Alternative content

12:31 18 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
01:13 18.09.2020 İLHAM ƏLİYEV İRADƏSİ
01:12 18.09.2020 O, tarixi bir gün idi...
01:10 18.09.2020 Üzeyir bəy zirvəsi
01:06 18.09.2020 Minnətdarlıq abidəsi
01:05 18.09.2020 BİLDİRİŞ
01:03 18.09.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan BMT ilə əməkdaşlığa yüksək dəyər verir
Azərbaycan BMT ilə əməkdaşlığa yüksək dəyər verir
ANA SƏHİFƏ / CƏMİYYƏT
14:49 16.01.2020

Yanvarın 16-da BMT ilə Azərbaycan arasında tərəfdaşlığın növbəti beşilliyi üçün prioritet sahələrin müəyyənləşdirilməsi məqsədilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Baş Nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Azərbaycan hökumətinin BMT ilə əməkdaşlığa yüksək qiymət verdiyini bildirib, həmin əlaqələrin ölkəmiz üçün faydalı olduğunu deyib.

Azərbaycanın sürətlə inkişaf etdiyini deyən Əli Əhmədov ölkəmizdə həyat səviyyəsinin yüksəldilməsi sahəsində islahatların keçirildiyini diqqətə çatdırıb. Ölkəmizdə inkişafın bütün sahələrdə özünü göstərdiyini bildirən Baş Nazirin müavini son 30 ildə əhalinin sayının 3 milyon nəfər artdığını vurğulayıb.

Baş Nazirin müavini bildirib ki, ötən il Azərbaycanda böyük sosial paketlər həyata keçirilib və əhalinin həyat səviyyəsində nəzərəçarpacaq dəyişikliklər qeydə alınıb. Ölkə ərazisinin 20 faizinin işğal altında olduğunu və əhalinin 10 faizinin məcburi köçkün olduğunu vurğulayan Baş Nazirin müavini onların sosial rifahının yüksəldilməsi istiqamətində addımlar atıldığını deyib.

Əli Əhmədovun sözlərinə görə, 2030-cu ilə qədər inkişaf strategiyasının müəyyənləşdirilməsində BMT ilə əlaqələ böyük əhəmiyyət kəsb edir.

O, 5 illik inkişaf proqramlarının ölkəmizdə həyat səviyyəsinin daha da yüksəldilməsinə səbəb olacağını bildirib. Əli Əhmədov strateji hədəflərə çatmaq üçün səylərin birləşdirilməsinin vacibliyini qeyd edib.

BMT-nin rezident əlaqələndiricisi Qulam İshaqzai "BMT-nin İnkişaf Sistemi İslahatları Çərçivəsində 2030-cu il Baxışı" mövzusunda məruzə edib. O, məruzəsində dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün milli maliyyə strategiyasının hazırlanmasının vacibliyini qeyd edib. Rezident əlaqələndirici növbəti 5 il ərzində görüləcək işlərin nəticələrinin əhalinin hər bir təbəqəsi arasında hiss ediləcəyinə ümidvar olduğunu bildirib.

"Azərbaycanın 2030 və sonrakı dövrlə bağlı inkişaf strategiyası" mövzusunda məruzə ilə çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanın BMT-nin qlobal təşəbbüslərində fəal iştirak etdiyini və öz töhfəsini verdiyini diqqətə çatdırıb. Azərbaycanda həyat səviyyəsinin yüksəldilməsi və iqtisadi inkişafa nail olmaq üçün həyata keçirilən tədbirlərdən danışan İqtisadiyyat naziri yoxsulluğun 49 faizdən 4.9 faizə endirildiyini, ölkəmizin yoxsulluğa və aclığa qarşı mübarizəyə görə FAO-nun xüsusi mükafatına layiq görüldüyünü deyib.

Sonra "BMT-nin Azərbaycan Əməkdaşlığının 2030 Gündəliyinə nail olmaqla əlavə etdiyi dəyərlər" mövzusunda panel müzakirə həyata keçirilib.

Müzakirədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə, Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Jalə Hacıyeva, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev iştirak edib.






NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM