17:49 17 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
00:31 17.01.2021

Zəfər salnaməsi


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Beyrutda polislə toqquşmalarda 35 nəfər yaralandı
ANA SƏHİFƏ / DÜNYA
17:05 16.01.2020

Livanın paytaxtı Beyrutda polislə toqquşmalar zamanı azı 35 nəfər müxtəlif dərəcəli xəsarət almışdır. Bu barədə yerli Qırmızı Xaç Cəmiyyəti məlumat vermişdir.

Yaralılar xəstəxanalara yerləşdirilmişdir. Daha 10 nəfər tibbi yardım almışdır.

Məlumata görə, Korniş əl-Məzrəə küçəsində yerləşən polis binasının yaxınlığında toqquşmalar nümayişçilər bundan əvvəl saxlanmış silahdaşlarının azad olunmasını tələb etdikdən sonra başlamışdır. Etirazçılar asayiş keşikçilərinə daş və fişəng atmış, polis isə gözyaşardıcı qaz və güc vasitələrindən istifadə etmişdir.

Həmçinin qeyd olunur ki, adıçəkilən küçədə yerləşən Rusiya səfirliyinin yaxınlığında gözyaşardıcı qazlı iki qumbara partlamışdır. Diplomatik missiyanın nümayəndələri zərər çəkməmişlər.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM