bağlı hər hansı gərgin vəziyyət mövcud deyil. Sadəcə mövsümə uyğun olaraq kəskin respirator virusları yayılıb. Uşaqlarda temperatur, ishal, qusma və digər bu kimi hallar da məhz bu virus infeksiyaları ilə bağlıdır. Məsələn, adenovirus, enterevirus infeksiyaları ilə yoluxduqda sadalanan hallar müşahidə edilir. Amma bunu qrip adlandırmaq doğru deyil: "Bu il ölkəmizdə qripə yoluxan olmayıb. H1N1, H3N2 və sair - bunlar yayılması ehtimal olunan viruslardır. Bu il respublikada "donuz qripi”, yaxud "quş qripi”nə yoluxma barədə rəsmi təsdiqlənmiş məlumat yoxdur. Lakin istisna da olunmur. Çünki hazırda Gürcüstan, Türkiyə, İran kimi qonşu ölkələrdə qrip xəstəliyi varsa, ehtimal ki, bizdə də var. Qripin viruslarını adi laboratoriyalarda təyin etmək olmur. Bu diaqnozu qoymaq üçün xüsusi reaktivlər, laboratoriyada şərait lazımdır. Bu isə hər laboratoriyada olmur, ayrı-ayrı mərkəzlərdə yoxlanılır”.


Bu şəxslər qripi daha ağır keçirir


Qripin ağır və yüngül forması olduğunu bildirən baş infeksionist söyləyir ki, bu xəstəlik xüsusilə körpələrdə, aşağı yaş qrupundan olan uşaqlarda, yaşlılarda, hamilə qadınlarda, xroniki xəstəliyi olan şəxslərdə daha ağır keçir: "Burada əsas məsələ düzgün müalicədir. Təəssüf ki, bəzən xəstəliyin sağalması üçün yanlış tədbirlərə əl atılır. Məsələn, uşaqda qızdırma müşahidə olunur, bu zaman valideynlər özbaşına, həkim təyinatı olmadan antibiotik istifadə edirlər. Halbuki qripə qarşı konkret müalicə vasitəsi zəif təsirə malikdir. O cümlədən də antibiotik çox az təsir göstərir. Buna görə də xəstə mütləq xəstəxana şəraitində müalicə olunmalıdır. Xəstəxana yox, ev şəraitində müalicə olunan hallarda isə həkim çağırmaq lazımdır. Çünki xəstədə ağırlaşma halının olmaması üçün o, ən azı temperaturu olduğu müddətdə həkim nəzarətində qalmalıdır”.

C.İsayev bildirir ki, insanlar xəstəliyə yoluxubsa, ictimai yerlərdə çox olmaqdan çəkinməli, maskalardan istifadə etməlidirlər: "Həm özlərini, həm də ətrafdakıları qorumalıdırlar. İşləyənlər işə, tələbələr universitetə, məktəblilər məktəbə, körpələr bağçaya getməməlidirlər. Virusa yoluxmuş birinin 10-15 dəqiqə ictimai yerdə olması digərlərinin də xəstələnməsinə kifayət edir”.


Hərarət 39-u keçərsə...


Adıçəkilən məsələyə münasibət bildirən Respublikanın baş pediatrı Nəsib Quliyev deyir ki, hazırda payız-qış mövsümü üçün xarakterik olan soyuqdəymə xəstəliklərinə tez-tez rast gəlinir. Çünki havanın soyuması ilə əlaqədar olaraq bakteriya və virusların yayılmasına meyllik artır: "Uşaqların bağçalarda, məktəblərdə, kollektivdə cəmləşməsi, yəni bir-birini yoluxdurma ehtimalının yüksək olması, bakteriya və virusların aktivliyinin artması, digər tərəfdən immunitetin güclü olmaması xəstəlik riskini artırır. Ona görə də əvvəlki illərdə olduğu kimi, bu il də uşaqlar arasında bir sıra virus mənşəli xəstəliklər müşahidə olunur. Yayılan viruslar müxtəlif mənşəlidir. Onlar adenoviruslar, rinoviruslar, paraqrip və qrip, rotaviruslar adlanır və onların minlərlə stereotipləri mövcuddur”.

