16 Yanvar 2020 14:17
104140
Səhiyyə
A- A+

Bədən hərarətini aşağı salan təbii vasitələr


Bədən hərarətinin yüksəlməsi immun sisteminin güclü olduğundan xəbər verir. Onun dərman və digər vasitələrlə aşağı salınması orqanizmin müdafiə qabiliyyətini zəiflədir. Mütəxəssislərin fikrincə, ciddi səbəb olmadan, yəni termometrin göstəricisi 38,5 dərəcəni keçmədikdə dərman qəbul etməyə ehtiyac yoxdur. Qızdırma orqanizmin infeksiya ilə mübarizəyə başladığını göstərir.

Həkim-fitoterapevt Elnur Eldaroğlunun AZƏRTAC-a verdiyi məlumata görə, bədən hərarəti yüksələndə onu normaya salmaq üçün bir sıra vasitələrdən istifadə etmək olar: "Hərarətin aşağı salınması üçün ilk olaraq xəstənin əynində qalın geyim varsa, onu çıxarmaq lazımdır. Həkimlər məsləhət görürlər ki, 1 litr ilıq suya 1 xörək qaşığı üzüm sirkəsi əlavə etmək və həmin məhlulla bədəni ovxalamaq xeyirlidir. Amma xəstə qızdırmadan titrəyirsə, onu ovxalamaq olmaz”.

Onun dediyinə görə, qızdırmanı aşağı salmaq üçün daha təsirli təbii üsullar da var və onlardan biri də moruq mürəbbəsidir: "Moruğun təsiredici və qızdırmasalıcı təsiri tərkibində külli miqdarda asitelisil turşusunun, yəni təbii aspirinin olması ilə əlaqədardır.

Hərarəti salmaq üçün ən yaxşı vasitələrdən biri də portağaldır. 4 dilim portağalın şirəsi sıxılaraq üzərinə 50 milliqram su əlavə edilir və dərhal içilir. Həmin qarışığı gündə 3-4 dəfə qəbul etmək olar.

Temperaturu aşağı salan daha bir vasitə bədənin damarlar keçən hissələrinə, yəni ayaq, qol və büküş hissələrinə, alın və boyuna ilıq suda isladılmış dəsmalın qoyulmasıdır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video