16 Yanvar 2020 12:15
502
CƏMİYYƏT
A- A+

Gənclər hərbi xidmətə yollanırlar


Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi olub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Mərasimdə Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədri Firudin Süleymanov, Ağsaqqallar Şurasının sədri Məmməd Məmmədov, Gənclər və İdman nazirinin müavini Mirməcid Seyidov çağırışçıları və onların valideynlərini təbrik ediblər.

Valideyn Zülfüqar Zeynalov övladının hərbi xidmətə yola salınmasından böyük qürur hissi keçirdiyini bildirib.

Çağırışçılar adından çıxış edən Cabir Kərimov Vətənə şərəflə xidmət edəcəklərinə, verilən əmrləri vaxtında və layiqincə yerinə yetirəcəklərinə söz verib.

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, polkovnik-leytenant Daşqın Rəhimov bildirib ki, "Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 noyabr tarixli Sərəncamına əsasən ölkəmizdə, eləcə də muxtar respublikada çağırışçı gənclərin həqiqi hərbi xidmətə çağırılmasına başlanılıb.

Qeyd olunub ki, bu gün ölkəmizdə bütün sahələr üzrə əldə edilən nailiyyətlər ordumuzun hərtərəfli inkişafına və güclənməsinə səbəb olub. Naxçıvan Muxtar Respublikasında da ordu quruculuğu sahəsində görülən işlər, bu sahəyə göstərilən dövlət qayğısı muxtar respublikadakı ordu birləşmələrinin hərtərəfli inkişafına şərait yaradıb. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün muxtar respublikanın təhlükəsizliyini sayıqlıqla qoruyan müasir və güclü ordusu vardır.

Xidmət rəisi çağırışçı gənclərin Vətənimizə layiqincə xidmət edəcəklərinə əminliyini bildirib, onlara uğurlar arzulayıb.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video