N.Quliyev yüksək hərarət zamanı nə etmək lazım olduğunu açıqlayıb: "Bu viruslar çox sürətlə artıb çoxalır. Buna görə də virusların şiddətlə artıb çoxaldığı dövrdə hərarət müşahidə olunur. Əslində, 38.5, 39 dərəcəyə qədər olan hərarət orqanizmin infeksiyaya qarşı qorunma reaksiyalarından biridir. Çünki bədəndə hərarətin yüksəlməsi virus və bakteriyaların artıb çoxalmasına mənfi təsir göstərir. Bütün hallarda qızdırmanı salmaq lazım deyil. Əgər hərarət 38.5-dən, 39-a və ondan yuxarı qalxarsa, o zaman müdaxilə edilməlidir. Əks-halda hərarətsalıcı dərmanlardan istifadə etmək doğru deyil. Bu barədə valideynlər mütləq həkimlərlə məsləhətləşməlidirlər”.

N.Quliyev bildirir ki, uşaqların xəstəlikdən qorunması üçün qidalanmaları, geyimləri, onlara göstərilən qulluq düzgün olmalıdır: "Yay mövsümündə günəş, qum, su vannası qəbul etmək, bol meyvə-tərəvəzlə qidalanmaq lazımdır. Peyvəndlər vaxtlı-vaxtında edilməlidir. Valideynlər bunlara əməl edərsə, uşaqlar bir qayda olaraq payız-qış mövsümündə az xəstələnərlər”.

Adıçəkilən virus infeksiyalarından ölüm hallarının olması ilə bağlı sualı cavablandıran baş pediatr deyir ki, bütün dünyada olduğu kimi, bizim ölkəmizdə də virus xəstəlikləri qorxulu fəsadlar törədə bilir: "Əgər klassik gediş müşahidə olunursa adətən xəstəliyin əlamətləri bir həftə ərzində keçir. Bədənin özünün müdafiə qüvvələri səfərbər olunaraq xəstəliyi yox edir. Amma virus xəstəliklərinin qorxulu cəhəti odur ki, onlar bəzən gözlənilməyən ağır fəsadlar törədir. El arasında düşünülür ki, qrip qorxulu xəstəlik deyil. Amma ağır fəsadlar, hətta ölüm halları törətdiyinə görə hər kəs buna ciddi yanaşmalıdır. Bu gün xəstəliyi "qrip” adlandırırlar, amma sabah bu, ağır fəsadlar, meningit, qanaxma, sətəlcəm törədə bilər və ağır gedişlə ölümə gətirib çıxara bilər. Odur ki, valideynlər, tibb işçiləri, ümumiyyətlə, hər kəs buna ciddi yanaşmalıdır. Bu viruslar aldadıcı olur, adətən, düşünürlər ki, bir neçə günə keçəcək. Amma diqqətli olmayanda ağır fəsadlar törədir. Elə Balakəndə ölən məktəbli uşağın da diaqnozu kəskin respirator virus infeksiyası idi. Bu ölüm hadisələri başlanğıcda virus infeksiyası olsa da, sonradan fəsadlaşıb ağır xəstəliklər əmələ gətirir. Məsələn, meningit, sətəlcəm, baş-beyin toxumasının iltihablaşması... Dediyim kimi, bunlar həmişə mövcuddur və sadalanan məsələlərə diqqət edilməsə, bu gün də bu hallarla qarşılaşa bilərik”.

Baş pediatr həmçinin onu da vurğulayır ki, ölkəmizdə aparılan baktereoloji, virusoloji laborator müayinələr nəticəsində bu il bir virusun törətdiyi epidemiya hələ müşahidə olunmayıb. Əksinə, son günlərdə viruslarla bağlı xəstələnmənin sayı azalmağa doğru gedir və artım müşahidə edilmir.


Uşaqlara bol maye, C vitamini ilə zəngin qidalar, meyvə-tərəvəz çox verin


Bəs uşaqları viruslardan qorumaq mümkündürmü? Virusa yoluxan uşaqların tez sağalması üçün nələrə diqqət etmək lazımdır?

Bununla bağlı məsləhət verən pediatr Aytən İsmayılova bildirir ki, virus infeksiyalarının qarşısını almaq mümkün deyil, xüsusilə, soyuq havalarda adenovirus, rotavirus və s. kimi viruslar daha da aktivləşir. Nəticədə uşaqlarda immunitet zəifləyir, virus infeksiyalarına yoluxma, ağırlaşma hallarına daha çox rast gəlinir: "Müşahidələrimə əsasən deyə bilərəm ki, bu il daha güclü viruslar özünü göstərir. Məsələn, virusa yoluxan uşaqlarda temperatur hətta 40-41 dərəcəyə qədər çatır. Biz gözləyirdik ki, bu, üç günə keçər, amma 7 günə qədər temperatur yüksək qaldı. Belə olan halda immunitet daha çox zəifləyir. Çünki leykositlər virusları məhv etmək istəyir və bu zaman onların sayı azalır, digər bakteriyalarla mübarizəyə gücü çatmır, ağırlaşmalar olur. Virus infeksiyasının ağırlaşmaları zamanı hətta ürək əzələsi, gözlərin buynuz qişası, mədəaltı vəzi belə zədələnə bilir, həmçinin pnevmoniyaya yol açır”.

A.İsmayılovanın sözlərinə görə, uşaqlarda bağırsaq pozulmalarına səbəb olan qastroenterit və ya rotavirus infeksiyaları var ki, "bağırsaq qripi” kimi də tanınır. Bu zaman uşaqlarda güclü ishal olmasa da, qarında ağrı, sancılar yaranır, iştah olmur, hərarət 3 gün ərzində davam edir: "Bu zaman müalicə taktikamız itirilmiş mayenin bərpa edilməsi olur. Məsələn, uşaq içdiyi mayeni qaytarır, qızdırması olduğu üçün bədəndə buxarlanma gedir. Buna görə də uşağın ümumi vəziyyətinin pisləşməməsi üçün itirilmiş maye bərpa olunmalıdır”.

Həkim deyir ki, virus infeksiyalarının ən təhlükəlisi qrip infeksiyasıdır. Qrip daha çox ağırlaşma verə bilər, meningit, pnevmoniya, bronxit və s. yarada bilər. Genetik allergiyası, obstruktiv bronxiti olan uşaqlarda isə hər virus infeksiyasında ağırlaşma təkrarlana bilər: "Biz daha çox risk qrupuna daxil olan, obstruktiv bronxiti, astma, allergiyası olan uşaqları qorumağa çalışırıq ki, hər dəfə xəstələnəndə ağırlaşmasınlar. Amma 3 günlük hərarətdən sonra uşaqların halı düzəlməyə başlayırsa, narahat olmağa dəyməz. Sadəcə təbii vasitələrlə onların immunitetini gücləndirmək lazımdır. Uşaqlara bol maye, C vitamini ilə zəngin qidalar, meyvə-tərəvəz çox verilməlidir. Uşaqların immunitetini xəstələnməmişdən əvvəl möhkəmləndirmək lazımdır. Zərərli qidalar, kolbasa-sosiska, şirniyyat yedikdə, tez-tez yersiz kimyəvi dərmanlar, antibiotiklər, ağrıkəsicilər qəbul etdikdə onların bağırsağında mikroflora məhv olmağa doğru gedir və immunitet zəifləyir. Sağlam qidalanan, meyvə-tərəvəz, lifli qidaları bol yeyən, dərmanlardan, antibiotiklərdən uzaq olan, əvvəldən ana südü ilə qidalanan uşaqların immuniteti güclü olur. Bundan əlavə, yay aylarında uşaqların kifayət qədər D vitamini qəbul etməsinə fikir vermək lazımdır. D vitamini sintezi gedən vaxtlarda uşaqları havaya çıxarmaq vacibdir”.

Yasəmən MUSAYEVA,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM